Məhkəmə qərarları › İş №8(005)-392/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-392/2024

30.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-392/2024 30.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Tələbkar - ərizəçi X3 iştirakı ilə, X1 Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(005)-1098/2011 nömrəli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi barədə ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(005)-1098/2011 nömrəli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(005)-1098/2011 nömrəli qətnaməsi icra olunması üçün xx.xx.2011ci il tarixdə Bakı şəhər Nərimanov rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin xx.xx.2011-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2020-ci il tarixdə icra sənədinin məhkəməyə qaytarılması barədə qərarı ilə icra sənədi əsassız olaraq məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən tələbkar - ərizəçi X4 ərizəyə uyğun izahat verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(005)-1098/2011 nömrəli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ərizəyə baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ərizəyə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə, AR MPM-nin 231.2-ci maddəsinə əsasən, ərizəyə icra şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X1 ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(005)- 1098/2011 nömrəli qətnaməsindən və icra vərəqəsindən müəyyən olunur ki, X6 iddiaçı X3 xeyrinə 150000 (yüz əlli min) manat məbləğində borc pul və 20 (iyirmi) manat dövlət rüsumu, cəmi 150020 manat məbləğində pul tutulmalıdır. - Bakı şəhər Nərimanov rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(005)-1098/2011 nömrəli icra sənədi məhkəməyə geri qaytarılmışdır. Göründüyü kimi icra sənədi üzrə X2 xx.xx.2020-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etmiş, bu səbəbdən icra şöbəsi tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1.1-ci maddəsi rəhbər tutularaq icra sənədi məhkəməyə geri qaytarılmışdır. Hazırda tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, qeyd olunan icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün icra sənədinin yenidən icra şöbəsinə göndərilməsini xahiş edir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən, icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Məhkəmə, X1 ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, icra sənədi tələbkarın ərizəsi əsasında (İcra haqqında Qanun m. 23.1.1) məhkəməyə qaytarıldığından, hazırda isə tələbkar müraciət edərək icra sənədi üzrə tədbirlərin davam etdirilməsini xahiş etdiyindən, ərizə təmin edilməli Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyevin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(005)-1098/2011 nömrəli icra sənədinin qaytarılması haqqında xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(005)-1098/2011 nömrəli icra sənədi icra edilməsi üçün yenidən Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4, 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru İmran Cəfərquliyevin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(005)-1098/2011 nömrəli icra sənədinin qaytarılması haqqında xx.xx.2020-ci il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(005)-1098/2011 nömrəli icra sənədi icra edilməsi üçün yenidən Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar