Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-400/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2292/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2863/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə Borclu əmlakları üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Babək Qarayevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Babək Qarayev təqdimatla müraciət edərək Borclu məxsus olan Lənkəran şəhəri 21-ci məhəllə sahəsi 0.1) 58250 ha, Lənkəran şəhəri 21-ci məhəllə 12 a. döngə 5 sahəsi 1316.70 m2 Bakı şəhəri. Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi, ev 3D sahəsi 42,13 m2 Bakı şəhəri Nərimanov rayonu Tələt Şıxəliyev küçəsi, ev 20,40 saylı mənzilin sahəsi 148,30 m2 Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi, ev 3v, 3 saylı mənzil sahəsi 33,68 m2 Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi, ev 3v, 2 saylı mənzil sahəsi 35.58 m2, ünvan 2 sahəsi 115.20 m2 Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3v sahəsi m2 əmlakların üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2292/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2292/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 100000 manat məbləğində pul vəsaiti və 390 manat dövlət rüsumu tutularaq Tələbkar1 xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-461/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu 142000 manat məbləğində pul vəsaiti və 432 manat dövlət rüsumu tutularaq Tələbkar2 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2863/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Bakı 9 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində Tələbkar3 və Borclu arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin: 1. Bu Saziş ilə Birinci tərəf Tələbkar3 ilə ikinci tərəf Borclu qarşılıqlı olaraq razılaşırlar ki, Tələbkar3, borc kimi xx.xx.2023- cü il tarixində Borclu odluna verdiyi və Borclu tərəfindən xx.xx.2023-cü il tarixində Tələbkar3 geri qaytarmalı olduğu 65 635 AVRO pulu, Borclu xx.xx.2023-cü il tarixində tam olaraq X3 geri qaytaracaqdır. 2. xx.xx.2023-cü il tarixinə qədər Tələbkar3 tərəfindən həmin pulun geri tələb olunması üçün Məhkəməyə və ya İcra Şöbələrinə müraciət olunmayacaq. 3. xx.xx.2023-cü il tarixinə qədər Borclu həmin 65 635 AVRO pulu Tələbkar3 qaytarmasa bundan dolayı məsuliyyət daşıyacaq və qaytarılmayan məbləğə görə Tələbkar3 hər gecikmiş gün üçün həmin qaytarılmamış məbləğin 1%-i qədər dəbbə pulu ödəyəcəkdir. 2.Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar4 cavabdeh Borclu qarşı «müqavilələrdən əmələ gələn öhdəlik üzrə mübahisələr» tələbinə dair iddia ərizəsi üzrə tərəfər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Bundan sonra birlikdə “Tərəflər" adlandırılacaq, iddiaçı Tələbkar4 (bundan sonra "Birinci tərəf adlandırılacaq) və cavabdeh Borclu (bundan sonra "İkinci tərəf adlandırılacaq) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq aşağıdakılar haqqında barışıq sazişi bağlayırlar: 1. İş üzrə cavabdeh Borclu qarşılıqlı razılaşma əsasında iddia tələbini 160000(bir yüz altmış min) manat məbləğində qəbul edir və həmin məbləği barışıq sazişi təsdiq edildikdən sonrakı aydan başlayaraq 24 ay müddətində hər ay bərabər məbləğdə ödəməyi öhdəsinə götürür.
2. İş üzrə iddiaçı Tələbkar4 cavabdehin iddia tələbini 160000(bir yüz altmış min) manat məbləğində etiraf etməsini qəbul edir və həmin məbləğin cavabdeh Borclu tərəfindən barışıq sazişi təsdiq edildikdən sonrakı aydan başlayaraq 24 ay müddətində hər ay bərabər məbləğdə ödəməsinə etiraz etmir. 3. İş üzrə cavabdeh tərəfindən barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəlik 2 ay dalbadal icra edilmədiyi halda iddiaçının borcun ödənilməmiş hissəsinə dair icra vərəqəsi verilməsini tələb etmək hüququ vardır. ş üzrə iddiaçı Tələbkar4 öhdəsinə götürür ki, cavabdeh Borclu mülkiyyətində olan avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə X1 ləğv edilməsi barədə Nərimanov Rayon Məhkəməsinə müvafiq ərizə təqdim edir. 5. X2 nəzərdə tutulmamış hər hansı bir tələbin və öhdəliyin icrasını bir-birindən tələb edə bilməzlər. 6. Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edilir və barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadı qanuni qüvvəyə mindiyi gündən qüvvəyə minir. 3.Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2863/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Bakı 9 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasiya prosesi nəticəsində Tələbkar3 və Borclu arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin: 1. Bu Saziş ilə Birinci tərəf Tələbkar3 ilə İkinci tərəf Borclu qarşılıqlı olaraq razılaşırlar ki, Tələbkar3, borc kimi xx.xx.2023- cü il tarixində Borclu odluna verdiyi və Borclu tərəfindən xx.xx.2023-cü il tarixində Tələbkar3 geri qaytarmalı olduğu 65 635 AVRO pulu, Borclu xx.xx.2023-cü il tarixində tum olanıq X3 geri qaytaracaqdır. 2. xx.xx.2023-cü il tarixinə qədər Tələbkar3 tərəfindən həmin pulun geri tələb olunması üçün Məhkəməyə və ya İcra Şöbələrinə müraciət olunmayacaq. 3. xx.xx.2023-cü il tarixinə qədər Borclu həmin 65 635 AVRO pulu Tələbkar3 qaytarmasa bundan dolayı məsuliyyət daşıyacaq və qaytarılmayan məbləğə görə Tələbkar3 hər gecikmiş gün üçün həmin qaytarılmamış məbləğin 1%-i qədər dəbbə pulu ödəyəcəkdir. İcra sənədləri Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə kİ, "Elektron icra " informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Lənkəran şəhəri 21-ci məhəllə sahəsi 0.058250 ha, Lənkəran şəhəri 21-ci məhəllə. 12 a. döngə 5 sahəsi 1316,70 m2 Bakı şəhəri, Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi, ev 3D sahəsi 42,13 m2 Bakı şəhəri Nərimanov rayonu Tələt Şıxəliyev küçəsi, ev 20,40 saylı mənzilin sahəsi 148,30 m2 Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3v, 3 saylı mənzil sahəsi 33,68 m2 Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3v, 2 saylı mənzil sahəsi 35.58 m2 , ünvan 2 sahəsi 115.20 m2 Bakı şəhəri. Nərmənov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3v sahəsi m2 əmlakların olması müəyyən olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu, tələbkarlar və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-2292/2024 nömrəli xx.xx.2024-cu il tarixli icra sənədinə əsasən Borclu Tofıq oğlundan 100000 manat məbləğində pul vəsait, və 390 manat dövlət rüsumu Tələbkar1 xeyrinə ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Tələbkar4 cavabdeh Borclu qarşı “müqavilələrdən əmələ gələn öhdəlik üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi təsdiq edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2863/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Bakı 9 saylı Mediasiya Təşkilatının keçirdiyi mediasıya prosesi nəticəsində Tələbkar3 və Borclu arasında 29 08.2023-cü ıl tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin: 1 Bu Saziş ilə Birinci tərəf Tələbkar3 ilə İkinci tərəf Borclu qarşılıqlı olaraq razılaşırlar ki, Tələbkar3, borc kimi xx.xx.2023- cü il tarixində Borclu odluna verdiyi və Borclu tərəfindən 29.07 2023-cü il tarixində Tələbkar3 geri qaytarmalı olduğu 65 635 AVRO pulu Borclu xx.xx.2023-cü ıl tarixində tam olaraq X3 gen qaytaracaqdır. 2. xx.xx.2023-cü ıl tarixinə qədər Tələbkar3 tərəfindən həmin pulun geri tələb olunması uçun Məhkəməyə və ya icra Şöbələrinə müraciət olunmayacaq. 3. xx.xx.2023-cü il tarixinə qədər Borclu həmin 65 635 AVRO pulu Tələbkar3 qaytarmasa bundan dolayı məsuliyyət daşıyacaq və qaytarılmayan məbləğə görə Tələbkar3 hər gecikmiş gün üçün həmin qaytarılmamış məbləğin 1%-i qədər dəbbə pulu ödəyəcəkdir. Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi şöbənin icraatına xx.xx.2024cü il tarixdə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə bildirişlə icra olunması üçün borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu ünvanlanmış xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcludan borcunu 10 gün müddətində könüllü ödənilməsi xahiş edilmiş, ödənilmədiyi təqdirdə qanunvericiliklə müəyən olunmuş qaydalar izah olunmuşdur. -Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e- 2(005)-2292/2024 nömrəli xx.xx.2024-cu il tarixli icra sənədi şöbənin icraatına xx.xx.2024cü il tarixdə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə bildirişlə icra olunması üçün borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. - Borclu ünvanlanmış xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcludan borcunu 10 gün müddətində könüllü ödənilməsi xahiş edilmiş, ödənilmədiyi təqdirdə qanunvericiliklə müəyən olunmuş qaydalar izah olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. - 44-cü maddəsi, bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra vərəqəsinin icra məmuruna təqdim olunmasını, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul olunmasını və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi müəyyən etmişdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 45.7-ci maddəsinə tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra vərəqəsinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra vərəqəsi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra vərəqəsinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Məhkəmə qeyd edir ki, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir və bu tədbirin tətbiqinin mümkünlüyünə müvafiq əsasların mövcud olub-olmadığı, habelə, icra məmuru tərəfındən “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq icra sənədinin icrası məqsədilə icra hərəkətlərinin yerinə yetirilib-yetirilmədiyi və tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı prosedur qaydalarına əməl olunub-olunmadığı kontekstində qiymət verilməlidir. Bu mənada, bu tədbirin tətbiqi əsası, icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi ilə şərtləndirilmişdir (“İcra haqqında” Qanunun 43-cü və 44-cü maddələri). Qanunvericiliyə əsasən, məhkəmənin qəbul etdiyi qərarların icrası bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra edilməlidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Borclu məhkəmə qərarının icrasının təmin edilməsinə yönəlik hərəkətlər etməlidir. İşin faktiki hallarından göründüyü kimi daşınmaz əmlakların üzərinə həbs qoyulması zərurəti məhz icra sənədləri üzrə borclunun öz öhdəliklərini könüllü icra müddətində icra etməməsidir. Belə ki, icra vərəqəsi üzrə icra məmuru tərəfindən müvafiq olaraq xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya bildirişlər göndərilmiş, lakin icra sənədi üzrə tələblər bu müddət ərzində icra olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır. Məhkəmə hesab edir ki, icra sənədləri üzrə könüllü icra barədə bildirişlər göndərilməsinə baxmayaraq bu müddət ərzində icra sənədləri borclu tərəfindən icra edilmədiyindən bununla da, icra sənədlərinin icrası mümkün olmadığından, icra sənədlərinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan daşınmaz əmlakların üzərinə həbs qoyulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2292/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2863/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan daşınmaz əmlakların - Lənkəran şəhəri 21-ci məhəllə ünvanında yerləşən torpaq sahəsi (sahəsi 0.058250 ha), Lənkəran şəhəri 21-ci məhəllə 12 a, döngə 5 (sahəsi 1316.70 m2) ünvan 3v 3D (sahəsi 42,13 m2), Bakı şəhəri Nərimanov rayonu Tələt Şıxəliyev küçəsi, ev 20, 40 saylı mənzilin (sahəsi 148,30 m2), ünvan 3v 3v, 3 saylı mənzil (sahəsi 33,68 m2), ünvan 3v 3v, 2 saylı mənzil (sahəsi 35.58 m2), ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin, ünvan 3v 3v üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2292/2024 nömrəli, xx.xx.2024cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2863/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan daşınmaz əmlakların - Lənkəran şəhəri 21-ci məhəllə ünvanında yerləşən torpaq sahəsi (sahəsi 0.058250 ha), Lənkəran şəhəri 21-ci məhəllə 12 a, döngə 5 (sahəsi 1316.70 m2) ünvan 3v 3D (sahəsi 42,13 m2), Bakı şəhəri Nərimanov rayonu Tələt Şıxəliyev küçəsi, ev 20, 40 saylı mənzilin (sahəsi 148,30 m2), ünvan 3v 3v, 3 saylı mənzil (sahəsi 33,68 m2), ünvan 3v 3v, 2 saylı mənzil (sahəsi 35.58 m2), ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin, ünvan 3v 3v üzərinə həbs qoyulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Səbinə Nuriyeva