Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-387/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3080/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3080/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu inzibati xəta haqqında protokolun tərtibində iştirakını təmin etmək üçün Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə təqdimata baxılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Azər Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 3080/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 998 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Qeyd edilən qərar xx.xx.2024-cü il tarixdə tərəfimizdən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Tələbkar “ABC-Telecom" MMC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, təqdimatın təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3080/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, iddia tələbi təmin edilmişdir. Cavabdeh Borclu xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd HOFFMANN Kondisioner, İMEİ kodu **********09765 Samsung J markalı telefon üçün 880 (səkkiz yüz səksən) manat ödənilməmiş hissə, 88 (səksən səkkiz) manat cərimə olmaqla, ümumilikdə 968 (doqquz yüz altmış səkkiz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. - Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış və qanuna müvafiq qaydada borcluya 10 gün müddətində könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir - Borclu ünvanlanmış xx.xx.2022-ci il tarixli e255156/2022-15-28-003 saylı tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcludan 10 gün müddətində borcunu könüllü ödənilməsi xahiş edilmiş, tələb icra edilmədiyi təqdirdə qanunvericiliklə müəyən olunmuş qaydalar izah olunmuşdur. - Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Borclu Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilmişdir. - “Elektron məhkəmə” və “Elektron icra” sistemindən xx.xx.2024-cü il tarixli çıxarışlardan görünür ki, Borclu xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). - 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. - 84.3-cü maddəsinə əsasən Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. - 84.4-cü maddəsinə əsasən icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3080/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu cəmi ümumilikdə 968 (doqquz yüz altmış səkkiz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Qanunvericiliyə əsasən, məhkəmənin qəbul etdiyi qərarların icrası bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra edilməlidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Borclu məhkəmə qərarının icrasının təmin edilməsinə yönəlik hərəkətlər etməlidir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə tələb təmin edilmədiyindən, borclunun icra məmurunun çağırışlarına üzürsüz səbəbdən gəlməməsi icra sənədinin icrasını mümkünsüz etdiyindən, borclu barəsində qanunvericilikdə göstərilən məcburi gətirilmənin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə məhkəmə təqdimatı araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3080/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə məcburi qaydada gətirilməlidir. Şərh olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3080/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-387/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-387/2024
25.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver