Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-398/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1 xx.xx.2025-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarından tələbkar "xxxx" MMC tərəfindən dair şikayətinə verilmiş ərizəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" MMC Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1117/2017 nömrəli, xx.xx.2017-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” xx.xx.2025-ci il qərarının ləğv edilməsi barədə məhkəməyə şikayət ərizəsi verərək, xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Nərimanov rayon məhkəməsinin 2(005)- 1117/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədin qaytarılması barədə qərar qəbul edilmişdir.Həmin qərarda borclunun əmlakının tapılmamasına istinad edilərək icra sənədi məhkəməyə qaytarılmışdır.Hesab edilir ki, qərar qanunsuz və əsassızdır. Birinci növbədə Qərarın tarixi məlum olmadığı, sadəcə müşayət məktubuna qoşaraq göndərildiyi qeyd edilir. Belə olan halda Qərarın rəsmi sənəd kimi nəzərə alına bilinməyəcəyi,Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru qərar qəbul edilən zaman "İcra haqqında" Qanunun tələblərini pozmuş və yanlış qərar qəbul etmişdir. Borclunun banklarda vəsaitin olubolmaması barədə Mərkəzi Banka sorğular göndərməmiş və bu barədə heç-bir sənəd qərara əlavə edilməmişdir. DƏDRX-i sorğu verilməmişdir. Qərarda ünvana baxış keçirib həmin ünvanda olmadığı qeyd edilmişdir. Lakin qanunun tələb etdiyi bütün tədbirləri görülməmiş, Akt belə tərtib edilməmişdir.Aktın daxil olmadığını və aktda nə yazılması məlum olmadığı qeyd edilir.Bütün bu halları araşdırmaq əvəzinə icra məmuru sadəcə "icra sənədinin qaytarılması haqqında" qərar qəbul etməklə kifayətlənmişdir. İcra haqqında qanunun 82.1.maddəsinə əsasən Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə ürsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Lakin icra məmuru bunların heç birini etməmiş, sadəcə işi məhkəməyə qaytarmaqla kifayətlənmişdir. İcra məmuru qərarında qeyd edir ki, tərəflər qərardan 30 gün müddətinə müvafiq orqana və va məhkəməyə şikayət verə bilər. Tələbkara, borlcuya, icra məmurunun məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Eyni zamanda tələbkar elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və ona əlavə edilən sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli icra sənədinin qaytarılması haqqqında qərara əsasən,Borclu 79,72 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir.”Elektron icra” informasiya sistemində əldə edilmiş məlumata əsasən borlcunun bank hesabı və vergi ödəyicisi kimi qeydiyyatda olmadığı müəyyən edilmiş və borclunun yaşadığı ünvana baxış keçirilmiş,lakin həmin ünvanda zəruri ev əşyalarından başqa tələbin yönəldiləcəyi əmlak aşkar edilməmişdir.Bu barədə xx.xx.2025-ci il tarixdə akt tərtib edilmişdir.”Elektron icra” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən borlcunun mülkiyyətində hər hansı əmlak və gəlirlərin olmadığı müəyyən edilmişdir.Həmçinin borlcunun birgə nikah dövründə əldə etdiyi əmlak vəziyyəti yoxlanılmış,lakin müsbət nəticə əldə edilməmişdir.Bu barədə xx.xx.2025-ci il tarixdə akt tərtib edilmişdir.Bütün bunlar nəzərə alınaraq,Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1117/2017 saylı,xx.xx.2017-ci il tarixli icra sənədi Nərimanov Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarında icra məmuru tərəfindən borclunun yaşadığı ünvana baxış keçirilməsi barədə aktın tələbkara təqdim edilməsi, həmçinin banklara sorğuların verilməsi barədə məlumatlar yoxdur. İcra məmuruna məhkəmə iclası barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, iclasda iştirak etməmiş, tələbkarın göstərdiyi dəlilləri təkzib edən sübutlar təqdim etməmişdir. “İcra Haqqında” AR Qanunun 38.1-ci maddəsinə əsasən borclunun əmlakına baxış keçirilməsi, onun əmlakının həbsi, müsadirəsi və yaxud başqasına verilməsi, habelə borclunun və ya başqa şəxslərin tutduğu yaxud borcluya və ya başqa şəxslərə məxsus yaşayış və ya qeyri-yaşayış sahələrinin, obyektlərin açılması ilə bağlı həyata keçirilən icra hərəkətlərində hal şahidlərinin iştirakı məcburidir. “İcra Haqqında” AR Qanunun 38.2-ci maddəsinə əsasən digər hallarda hal şahidləri maraqlı tərəfin təklifinə əsasən icra məmuru tərəfindən dəvət olunurlar. “İcra Haqqında” AR Qanunun 38.3-cü maddəsinə əsasən icraatın iştirakçıları ilə qohumluq və tabeçilik əlaqələrində olmayan, tam fəaliyyət qabiliyyətli 18 yaşına çatmış hər bir vətəndaş hal şahidi qismində dəvət oluna bilər. Hal şahidlərinin sayı ikidən az ola bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; 6.1-ci maddəsinə görə notariusun icra qeydləri icra sənədi hesab edilir; 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarıldığı hallardan biri də borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi haldır. 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, icra sənədlərinin icrasına məhkəmə tərəfindən nəzarət edilir və icra sənədinin tələbkara qaytarılması yalnız icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi halda mümkündür. İcra sənədinin geri qaytarılması haqqında icra məmurunun qərarında isə icra qeydinin icra edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün icra tədbirlərinin həyata keçirildiyi aşkar olunmur. Beləliklə, icra məmuru icra sənədinin icrası ilə bağlı tam və ətraflı araşdırma aparmadan icra sənədinin qaytarılması haqqında qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmə icra məmurunun qərarının ləğv edilməsini və icra sənədi üzrə tələbin icra olunması üçün müvafiq hərəkətlərin davam etdirilməsini daha məqbul hesab edir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri, Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “icra sənədinin qaytarılması qərarı ləğv edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-398/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-398/2025
20.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver