Məhkəmə qərarları › İş №8(005)-384/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-384/2022

22.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-384/2022 22.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X1 oglunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1141/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyev təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1141/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyev təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, İcra sənədi üzrə Borclu cəmi 2188 manal məbləğində pul vəsaiti və 41.88 manat dövlət rusumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxsin əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə muxtəlıf orqanlara sorğular edilmiş və portal çıxarışına Borclu adına “VAZ 21074" minik markalı, 90- KE-697 dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Ona görə də məhkəmədən Nərimanov Rayon Məhkəməsinin 2(005) 1141/2022 saylı, xx.xx.2022-cı il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus “VAZ 21074’ minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin uzorino hobs qoyulmasına dair qərar qəbul edilməsi xahiş olunur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və məhkəmə təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarına əlavə edilmiş “Elektron İcra” İnformasiya Sistemindən çıxarışın surətindən görünür ki, Borclu məxsus VAZ 21074’ minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilləri qeydiyyatdan keçmişdir. Məhkəmə ödəniləcək borc məbləğini nəzərə alaraq hesab edir ki, müvafiq icra vərəqəsi üzrə borclu X2 məxsus VAZ 21074’ minik markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobillər dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 48, 50.2, 50.5, 53-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1141/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus adına “VAZ 21074” minik markalı, **- KE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar