Məhkəmə qərarları › İş №8(005)-38/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-38/2025

21.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-38/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Borclu Borclu iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-348/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərov təqdimatla müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Rafail Səfərov təqdimatı onunla əsaslandırmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-348/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, borclular X1, X3 və Borclu müştərək qaydada 28243,49 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə, 200 manat ekspertiza xərci isə Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. İcraata başlamaq haqqında qərar borclu tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada qəbul edilmişdir. İcra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini və gəlirlərini yoxlamaq məqsədilə "Elektron İcra" İnformasiya Sistemindən məlumat çıxarılmış, borclunun adına hər-hansı əmlak aşkar edilməmiş, borclunun "Sosial Xidmətlər Agentliyi" X7 işlədiyi müəyyən olunmuş, icra sənədi üzrə tələb borclunun əmək haqqısına yönəldilmişdir. Borclu barəsində məhkəmə qərarının olması, habelə uzun müddətdir tələbkara olan borcunun ödənilməsindən qərəzli olaraq yayınması Borclu hər an ölkə hüdudlarını tərk etmək ehtimalını artırır. Borclunun ölkə xaricinə çıxmaq riski isə, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə mane olur. Məhkəmə iclasında iştirak edən Borclu təqdimata etiraz edərək, borcun onunla yanaşı digər şəxslərdən də müştərək qaydada tutulmalı olduğunu bildirdi, təqdimatın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunu dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-348/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, cavabdehlər X4, X5 və Borclu müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən 25901,01 manat əsas, 2113,81 manat faiz və 54,02 manat cərimə borcu olmaqla, ümumilikdə 28068,84 (iyirmi səkkiz min altmış səkkiz manat səksən dörd qəpik) manat pul iddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174,65 (bir yüz yetiş dörd manat altmış beş qəpik) manat məbləğində pul cavabdehlər X4, X5 və Borclu müştərək qaydada iddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmaİı, ödənilmiş dövlət rüsumunun qalan 1,10 (bir manat on qəpik) manat hissəsi iddiaçıya aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul cavabdehlər X4, X5 və Borclu müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) köçürülməlidir. - İcra məmurunun icraata başlamaq haqqında qərarının surətindən görünür ki, icra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edərək bildirişlə birlikdə icra olunması üçün borclulara göndərilmişdir. - Borclu ünvanlanmış xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcludan 10 gün müddətində borcunu könüllü ödənilməsi xahiş edilmiş, tələb icra edilmədiyi təqdirdə qanunvericiliklə müəyən olunmuş qaydalar izah olunmuşdur. Bildirişi Borclu rəsmi qaydada xx.xx.2024-cü il tarixdə qəbul etmişdir. - Borclu haqqında məlumatlardan görünür ki, Borclu ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.1968-ci il tarixdə Şirvan şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli №2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra məmuru könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, X4, X5 və Borclu müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən 25901,01 manat əsas, 2113,81 manat faiz və 54,02 manat cərimə borcu olmaqla, ümumilikdə 28068,84 (iyirmi səkkiz min altmış səkkiz manat səksən dörd qəpik) manat pul iddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul cavabdehlər X4, X5 və Borclu müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) köçürülməlidir. Qanunvericiliyə əsasən, məhkəmənin qəbul etdiyi qərarların icrası bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra edilməlidir. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir və məhkəmə qətnamələri ağlabatan müddətdə icra olunmalıdır. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Borclu məhkəmə qərarının icrasının təmin edilməsinə yönəlik hərəkətlər etməlidir. Təqdimata əlavə edilmiş, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, icra məmuru tərəfindən borcun ödənilməsinə dair prosessual hərəkətlər yerinə yetirilmiş (icraata başlanılmış, könüllü icra barədə bildiriş göndərilmiş, bildiriş rəsmi qaydada təqdim olunmuş, borcun ödənilməsi borclunun əmək haqqına yönəldilmiş və s.), borclu tələbin könüllü icra edilməsi barədə bildirişi qəbul etmiş, bununla belə uzun müddət keçməsinə baxmayaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-348/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etməkdən yayınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qeyd olunmalıdır ki, Konstitusiyanın 28-ci maddəsində təsbit olunmuş hər kəsin Azərbaycan Respublikasının ərazisindən kənara getmək hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan «İcra haqqında» Qanunun 84-1-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılmasına yönəlmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. «İcra haqqında» Qanunun 84-1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbir məhkəmə müdafiəsi konstitusiya hüququnun real həyata keçirilməsinin təminatına yönəlmişdir və bu baxımdan konstitusiya əhəmiyyətli məqsədə çatmağa xidmət etdiyi üçün məqbul sayılmalıdır Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatın təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. Borclunun ölkədən getməsi icra sənədinin icrasına maneələr yaratmaqla, onun icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da tələbkarın hüquqlarının pozulmasına səbəb olacaqdır. Bu səbəbdən xx.xx.1968-ci il tarixdə Şirvan şəhərində anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-348/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılması barədə Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmurunun təqdimatı təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1968-ci il tarixdə Şirvan şəhərində anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-348/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar