Məhkəmə qərarları › İş №8(005)-400/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-400/2021

01.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-400/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-173/2018 saylı, 31.01.2018-ci il tarixli qərardadı üzrə Borclu mülkiyyətində olan “VAZ 2170; minik markalı, 90 GX-924 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Babək Qarayevin təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Babək Qarayev Borclu məxsus olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Mohkoməs tərəfindən verilmiş 2(005)-165/2015 saylı, 03.02.2015-cı il tarixli icra sənədinə əsasən Borclu cəmi 5336,73 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar ‘'Tələbkar" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi icraata 17.03.2015-ci ıl tarixdə daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin tarixdə icraata başlamaq haqqında qorar qəbul edilərək icra edilməsi üçun borclunun ünvanına, məlumat üçün isə tələbkarın ünvana göndərilmişdir. ünvan 1ixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “VAZ 2170" minik markalı, 90-GX 924 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Nərimanov rayon Məhkəməsinin 8(005)-173/2018 saylı, 31.01.2018-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Tələbkar “Tələbkar" ASC-nin 17.10.2019 cu il tarixli rəsmi məktubuna əsasən, Nərimanov Rayon Məhkəməsinin 2(005)-165/2015 saylı, 03 02.2015-ci il tarixli icra sənədinin icrasına xitam verilmişdir. Göstərilənləri nəzərə alaraq, icra sənədinin icrasının təmini tədbiri olaraq Nərimanov rayon Məhkəməsinin 8(005)173/2018 sayı, 31.01.2018-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ 2170" minik markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin olunmalı, 8(005)173/2018 sayı, 31.01.2018-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ 2170" minik markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, işdə olan LPO "Tələbkar" ASC-nin 11.10.2019-cu il məktubundan görünür ki, icra sənədinin icrası təmin edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-173/2018 sayı, 31.01.2018-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ 2170" minik markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar