Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-38/2023 24.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, Tələbkar1 vəkili X3 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2028/2021 nömrəli, xx.xx.2021ci il tarixli, 2(005)-2056/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və 2(005)-2055/2021-014 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımovun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 501 məhəllə, ev 15, 2 saylı mənzilin 1/6 hissəsinin və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 982 saylı bağ evinin 1/3 hissəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2028/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 30000 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar1 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2056/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 36500 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar2 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2055/2021-014 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 40000 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar3 xeyrinə ödənilməlidir. İcra sənədi müxtəlif tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsi, 1d saylı, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, mənzil 48 saylı, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, 45 saylı, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 501 məhəllə, ev 15, 2 saylı və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 982 saylı mənzillər vardır. Sorğu əsasında əldə olunmuş məlumata əsasən Borclu məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nəsibə Zeynalova küçəsi, 1d saylı, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, mənzil 48 saylı, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 108, 45 saylı mənzillər “Bank VTB (Azərbaycan)” ASC-də ipoteka ilə yüklü edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında iştirak edən Tələbkar1 vəkili X6 təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İcra məmuruna və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2028/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 30000 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar1 xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2055/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində Borclu 40000 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq Tələbkar3 xeyrinə ödənilməsi qeyd edilmişdir. Təqdimata əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2056/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində Borclu 36500 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq Tələbkar2 xeyrinə ödənilməsi qeyd edilmişdir. Təqdimata əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 354/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 982 saylı bağ evinin iddiaçı X2 mülkiyyətində olan 1/3 hissədən ibarət payının naturada ayrılması, Bakı şəhəri, Tbilisi prospekti, 49B saylı evin 134 nömrəli mənzilin və Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 15 saylı evin 2 saylı mənzilinin açıq hərracda satılması, əldə olunan vəsaitin X5, Borclu və X1 arasında paylarına mütənasib surətdə bölüşdürülərək ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 15 saylı evin 2 saylı mənzilin satışından əldə olunan vəsaitin X5, Borclu, X4 və X7 arasında paylarına mütənasib surətdə bölüşdürülərək ödənilməsi qeyd edilmişdir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında qərarlar və eyni tarixli bildirişlərin surətlərindən görünür ki, icra sənədləri üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 982 saylı bağ evinin 1/3 hissəsi Borclu mülkiyyətindədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 501 məhəllə, ev 15, 2 saylı mənzilin 1/6 hissəsi Borclu mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Həmçinin təqdimata əlavə edilmiş sənədlərə əsasən borcluya məxsus daşınmaz əşyaların mövcud olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədləri könüllü icra edilmədiyindən, icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat təmin edilərək, Borclu məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 501 məhəllə, ev 15, 2 saylı mənzilin 1/6 hissəsinin və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 982 saylı bağ evinin 1/3 hissəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2028/2021 nömrəli, xx.xx.2021ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2056/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2055/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 501 məhəllə, ev 15, 2 saylı mənzilin 1/6 hissəsinin və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 982 saylı bağ evinin 1/3 hissəsinin üzərinə həbs qoyulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-38/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-38/2023
24.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver