Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-403/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-897/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-684/2024 saylı xx.xx.2024-cü il tarixli və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-179/2022-022 saylı xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrasının təmini məqsədilə verilmiş təqdimatına Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-897/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-684/2024 saylı xx.xx.2024-cü il tarixli və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-179/2022-022 saylı xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrasının təmini məqsədilə Borclu Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmurunun təqdimatı baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi və tərəflər xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişdirlər. Bu halda təqdimata onların iştirakı olmadan baxılmasını məhkəmə mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin təqdimatı baxılmadan geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin X2 Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə xx.xx.2024-cü il tarixli 156561/2021-15- 24-005 saylı məktubuna əlavə edilmiş, baxılması üçün məhkəməyə ünvanlanmış icra məmuru Elzamin İsayevin təqdimatından görünür ki, təqdimatla “xx.xx.1980-ci il təvəllüdlü ünvan 1 ev 133 küçəsi ünvanında qeydiyyatda olan X1 Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə məcburi gətirilməsi” məsələsinə baxılması xahiş edilmişdir. Göründüyü kimi, icra şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubla, həmin məktuba əlavə edilmiş məhkəmə tərəfindən baxılması xahiş edilən təqdimat arasında uyğunsuzluq vardır. Təqdimata əlavə edilmiş sənədlərdən də görünür ki, iş üzrə X1 Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə məcburi gətirilməsi” məsələsinə baxılması xahiş edilsə də, təqdimata xx.xx.1986-cı il təvəllüdlü Borclu olduğu icra sənədləri və onunla bağlı digər sənədlər əlavə edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan anlaşılmazlıq aradan qaldırılmadan təqdimata baxılması mümkün deyildir. Bu səbəbdən təqdimat geri qaytarılmalıdır. Bununla belə məhkəmə qeyd edir ki, təqdimatın geri qaytarılması, təqdimatda olan anlaşılmazlıqlar (nöqsanların) aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edilməsini məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-897/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-684/2024 saylı xx.xx.2024-cü il tarixli və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-179/2022-022 saylı xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrasının təmini məqsədilə verilmiş təqdimat baxılmadan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-897/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-684/2024 saylı xx.xx.2024-cü il tarixli və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-179/2022-022 saylı xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrasının təmini məqsədilə verilmiş təqdimat baxılmadan geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-403/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-403/2024
02.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver