Məhkəmə qərarları › İş №8(005)-398/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-398/2023

14.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-398/2023 14.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nazim qızının katibliyi, X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4761/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4761/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4761/2021 saylı icra vərəqəsinə əsasən, icra vərəqəsində sadalanan külli miqdarda əmlaklar və ya onlardan hər hansı olmadığı təqdirdə onların dəyəri borcludan alınaraq tələbkar X6 verilməlidir. Bununla yanaşı, nikah dövründə əldə olunmuş nəqliyyat vasitəsinin dəyərinin yarısı, yəni 25500 manat və hüquqi yardıma görə 300 manat ondan tutularaq tələbkara ödənilməlidir. Hal-hazırda göstərilən icra vərəqəsi Nəsimi rayon İcra Şöbəsinin icraatındadır. İcra vərəqəsində göstərilən əmlaklardan bir hissəsi tərəfindən icra məmurunun iştirakı ilə xx.xx.2023-cü il tarixdə tələbkara təhvil verilmişdir. Ona təhvil verilməyən əmlaklardan yalnız dəyəri 71380 manat olan qızıl-zinət əşyaları qalmışdır. İcra vərəqəsində göstərilən qızıl-zinət əşyaları onda olmadığından, borclu həmin qızıl-zinət əşyalarının dəyərini tələbkara ödəməli və göstərilən icra sənədinə əsasən tərəfindən tələbkar X6 ödənilməli ümumi məbləğ 97180 manat (71380 manat – qızıl-zinət əşyalarının dəyəri, 25500 manat – nəqliyyat vasitəsinin dəyəri və hüquqi yardıma görə 300 manat) təşkil edir. Bildirir ki, borclu yaranmış borcun ödənilməsinə artıq başlamışdır.Belə ki, o, hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində çalışır, aldığı əmək haqqı 3364 manatdır. Həmin əmək haqqından alimentin ödənilməsi ilə bağlı tutmalar aparılır. Bununla yanaşı tərəfiindən xx.xx.2023-cü il, xx.xx.2023-cü il və 24.070.2023-cü il tarixlərdə cəmi 1890 manat, xx.xx.2023-cü il tarixdə 5010 manat və xx.xx.2023-cü il tarixdə 5100 manat ödəniş edilmişdir. Lakin, onun hazırki maddi vəziyyəti 85 180 manat məbləğində pulu birdəfəlik olaraq ödəməyə imkan vermir. Belə ki, mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı yoxdur və aldığı əmək haqqından başqa heç bir gəliri yoxdur. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Vəkil cəmi 97180 manat ödənilməli pul məbləğindən 35036 manat ödəniş edildiyini, xx.xx.2023-cü il tarixə qalıq borcun 62144 manat olduğunu və bu borcu borclunun hər ay 3500 manat ödəməklə 18 aya bitirmək imkanı olduğunu bildirərək ərizənin təmin edilməsini xahiş etdi. İcra məmuru və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə borclunun vəkilinin izahatını dinləyərək, ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki iş materiallarında olan : Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 3425/2019 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, iddiaçı X6 məxsus ünvan 1 ünvanda yerləşən: ağ rəngdə “LG” markalı 2 ədəd kondisioner - 3.200 (üç min iki yüz) manat, boz rəngdə iki kameralı “LG” markalı soyuducu - 1.200 (bir min iki yüz) manat, boz rəngdə “LG” markalı mikrodalğalı soba-250 (iki yüz əlli) manat, soba “Hotpoint Ariston” markalı qara rəng/dolaba quraşdırılmış-1.200 (bir min iki yüz) manat, qaz sobası “Hotpoint Ariston” boz rəngli 4 ədəd qaz ocağı elektron alışqan ilə 1 ədəd elektron qaz ocağı üstü şüşə keramika/dolaba quraşdırılmış-1.100 (bir min bir yüz) manat, aspirator “Hotpoint Ariston” boz rəngli dolaba quraşdırılmış-500 (beş yüz) manat, paltaryuyan maşını “Hotpoint Ariston” ağ rəngli dolaba quraşdırılmış-1.240 (bir min iki yüz qırx) manat, qabyuyan maşını “Hotpoint Ariston” dolaba quraşdırılmış-1.130 (bir min bir yüz otuz) manat, 24 nəfərlik 1 dəst serviz, yemək çay dəsti farfor (Yaponiya)-6.200 (altı min iki yüz) manat, 1 dəst serviz 12 nəfərlik yemək çay dəsti (Yaponiya)-2.800 (iki min səkkiz yüz) manat, 2 ədəd televizor “LG”-1.600 (bir min altı yüz) manat, bakallar şüşə materialı üzəri işləməli (24 su, 24 kompot, 24 rumka)-1.500 (bir min beş yüz) manat, bakallar (12 su, 12 kompot, 12 rumka)-700 (yeddi yüz) manat, 6 ədəd qablar şüşə materialı üzəri ağ və qızılı işləmələr (Çexiya boqema)-1.500 (bir min beş yüz) manat, 12 ədəd stəkan xrustal (Çexiya tom)-360 (üç yüz altmış) manat, 12 ədəd armudu stəkan xrustal (Çexiya tom)-320 (üç yüz iyirmi) manat, 12 ədəd mürəbbə qabı xrustal (Çexiya tom)-200 (iki yüz) manat, 12 ədəd nəlbəki xrustal (Çexiya tom)-200 (iki yüz) manat, 12 ədəd limon qabı xrustal balıq qulağı formasında (Çexiya tom)-260 (iki yüz altmış) manat, 1 dəst qranit qazan çəhrayı rəng (5 ədəddən ibarət)-250 (iki yüz əlli) manat, 1 dəst şirəli qazan çəhrayı (5 ədəddən ibarət)- 120 (bir yüz iyirmi) manat, 1 dəst nikel qazan metal rəngli (7 ədəddən ibarət)-350 (üç yüz əlli) manat, 1 dəst bıçaq dəsti qırmızı rəngli (6 ədəddən ibarət-Almaniya)-150 (bir yüz əlli) manat, 1 dəst bıçaq dəsti rəngbərəng (6 ədəddən ibarət)-250 (iki yüz əlli) manat, 2 ədəd qaşıq diplomat dəsti gümüşü rəng üzərində qızılı işləmələr (Almaniya)-1.000 (bir min) manat, 3 ədəd padnos metal rəngli qızılı işləməli-130 (bir yüz otuz) manat, mikser-70 (yetmiş) manat, ət çəkən maşın-150 (bir yüz əlli) manat, blender-80 (səksən) manat, 3 ədəd çilçıraq (1 ədəd şamdan formasında, 1 ədəd 2 dairə formada və 1 ədəd kvadrat formada) və 4 ədəd bra (“Schafer”)-2.000 (iki min) manat, 9 ədəd pərdə (bənovşəyi rəng, çəhrayı və qızılı)+3 ədəd tül (qızılı rəng)-4 ədəd günlük (sifariş Türkiyə)- 3.500 (üç min beş yüz) manat, 24 ədəd mətbəx dəsmalı (Fransa)-300 (üç yüz) manat, 6 ədəd xrustal konfet qabları-300 (üç yüz) manat, çaynik “Tefal” metal rəngli-130 (bir yüz otuz) manat, ütü “Tefal” ağ rəng-200 (iki yüz) manat, ütü stolu-100 (bir yüz) manat, 2 ədəd paltar qurudan-80 (səksən) manat, 3 ədəd taxt üçün pakrıval: “Blumarine” (bənövşəyi)-600 (altı yüz) manat, “Cavalli” (qızılı)-420 (dörd yüz iyirmi) manat və “Madame Coco” (yaşıl)- 120 (bir yüz iyirmi) manat, 4 ədəd pled çəhrayı tonlarda-500 (beş yüz) manat, 10 ədəd pastel (bənövşəyi, çəhrayı, göy, ağ və narıncı)-1.400 (bir min dörd yüz) manat, 1 ədəd yorğan (taxt üçün dəvə yunu)-200 (iki yüz) manat, 1 ədəd döşək (taxt üçün bambuk)- 150 (bir yüz əlli) manat, 2 ədəd qu tükü yastıq-120 (bir yüz iyirmi) manat, 2 ədəd sintifon yastıq-60 (altmış) manat, 15 ədəd qətifələr-450 (dörd yüz əlli) manat, 24 ədəd əl-üz dəsmalları-480 (dörd yüz səksən) manat, 1 ədəd xalça ipək çəhrayı rəngdə-1.200 (bir min iki yüz) manat, 2 ədəd balaca xalça qızılı rəngdə-200 (iki yüz) manat, 4 ədəd süfrə (bej rəng, ağ rəng, 2 ədəd qızılı rəng)-580 (beş yüz səksən) manat, 5 ədəd bənövşəyi şüşə materialı + 3 ədəd qızılı şüşə materialı + 2 ədəd şüşə materialı qızılı işləməli kamod üçün qablar-3.000 (üç min) manat, 1 ədəd qızılı dəst qablar hörgü şəklində (3 ədəddən ibarət)-1.500 (bir min beş yüz) manat, 2 ədəd uzun vazalar ağ rəng-300 (üç yüz) manat, uşaq çarpayısı boz rəng700 (yeddi yüz) manat, uşaq yemək masası boz və göy rəng-200 (iki yüz) manat, uşaq arabasının iç hissəsi qara və yaşıl rəng-700 (yeddi yüz) manat, mətbəx dəsti (yığılmış üstü bej mərmərli ağ qızılı işləməli şkaflar + ada + qəhvəyi künc divan+bej dairəvi masa)- 19.000 (on doqquz min) manat, qonağ dəsti (ağ qızılı işləməli TV stend + 2 ədəd servant + 10 nəfərlik ağ qızılı rəng ilə masa + qızılı rəng 10 ədəd stul + 1 ədəd kreslo qızılı və bənövşəyi rəngdə işləməli parçalı + 2 ədəd qızılı və bənövşəyi işləməli parça ilə pufik + qızılı və bənövşəyi işləməli parça ilə divan + qızılı rəng jurnalı ətrafı parça yumru + 2 ədəd qoltuğ altı)-25.000 (iyirmi beş min) manat, yataq otağı (ağ və qızılı işləmələri olan) çarpayı + 2 ədəd dolab + 2 ədəd tumba + 1 ədəd pufiktremo-13.000 (on üç min) manat, dəhliz (yığılma dolab ağ və qızılı işləmələr ilə)-8.000 (səkkiz min) manat, palto “Burberry” bej tonlarında ingilis varatniki dizə qədər uzunluqda-2.500 (iki min beş yüz) manat, gödəkçə “Burberry” qırmızı rəngdə-850 (səkkiz yüz əlli) manat, gödəkçə qara qızılı işləmələrlə-150 (bir yüz əlli) manat, plaş “Burberry” bənövşəyi rəng dizə qədər uzunluqda2.000 (iki min) manat, jaketlər 8 ədəd qara rəngli, yaşıl, bej, qəhvəyi, sarı-600 (altı yüz) manat, bənövşəyi paltar (“Armani”) midi platya-800 (səkkiz yüz) manat, yaşıl paltar (“Armani”) qısa platya700 (yeddi) manat, qırmızı paltar (“Armani”) midi platya-900 (doqquz yüz) manat, qırmızı paltar (“Valentino”) qısa trapes formasında platya-700 (yeddi yüz) manat, qırmızı uzun paltar (gül işləməli) tikilmə-2.000 (iki min) manat, qırmızı uzun paltar (muncuq işləməli) tikilmə- 1.500 (bir min beş yüz) manat, çəhrayı paltar (“Valentino”) qısa platya-900 (doqquz yüz) manat, qara kostyum (uzun yubka + işləməli kofta) tikilmə-550 (beş yüz əlli) manat, mavi paltar qısa kleş platya-750 (yeddi yüz əlli) manat, şaftalı rəngli paltar (işləməli) uzun platya tikilmə-706 (yeddi yüz altı) manat, qara pallar tikilmə-800 (səkkiz yüz) manat, ağ kostyum (trapes şalvar + kofta) tikilmə-600 (altı yüz) manat, ağ kostyum (qısa yubka + kofta)-500 (beş yüz) manat, cins trapes şalvar + gödəkçə tikilmə-400 (dörd yüz) manat, göy trapes şalvar + kofta tikilmə-450 (dörd yüz əlli) manat, 4 ədəd moda sərgisi üçün hazırlanmış paltar qara rəng-2.000 (iki min) manat, yay geyimləri (platyalar, qısa qol köynəklər, uzun qol köynəklər və şalvarlar), uzunqol köynəklər + qalın paltarlar, ayaqqabılar-“Stiletto” qara rəng 36 razmer (louboutin)-350 (üç yüz əlli) manat, “Stiletto” krem rəngli 36 razmer (louboutin)-300 (üç yüz) manat, mavi basanoşka 35 razmer (“Monica Ricci”)-300 manat, qara basanoşka 36 razmer (monica ricci)-300 (üç yüz) manat, qırmızı basanoşka 36 razmer (dsquared)-550 (beş yüz əlli) manat, qəhvəyi basanoşka 35 razmer (“Wagon”)-400 (dörd yüz) manat, bej rəngli kabluk 36 razmer-100 (bir yüz) manat, krasovkalar 3 ədəd qara rəng/bej rəng/göy rəng-700 (yeddi yüz) manat, şarf 20 ədad-450 (dörd yüz əlli) manat, 2 ədəd “Burberry” çanta bej rəng/qara rəng- 4.500 (dörd min beş yüz) manat, 1 ədəd “Prada” çanta mavi rəng-1.200 (bir min iki yüz) manat,1 ədəd “Gucci” çanta qəhvəyi rəng-1.500 (bir min beş yüz) manat, 15 ədəd çanta qara, ag, qırmızı, bej, çəhrayı və göy- 2.500 (iki min beş yüz) manat, qolbağ ağ qızılı briliant qaşlarla-750 əyar 5 iri qaş və səpmə qaşlarla-5.000 (beş min) manat, klon, sırğa (“Chopard”) ağ qızıl 750 əyar damcı formasında-14.000 (on dörd min) ABŞ dolları, çəhrayı qızıl dəsti, sırğa üzük dəst halqalarla bir-birinə bitişik-25.000 (iyirmi beş min) manat, nişan üzüyü (ağ qızıl, 0,40 karat briliant, 750 əyar) tək qaş-10.000 (on min) manat (“Korloff”), üzük alyans-ağ qızıl-əyar 750-briliant qaşlarla yumru halqa formasında ətrafı qaşlarla7.000 (yeddi min) manat, üzük tək qaş-ağ qızıl 750 əyar-2 karat briliant)-20.000 (iyirmi min) ABŞ dolları, 1 dəst (ağ qızıldan-sırğa-üzükboyunbağı əyar 750) 3.000 (üç min) manat, saat “Armani” qara dəri - 800 (səkkiz yüz) manat, 1 ədəd qolbağ (sarı qızıl-əyar 750, halqa formasında)-700 (yeddi yüz) manat, 1 ədəd ağ qızıldan qolbağ (əyar 750, halqa formasında)-550 (beş yüz əlli) manat, 1 ədəd sep kulonla (ağ qızıl əyar 750, üzüm kimi səpmə qaşlarla)-1.200 (bir min iki yüz) manat, 5 ədəd qızıl (Nikolay 10 rubl)-4.000 (dörd min) manat, 1 ədəd qolbağ-Messika ağ qızıl-əyar 750-briliant qaşlı-800 (səkkiz yüz) manat olan əşyalar cavabdeh X3 alınaraq iddiaçı X6 qaytarılması, yuxarıda göstərilən əmlaklardan hər hansı biri mövcud olmadıqda, onların dəyərinin cavabdeh X3 tutulub iddiaçı X6 verilməsi, buraxılış ili 2012-ci il olan “LEXUS GS350” markalı **-HO-*** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsinin hazırki bazar dəyəri 51.000 (əlli bir min) manatın 1/2 hissəsi, yəni 25.500 (iyirmi beş min beş yüz) manatın və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manatın cavabdeh X3 alınaraq iddiaçı X6 ödənilməsi, qalan hissədə ilk iddianın təmin olunmaması, qarşılıqlı iddianın təmin edilməsi, birgə nikah dövründə əldə edilmiş “İPhone X 64GB” markalı, seriya nömrəsi **********50631 olan telefona qarşılıqlı iddiaçı X5 ½ hissədə payı müəyyən edilməklə mülkiyyət hüququnun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4761/2021 saylı qətnaməsinə əsasən X5 apellyasiya şikayətinin qismən təmin edilməsi; İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnaməsi qızıl-zinət əşyalarının dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi və aşağıda göstərilən qızıl-zinət əşyaları və ya onlar olmadıqda onların dəyərinin cavabdeh X3 alınaraq iddiaçı X6 verilməsi qət olunmuşdur: Qolbaq ağ qızılı brilyant qaşlarla-750 əyar 5 iri qaş və səpmə qaşlarla - 4700 (dörd min yeddi yüz) manat dəyərində; klon, sırğa (Chopard) ağ qızıl 750 əyar damcı formasında-13600 (on üç min altı yüz) manat dəyərində; çəhrayı qızıl dəsti, sırğa üzük dəst (Palzinini) halqalarla bir-birinə bitişik – 14800 (on dörd min səkkiz yüz) manat dəyərində; nişan üzüyü (ağ qızıl, 0,40 karat briliant, 750 əyar) tək qaş (Karloff)- 4800 (dörd min səkkiz yüz) manat dəyərində; üzük alyans-ağ qızıl (Karloff) -əyar 750briliant qaşlarla yumru halqa formasında -4700 (dörd min yeddi yüz) manat dəyərində; üzük tək qaş-ağ qızıl-750 əyar-2 karat briliant)-18000 (on səkkiz min) manat dəyərində; 1 dəst (ağ qızıldan-sırğa-üzükboyunbağı əyar 750) 3000 (üç min) manat dəyərində; saat Armani qara dəri - 600 (altı yüz) manat dəyərində; 1 ədəd qolbağ (sarı qızıl-əyar 750, halqa formasında)-700 (yeddi yüz) manat dəyərində; 1 ədəd ağ qızıldan qolbağ (əyar 750, halqa formasında)-500 (beş yüz) manat dəyərində; 1 ədəd sep kulonla (ağ qızıl əyar 750, üzüm kimi səpmə qaşlarla)-1200 (bir min iki yüz) manat dəyərində; 5 ədəd qızıl (Nikolay 10 rubl)-4000 (dörd min) manat dəyərində; 1 ədəd qolbaq-Messika ağ qızıl- əyar 750, brilyant qaşlı-780 (yeddi yüz səksən) manat) dəyərində. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh X3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuş icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4761/2021 saylı icra vərəqi üzrə icraata başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş 22 iyun 2023-cü il tarixli əmək haqqı barədə arayışdan görünür ki, X5 aylıq əmək haqqı 3364 manat, uyğun olaraq tutulan aliment 630.57 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində 630 manat, xx.xx.2023-cü il tarixdə 5010 manat, xx.xx.2023-cü il tarixdə 5100 manat, xx.xx.2023-cü il tarixdə 8000 manat, xx.xx.2023-cü il tarixdə 5001 manat, xx.xx.2023-cü il tarixdə 5030 manat, xx.xx.2023-cü il tarixdə isə 5005 manat, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4761/2021 saylı qərarına əsasən X7 tərəfindən Əhmədova (Qasımlı) Dinara Rauf qızına ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Məhkəmə qeyd edir ki, borclunun maddi vəziyyətinin borc məbləğini tam məbləğdə bir dəfəyə ödəməyə imkan verməməsi ilə əlaqədar təklif etdiyi icra üsulu ağlabatan olmaqla, tələbkarın hüquqlarının pozulmasına, məhkəmə qətnaməsinin uzun müddətə icrasız qalmasına gətirib çıxarmır. Belə ki, borclunun əmək haqqının məbləği nəzərə alınarsa, məcburi icra tədbirlərinin həyata keçirilməsi, tələbin əmlaka yönəldilməsi, onun qiymətləndirilməsi, satılması daha uzun müddət çəkəcəkdir, eləcə də icra xərclərinin artmasına səbəb olacaqdır. Bu baxımdan borclunun təklif etdiyi məbləğ qətnamənin icrasının hissə-hissə həyata keçirilməsi institutunun mahiyyətinə zidd olmamaqla qətnamənin real icrasına yönəlmişdir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.4 və 3.5-ci maddələrinə görə, insan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. İş materiallarından aydın olur ki, borclu icra sənədinin icrası üzrə ödənişlər etmiş və borc məbləğini azaltmışdır. Borclu borcun ödənilməsindən yayınmır, lakin borc məbləğini tam həcmdə bir ödənişlə bitirmək imkanı olmadığından borcun aylar üzrə ödənilməsini xahiş edir. Qeyd olunanlara əsasən məhkəmə borclunun ərizəsində göstərdiyi dəlilləri, təklif edilən ödənişin məbləğini nəzərə alaraq, ağlabatanlıq və mütənasiblik prinsiplərini əsas götürərək hesab edir ki, qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4761/2021 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4761/2021 saylı qətnaməsinə əsasən ödənilməli olan qalıq pul məbləğinin hər ay 3500 (üç min beş yüz) manat olmaqla (borc məbləği tam ödənilənədək) hissə-hissə ödənilməsi müəyyən edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar