Məhkəmə qərarları › İş №8(005)-383/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-383/2024

22.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-383/2024 22.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-310/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu MMC-yə məxsus daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Elzamin İsayevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Elzamin İsayev məhkəməyə təqdimatla müraciət edərək, Borclu MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.40 m2 olan qeyri-yaşayış sahəsinin üzərinə Nərimanov rayon Məhkəməsinin 8(005)-310/2022 saylı, xx.xx.2022-cü il tarixli qərardadı ilə qoyulmuş həbsin ləğv edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-47/2021-027 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Tələbkar “X2” kimi fəaliyyət göstərdiyi ünvan 2 ünvanda yerləşən 8-ci binanın 1-ci blokun 1-ci mərtəbəsində 28,6 kv.metr ümumi sahəsi olan 21 nömrəli qeyri-yaşayış sahəsindən və Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən “Kosmos" yaşayış kompleksində 8 nömrəli binanın 8-ci blokun 28, 8 kv.metr ümumi sahəsi olan 22 nömrəli qeyri-yaşayış sahəsindən çıxarılmalı və həmin qeyri-yaşayış sahəsi boşaldılaraq Borclunə təhvil verilməlidir. Həmçinin Tələbkar xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi icarə haqqı üzrə hər ay 646 manat olmaqla, (1 il 9 ay) cəmi 13.566 manat tutulub Borclunə ödənilməlidir. "Property investments-1” Məhdud Məsuliyyətli Cəmiyyətindən qeyri-yaşayış sahəsinə çəkilmiş xərc kimi 19.605 manat tutulub Tələbkar ödənilməlidir. İcra sənədi icraata xx.xx.2022-ci il tarixdə daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borcluların ünvanına, məlumat üçün isə tələbkarların ünvanına göndərilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 47/2021-027 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə, İcra məmurunun qərarı əsasında Borclu MMC-nə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.40 m2 olan qeyri-yaşayış sahəsinin üzərinə Nərimanov rayon Məhkəməsinin 8(005)-310/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. İcra sənədi üzrə borclu-Tələbkar xx.xx.2024-cü il tarixdə və borclu-tələbkar "xxxx" MMC xx.xx.2024-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədini məhkəməyə qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıda qeyd edilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-310/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-47/2021 nömrəli,22.02 2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə icra sənədi üzrə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 57.40 m2 olan qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. - borclu-tələbkkar Tələbkar Nərimanov rayon İcra şöbəsinə ərizə yazaraq bildirmişdir ki, borclu ilə aralarında razılaşma olmuşdur və icra sənədinin məhkəməyə qaytarılmasını xahiş edir; - borclu-tələbkar "xxxx" MMC icra şöbəsinə 23 may 2024-cü il tarixli ərizə ilə müraciət edərək, tərəflər arasında razılaşma əldə olunduğunu qeyd etmiş və əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə dair tədbir görülməsini xahiş etmişdir; - Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli, icra sənədinin qaytarılması barədə qərarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)~47/2021-027 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icraata xitam verilir. Qanunun 20.2 və 20.3-cü maddələrinə görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, tərəflər arasında razılaşma əldə olunduğundan daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin saxlanmasına zərurət aradan qalxmışdır. Bu səbəbdən təqdimat təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-310/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.40 m2 olan qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-310/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 57.40 m2 olan qeyriyaşayış sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar