Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-376/2023 06.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Tərəflərin iştirakı olmadan, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2009/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1333/2023-007 nömrəli, xx.xx.2023-cü il tarixli və Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1162/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu mülkiyyətində olan “Mercedes Benz E320 CDİ” minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X6 Rayon Məhkəməsinin 2(005)-2009/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1333/2023-007 nömrəli, xx.xx.2023-cü il tarixli və Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1162/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu mülkiyyətində olan “Mercedes Benz E320 CDİ” minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2009/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. Həmçinin Borclu 43.16 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1333/2023-007 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Borclu xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay 220 manat aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin Məhkəməsinin e-2(005)-1162/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat aliment tutularaq iddiaçı X2 xeyrinə ödənilməlidir. İcra sənədləri şöbənin icraatına xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borcluya poçt vasitəsi ilə göndərilmişdir. Sözügedən icra sənədləri xx.xx.2023-cü il tarixdə bir icraatda birləşdirilmişdir. Bildirilir ki, Borclu bu günə Nərimanov Rayon Məhkəməsinin 2(005)-2009/2022-007 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 392 manat məbləğində, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1333/2023-007 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi üzrə 220 manat məbləğində və Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-1162/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 1320 manat məbləğində aliment borcu vardır. “Elektron İcra” informasiya sistemindən əldə edimiş çıxarışa əsasən Borclu adına “MERCEDES BENZ E320 CDİ" minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən olmuşdur. Tələbkar, borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan icra məmuru tərəfindən üzərinə həbs qoyulması xahiş olunan əmlakın borclunun mülkiyyətində olduğu müəyyən edilmir. «İcra haqqında » Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunvericiliyin mənasına görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, təqdimatda göstərilən əmlak borclunun mülkiyyətində olmadığına görə, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə əmlakın üzərinə həbs qoyulması barədə verilmiş təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X5 Rayon Məhkəməsinin 2(005)-2009/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1333/2023-007 nömrəli, xx.xx.2023-cü il tarixli və Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1162/2023-014 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu mülkiyyətində olan “Mercedes Benz E320 CDİ” minik markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-376/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-376/2023
06.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver