Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-394/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-322/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Mercedes Benz 300D minik” markalı, **-KA- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərov tərəfindən verilmiş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin 2(011)-571/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barəd təqdimata baxılıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)-571/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Nərimanov Rayon Məhkəməsinin 8(005)-322/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə borcluya məxsus “Mercedes Benz 300D minik” markalı, **-KA-*** dövlət dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İcra sənədi “İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinin tələbinə uyğun olaraq Xətai Rayon Məhkəməsinə geri qaytarıldığından Borclu mülkiyyətində olan “Mercedes Benz 300D minik” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. İcra məmuru göstərilənlərə əsaslanaraq Nərimanov Rayon Məhkəməsinin 8(005)-322/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Mercedes Benz 300d minik” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq borclu, tələbkar və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Xətai Rayon Məhkəməsinin 2(011)-571/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. -Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi şöbənin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək dərhal tələbin könüllü icra olunması barədə bildirişlə icra olunması üçün Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-322/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə borcluya məxsus “Mercedes Benz 300D minik” markalı, **-KA-*** dövlət dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. - Təqdimata əlavə olunmuş Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarının surətindən görünür ki, iş üzrə tələbkar xx.xx.2024-cü il tarixli ərizə ilə Nərimanov Rayon İcra Şöbəsinə müraciət edərək icra sənədinin geri qaytarılmasını xahiş etdiyindən Xətai Rayon Məhkəməsinin 2(011)- 571/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmışdır. - "İcra haqqında" Azərbaycan Respublikası Qanununun: -50.4-cü maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. - 20.8-cü maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Məhkəmə, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərovun təqdimatını və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, iş üzrə tələbkar ərizə ilə Nərimanov Rayon İcra Şöbəsinə müraciət edərək Xətai Rayon Məhkəməsinin 2(011)-571/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin Xətai Rayon Məhkəməsinə qaytarılmasını və görülmüş icra tədbirlərinin ləğv edilməsini xahiş etdiyindən və bununla da icra sənədi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə qaytarıldığından təqdimat təmin olunmalı, həmin icra vərəqəsini icra etmək məqsədilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-322/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Mercedes Benz 300D minik” markalı, **-KA- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-571/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsini icra etmək məqsədilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-322/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Mercedes Benz 300D minik” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası Nərimanov Rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-394/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-394/2024
02.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver