Məhkəmə qərarları › İş №8(005)-402/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-402/2023

31.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-402/2023 31.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalov məhkəməyə müraciət edərək, Borclu məxsus “BMW 523” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4948/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu Tələbkar MMC-nin xeyrinə cəmi 1229,85 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Borclu icra sənədinin icrasını təmin etmədiyi üçün icra sənədi üzrə tələbin yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 8(005)- 71/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus “BMW 523” markalı, **- VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Aparılan icra tədbirləri nəticəsində icra sənədlərinin icrası təmin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Nərimanov Rayon Məhkəməsinin 2(005)-4948/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu iddiaçı Tələbkar MMC-nin xeyrinə 1219,85 manat ödənilməmiş, 10 manat dəbbə pulu, cəmi 1229,85 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır; Nərimanov Rayon Məhkəməsinin 8(005)-71/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4948/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin edilməsi məqsədi ilə icra sənədi üzrə Borclu məxsus “BMW 523” minik markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması qərara alınmışdır; Tələbkar MMC-nin Nərimanov rayon İcra şöbəsinə ünvanladığı ərizəsindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4948/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinin tələbinə əsasən xitam verilməsi xahiş etmişdir; Nərimanov rayon İcra şöbəsinin icra məmuru Emil Zeynalovun xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4948/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən isə icra sənədi tam icra olunduqda icraata xitam verilir. Qanunun 20.2 və 20.3-cü maddələrinə görə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4948/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verildiyindən təqdimat təmin edilməli, Nərimanov Rayon Məhkəməsinin 8(005)-71/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus olan “BMW 523” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-71/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus olan “BMW 523” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar