Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-391/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Azər Əliyev məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “X4 Rover Sport” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4481/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, Borclu hər ay 193 manat aliment sabit pul məbləğində tutuluraq, Tələbkar ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 8(005)-276/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus “X4 Rover Sport” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Tələbkar xx.xx.2025-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək, Borclu tərəfindən aliment borcunun tam ödənilməsini bildirərək, görülmüş məcburi tədbirlərin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Binəqədi Rayon Məhkəməsinin 2(005)-4481/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, Borclu hər ay 193 manat aliment sabit pul məbləğində tutuluraq, Tələbkar ödənilməlidir; Nərimanov Rayon Məhkəməsinin 8(005)-276/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4481/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “X4 Rover Sport” markalı, **-ET-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır; Tələbkar X2 tərəfindən verilmiş ərizənin surətindən görünür ki, Borclu tərəfindən aliment borcunun tam ödənilməsini bildirərək, görülmüş məcburi tədbirlərin ləğv edilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə məhkəmə hesab edir ki, tələbkar, icra şöbəsinə müraciət edərək Binəqədir Rayon Məhkəməsinin 2(001)-4481/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə məcburi icra tədbirlərinin ləğv edilməsini xahiş etdiyindən, icra orqanın təqdimatı əsasında Nərimanov Rayon Məhkəməsinin 8(005)-276/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus olan “X4 Rover Sport” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-276/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu məxsus olan “X4 Rover Sport” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №8(005)-391/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-391/2025
29.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver