Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-382/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə İddiaçı Tələbkar cavabdeh X4 qarşı “pul” tələbinə dair mülki iş üzrə X1nun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3755/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi üzrə işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3755/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icra üsulunun aşağıdakı qaydada dəyişdirilərək, hissə-hissə icra edilməsi: Qətnamə üzrə qalıq borc 2348 manat məbləğindən 158 (bir yüz əlli səkkiz) manat məbləğin Məhkəmə tərəfindən qətnamənin hissə-hissə ödənilməsi barədə qərardad qəbul olunan günü X1 tərəfindən Tələbkar MMC-yə ödənilməsi; Müvafiq 158 (bir yüz əlli səkkiz) manat borc ödənildiyi təqdirdə malların dərhal X1 tərəfindən anbardan sərbəst surətdə çıxarılması və həmin tarixdən etibarən saxlama haqqının hesablanmasının dayandırılması; qalıq 2190 (iki min yüz doxsan) manat borcun xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2025-ci il tarixinədsk hər ayın beşinci günündə 146 (bir yüz qırx altı) manat olmaqla X1 tərəfindən tələbkar “Cargo.AZ" MMC-yə ödənilməsi; mallar anbardan çıxarılmadığı təqdirdə saxlama haqqının hesablanmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3755/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməyə əsasən xx.xx.2023-cü il tarixinə hesablanmış 1450 (min dörd yüz əlli) manat məbləğində əsas borc, 657 (altı yüz əlli yeddi) manat məbləğində cərimə borcu, qətnamə icra olunan günə kimi hər ay 150 (yüz əlli) manat məbləğində saxlama haqqı və ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu ondan tutularaq Tələbkar MMC-və ödənilməsi, borc məbləği anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc ümumi qaydada tutulması, borc tam ödənildikdən sonra anbar sahəsi tam boşaldılaraq Tələbkar MMC-yə təhvil verilməsi qət edilmiş və qətnamə icra olunması üçün Yasamal Rayon İcra Şöbəsinə yönləndirilmişdir. Nəzərinizə çatdırıram ki, sözügedən qətnamənin icrası üçün özüm ödənişləri etməyə başlayaraq ümumilikdə 1150 (bir min yüz əlli manat) manat ödəniş edilmişdir və xx.xx.2024-ci il tarixinə borcu 2348 (iki min üç yüz qırx səkkiz) manat təşkil edir. Buna baxmayaraq, bu müddət ərzində maddi vəziyyəti ağırlaşıb. Həmçinin xx.xx.2022-ci il tarixli “Malların anbarda saxlama” müqaviləsinə əsasən iddiaçının anbarına qoyulan mallar bu günədək orda qalaraq sözügedən qətnaməyə uyğun olaraq hər ay 150 manat saxlama haqqı hesablanılması davam edir. Bu isə tərəfindən qətnamənin icrasını daha da çətinləşdirir. Həmçinin, iddiaçının anbarında saxlanılan mallar şəxsi istifadəm üçün nəzərdə tutulan əşyalar olduğundan və onunüçün böyük əhəmiyyət kəsb etdiyindən müvafiq əşyalara gündəlik həyat tələbatları üçün ciddi ehtiyacı yaranmışdır. Bu əsasla, tələbkar ilə malların xahişilə anbardan çıxarılaraq ona verilməsi və qalıq borcun tərəfimdən hər ay sabit məbləğdə hissə-hissə ödənilməsi ilə bağlı şifahi razılıq əldə edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Tələbkar MMC-nin nümayəndəsi X5 bildirmişdir ki, ərizəyə hər hansı bir etirazları yoxdur. Cavabdeh bugünədək davamlı olaraq ödənişlər edirdi və artıq anbarda olan əşyalara özünün ehtiyacının olduğunu bildirmişdir. Ərizənin təmin olunmasına tələbkar olaraq etiraz etmirlər. Borclu bugünədək 1150 manat ödəniş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq borclu - ərizəçi, tələbkar və icra məmuru məhkəmə iclaslarına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını təqdim edilmiş ərizə ilə birlikdə tədqiq edərək hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3755/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsinin hissə-hissə ödənilməsinə dair ərizəçi - X1nun ərizəsi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Avropa Məhkəməsi də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Konvensiyanın 6-cı maddəsinə, habelə Avropa Məhkəməsinin presedent hüququna gəldikdə isə qeyd olunmalıdır ki, məhkəmə Konstitusiyanın 12-ci maddəsinin İİ hissəsinin mənasına görə Konvensiyanın müddəalarını və Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kutic Xorvatiyaya qarşı” iş üzrə 1 mart 2002-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə məhkəmənin bir sira fərdlərə məhkəmədə mülki iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. Eyni mövqeni təkrarlayaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çuykina Ukraynaya qarşı” iş üzrə 13 yanvar 2011-ci il tarixli Qərarında bir daha qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə tərəflərə verilən prosessual təminatların təfsilatı ilə izah edilməsi müqabilində mülki mubahisələrin qəti həllinin təmin edilməməsi ağlasığmaz olardı. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Ərizəyə əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 3755/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh X2 xx.xx.2023-cü il tarixinə hesablanmış 1450 (min dörd yüz əlli) manat məbləğində əsas borc, 657 (altı yüz əlli yeddi) manat məbləğində cərimə borcu, qətnamə icra olunan günə kimi hər ay 150 (yüz əlli) manat məbləğində saxlama haqqı və ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu tutularaq Tələbkar MMC-yə ödənilməli, borc məbləği anbarda saxlanılan mallara yönəldilməli, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc cavabdeh X2 ümumi qaydada tutulmalı, borc tam ödənildikdən sonra anbar sahəsi tam boşaldılaraq Tələbkar MMC-yə təhvil verilməlidir. Göstərilən əsaslardan çıxış edərək məhkəmə hesab edir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə qətnamənin icrasına möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi müstəsna hal olduğundan onun mümkünlüyü zamanı təkcə borclunun deyil, o cümlədən tələbkarın mənafeyi nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi ərizənin təmin olunmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə, tələbkarın ərizəyə münasibətini, onun etirazının olmamasını, icra sənədi icraya yönəldikdən sonra borclu tərəfindən tələbkara icra sənədi üzrə müəyyən məbləğdə ödəniş edilməsini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3755/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3755/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinin icra üsulu aşağıdakı qaydada dəyişdirilsin: -Qətnamə üzrə qalıq borc 2348 manat məbləğindən 158 (bir yüz əlli səkkiz) manat məbləğ xx.xx.2024-cü il tarixdən X1 tərəfindən Tələbkar MMC-yə ödənilsin. -Müvafiq 158 (bir yüz əlli səkkiz) manat borc ödənildiyi təqdirdə mallar dərhal X1 tərəfindən anbardan sərbəst surətdə çıxarılsın və həmin tarixdən etibarən saxlama haqqının hesablanmasın dayandırılsın. -Qalıq 2190 (iki min yüz doxsan) manat borc xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2025-ci il tarixinədək hər ayın beşinci günündə 146 (bir yüz qırx altı) manat olmaqla X1 tərəfindən tələbkar “Cargo.AZ" MMC-yə ödənilsin. -Mallar anbardan çıxarılmadığı təqdirdə saxlama haqqının hesablanması davam etdirilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-382/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-382/2024
02.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver