Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-404/2020 09.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X10, Tələbkar X6, Borclu “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X7, Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4859/2016 saylı xx xxxx 2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rafail Səfərovun xx xxxxxxx 2019-cu il tarixli qərarının əsassız hesab edilib ləğv olunmasına dair tələbkar X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X12 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4859/2016 saylı xx xxxx 2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı Şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rafail Səfərovun xx xxxxxxx 2019-cu il tarixli qərarının əsassız hesab edilib ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-867/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Həmin qərardaddan borclu “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən şikayət verərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-146/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə borclu “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş şikayət qismən təmin edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-867/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilməsi və mülki iş tələbkarın şikayətinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında tələbkar X13 ərizəni müdafiə edərək bildirdi ki, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4859/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsinə əsasən cavabdeh “ANT X26” MMC tərəfindən ona may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 (bir) faizi məbləğində ödənişin alınıb verilməsi qət edilmiş və məhkəmə qətnaməsi artıq uzun müddətdir ki, qanunu qüvvəyə minmişdir. Yalnız məhkəmə qətnaməsinin 2016-cı il tarixdən qüvvəyə minməsinə baxmayaraq icra şöbəsi və cavabdeh əlbir olaraq məhkəmə qətnaməsinin icra olunmasından və icra qaydasının müəyyənləşməsindən qərəzli yayınıblar. İcra və probasiya şöbəsi Dövlət Əmək Müfəttişliyinin qoymuş olduğu ödənc məbləğinin (10.580 manat) təqdimatını gizlədərək X16 müraciət edərək saxta əsassız məbləğ əldə etmişdir. Buna görə də, ərizə təmin olumalı, ona 8 ay üçün deyil, 18 ay üçün əmək haqqının 1 (bir) faizi məbləğində ödəniş verilməlidir. Məhkəmə iclasında borclu “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin X14 ərizəni əsassız hesab edərək bildirdi ki, Şirkət tərəfindən Ş.İbadova verilməsi üçün nəzərdə tutulmuş pul məbləği ona verilmişdir, Nərimanov rayon icra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli icra işi üzrə icraata xitam verilməsi haqqında qərar ləğv edilməməli idi. Qeyd edilənlərə əsasən Ş.İbadov üçün hesablamış və ödənilmiş əmək haqqı, istifadə edlməmiş məzuniyyətə görə təzminatın və əmək haqqının gecikdirilməsinə dair ödəncin məbləğini təqdim edirlər. 1.2015-ci ilin may-dekabr ayları üzrə əmək haqqı (VM əsasən ödənilmiş 14%-lik gəlir vergisi və 3%-lik sosial sığorta çıxıldıqdan sonra 249 AZNx8=1992 AZN) 2. xx.xx.2011-xx.xx.2016-cı illər üçün istifadə edilməmiş məzuniyyətə görə təzminat (Müddəti: 21 x 4 il+7 gün= 91 gün, Məbləği: 249: 30,4x91= 745,3 manat) 3. Ödəncin məbləği: (2015-ci ilin iyun ayından başlayaraq, hər ay üçün 30 gün olmaqla - 249x1% = 2,49 x30 =74,7 AZN. Qətnaməyə əsasən 2015-ci ilin iyun ayından 2016-cı ilin yanvar ayınadək 8 aylıq müddət üçün -74,7 x 8 - 597,6 AZN) 4. Ş.İbadovun məhkəmə qətnaməsinə əsasən cəmi alacağı ödənişin 3334,9 AZN olmasını (1992+745,3 + 597,6 = 3334,9) və ona əvvəlcə 3170 AZN , sonra isə 165 AZN manat-cəmi 3335 manat məbləğində ödəniş edilməsi və həmin işlə bağlı məhkəmə qətnaməsi icra edilmişdir. Bundan başqa, icra işi üzrə Nərimanov rayon İcra və Probasiya şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə qeyd edilən faizlərin hesablanması qaydası və məbləğinin müəyyən edlməsi məqsədi ilə mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikası Auditorlar Palatasına müraciət edilmişdir. İcra və Probasiya Şöbəsinin müvafiq qərarı icra edilərək AR Auditorlar Palatası tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli BV- SA/065 №li Auditor rəyinə əsasən adı çəkilən faizlərin hesablanma qaydası və məbləği dəqiq müəyyən edilərək müvafiq rəy icra şöbəsinə təqdim edilmişdir. Həmin rəy icra işində mövcuddur. Mütəxəssis rəyinə əsasən Ş.İbadovun əmək haqqısı 2015-ci ilin may ayından həmin ilin dekabr ayınadək dəqiq müəyyən edilmiş və faizlərin 2016-cı ilin yanvar ayınadək hesablanmalı olması bir daha dəqiqləşdirilmişdir. Mütəxəssis rəyinə əsasən Ş.İbadova 2015-ci ilin iyun ayından 2016-cı ilin yanvar ayınadək 8 aylıq müddət üçün ödənilmiş əmək haqqı məbləği əsas götürülərək faizlərin hesablanması müəyyən edilmiş və həmin müddət üçün 2191,74 manat faiz hesablanmış, həmin məbləğdən 597,6 manat məbləğində faizlərin ödənilməsi nəzərə alınaraq yekunda 1594,14 manat məbləğində pul vəsaitinin faizlər şəklində tələbkar Ş.İbadova ödənilməli olması müəyyən edilmişdir. Faizlərin 2016-cı ilin yanvar ayınadək ödənilməli olması məhkəmə xx.xx.2016-cı il tarixli 2 (005)-4859/2016 nömrəli qətnaməsi ilə də təsdiqlənmişdir. Bununla da, tələbkar Ş.İbadova Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)- 4859/2016 nömrəli qətnaməsi ilə əmək haqqının gecikdirilməsinə görə ödənilməli olan faizlərin hesablanması qaydası və məbləği və hansı tarixədək hesablanmalı olması həm AR Auditorlar Palatası tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli BV- SA/065 nömrəli Auditor rəyinə əsasən, həm də məhkəmənin müvafiq qətnaməsi ilə dəqiq müəyyən edilmişdir. Həmin məbləğ yekunda 1594,14 manat təşkil edir. Qeyd edilən 1594,14 manat məbləği də həmçinin xx.xx.2019-cu il tarixdə Ş.İbadova şirkət tərəfindən ödənilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X18 icraata xitam verilməsi barədə qərardadın ləğvi üçün əsas olmadığını, buna görə də ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X15 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1.5-ci maddəsinə görə, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Qanunun 20.7-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda tələbinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi icra edilmiş sayılır. Hazıda məhkəmə aktı tam icra edilmişdir, icra hərəkətlərinin davam etdirilməsi zərurəti yoxdur. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4859/2016 saylı xx xxxx 2016-cı il tarixli icra vərəqəsinə əsasən X6 “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X1rşı iddia tələbi qismən təmin edilərək, 2015-ci ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 (bir) faizi məbləğində ödəncin «xxxxxxxxxxxxxxxxxxxxxxxx» X2 tutularaq X8 verilməsi müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclunun ünvanına bildiriş göndərilmişdir. xx.xx.2016-cı il tarixli ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4859/2016 saylı xx xxxx 2016-cı il tarixli icra vərəqəsi üzrə 3.170 manat məbləğində pul vəsaiti X19 tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və X17 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx xxxx 2017-ci il tarixli M-257 nömrəli məktubunun məzmununa görə, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X2 X8 ödənilməmiş 2015-ci ilin may-dekabr ayları üzrə əmək haqqı, 2011-2015-ci illər üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə Kompensasiya və əmək haqqı üzrə gecikdirilmiş hər günə 1% məbləğində ödənc verilməlidir. Əmək haqqı: 8 ay üzrə, xx.xx.2011-xx.xx.2016-cı illərin istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya: 4x21+7=91 gün üzrə hesablanıb ödənilməli, eyni zamanda əmək haqqının gecikdirilmiş hər gününə 1% ödənc isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə uyğun olaraq hesablanmalıdır. Yəni, əmək haqqı işəgötürənin təqsiri üzündən gecikdirildikdə ödənc aylar üzrə əmək haqqının ödənildiyi günədək gecikdirilmiş günlərin sayına uyğun faizlərə vurulmaqla müəyyən edilir. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X3 Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx xxxxx 2017-ci il tarixli 03/1-58 nömrəli məktubunun məzmunundan görünür ki, X8 2015-ci ilin may ayından dekabr ayınadək orta aylıq əmək haqqının və 2011-2015-ci illər üçün istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın hesablanaraq ödənilməsi vəzifəsinin “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X3 üzərinə qoyulmasına dair xx.xx.2017-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi çıxarılmış, qətnamədən də göründüyü kimi, qeyd edilən dövr üçün orta aylıq əmək haqqının və 2011-2015-ci illər üzrə istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanaraq ödənilməsi vəzifəsi işəgötürənin üzərinə qoyulmuşdur. Həmin qətnamənin təsviri hissəsindən görünür ki, Ş.İbadovun əmək haqqı həmin dövr üçün orta aylıq 300 manat təşkil etmiş, həmin məbləğdə Vergi Məcəlləsinə əsasən hesablanmış 14% gəlir vergisi və “Sosial sığorta haqqında” qanuna əsasən hesablanmış 3% sosial sığorta məbləği nəzərə alınmamışdır. Ş.İbadovun 300 manatlıq orta aylıq əmək haqqı məbləğindən 14%, yəni 42 manat gəlir vergisi, 3%, yəni 9 manat isə sosial sığorta haqqı hər ay onlar tərəfindən tutularaq müvafiq qaydada ödənilmişdir. Beləliklə, Ş.İbadovun aylıq əmək haqqı məbləği vergi və sosial sığorta haqları nəzərə alınmaqla aylıq 249 manat təşkil etmişdir. 2015-ci ilin may ayından dekabr ayınadək olan 8 aylıq dövr üçün onun toplam əmək haqqı məbləği 1.992 manat (249x8) təşkil etmişdir. Ş.İbadovun xx.xx.2011-xx.xx.2016-cı illərin istifadə edilməmiş məzuniyyət müddətinin 91 gün olmasını nəzərə alaraq (4x21+7=91), həmin dövrə görə təzminatın məbləği 745,30 manat (249:30,4x91) təşkil edir. 2015-ci ilin 8 ayı üçün əmək haqqı və 2011-2015-d illər üçün istifadə edilməmiş məzuniyyətə görə təzminatın cəmi məbləği 2.737.30 (1.992+745,30) manatdır. Ş.İbadova şirkət tərəfindən 3.170 manat məbləğində ödəniş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçı Ş.İbadov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hər gecikdirilmiş gün üçün əmək haqqının 1% ödənc verilməsi və ödəncin hesablama müddətinin 2015-ci ilin may ayından qəbul olunmuş xx xxxxx 2016-cı il məhkəmə təqvim tarix müddətinə kimi müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qətnaməsindən də göründüyü kimi, ödəncin hesablama müddətini iddiaçı xx.xx.2016-cı il tarixə qədər, yəni məhkəmə qətnaməsinin çıxarıldığı günə kimi müəyyən edilməsini tələb etmişdir. İddiaçı öz iddiasında ödəncin 2015-ci ilin may ayından 2016-cı ilin aprel ayınadək müəyyən edilməsi tələbini qoymuşdur. Qətnamə ilə iddia qismən təmin edərək qətnaməsində 2015-ci ilin may ayından dekabr ayınadək əmək haqqının gecikdirilməsinə dair hər gecikdirilmiş gün üçün əmək haqqının 1% məbləğində ödəncin cavabdehdən tutulmasını qət etmişdir. Bundan başqa, qətnamədə göstərilmişdir ki, “İddiaçının iddia ərizəsində tələb etdiyi qalan müddət öz hüquqi əsasını tapmadığından və məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddia tələbi qalan hissədə təmin edilməməlidir, (Qətnamənin 3-cü səhifəsinin 2-ci abzası).” Bu o deməkdir ki, məhkəmə iddia tələbini tam təmin etməmiş və iddiaçının tələbini xx.xx.2016-cı il tarixə kimi ödəncin hesablanması hissəsində rədd etmişdir. Əmək Müfəttişliyinin xx.xx.2017-ci il tarixli məktubunda göstərilmişdir ki, ödənc aylar üzrə əmək haqqının ödənildiyi günədək gecikdirilmiş günlərin sayına uyğun faizlərə vurulmaqla müəyyən edilir. Qeyd edilənlərə əsasən hesablama qaydası: 2015-ci ilin may-dekabr ayları üzrə əmək haqqı (Azərbaycan Respublikası Vergilər Məcəlləsinə əsasən ödənilmiş 14% gəlir vergisi və 3% sosial sığorta çıxıldıqdan sonra-249 manatx8=1.992 manat); xx.xx.2011- xx.xx.2016-cı illər üçün istifadə edilməmiş məzuniyyətə görə təzminat (müddəti: 21x4il+7 gün=91 gün, məbləği: 249:30,4x91=745,30 manat); ödəncin məbləği: (2015-ci ilin iyunayından, başlayaraq, hər ay üçün 30,4 gün olmaqla-249x1%=2,49x30,4=74,70 manat. Qətnaməyə əsasən 2015-ci ilin iyun ayından 2016-cı ilin yanvar ayınadək 8 aylıq müddət üçün 74,7x8=597,6 manat); Ş.İbadovun məhkəmə qətnaməsinə əsasən cəmi alacağı ödənişin 3.334,90 manat olmasını (1.992+745,30+597,60=3.334,90) və ona 3.170 manat ödəniş edilməsini nəzərə alaraq tələbkara 164,90 manat (3.334,90-3.170=164,90) məbləğində əlavə ödəniş edilməlidir. İcra işində olan xx xxxxx 2017-ci il tarixli qəbzin məzmunundan görünür ki, X12 həmin tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X2 165 manat məbləğində pul vəsaiti qəbul etmişdir. Müvafiq qəbz X12 tərəfindən imzası ilə təsdiq edilmişdir. İcra işində olan Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin xx xxx 2017-ci il tarixli qərarının məzmunundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4859/16 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 2015- ci ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində ödənc borclu “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X2 tutularaq tələbkar X8 verilməlidir. İcra sənədinin icrasında yaranmış zərurətlə əlaqədar icra şöbəsi tərəfindən mütəxəssis dəvət olunmasına dair qərar qəbul edilərək xx.xx.2017-ci il tarixli məktubla Azərbaycan Respublikası Əmək və X17 Nazirliyi Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və X17 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi xx.xx.2017-ci il tarixli cavab məktubunda icra vərəqəsində qeyd edilən tələbin hesablanma üsulunu qeyd etmişdir. Bundan sonra icra vərəqəsində qeyd edilən tələbin necə hesablanacağı ilə bağlı Azərbaycan Respublikası Əmək və X17 Nazirliyi Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2017-ci il tarixli, M-257 nömrəli məktubunun surəti xx.xx.2017-ci il tarixdə 4128-4 nömrəli məktubla borclu “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X5 göndərilmiş, “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X9 03/1-58 nömrəli xx.xx.2017-ci il tarixli məktubunda cavab olaraq tələbkar X8 elə qeyd olunan düstur üzrə hesablanma aparıldığını və 3.170 manat ödəniş edildiyini, qalıq borcu isə 164,90 manat məbləğində olduğunu bildirmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə X12 xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və qalıq məbləğ olan 164,90 manat pul vəsaiti ona “xxxxxxxxxxxxxxxxxxxxxxxx" X9 tərəfindən təqdim edilmiş və bu barədə tələbkar X4 onun həmin məbləği aldığını təsdiq edən qəbz alınmışdır. İcra işində olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2- 1(82)-2357/2017 nömrəli qərarının məzmunundan görünür ki, X6 Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə və üçüncü şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X1rşı icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4859/2016 nömrəli xx xxxx 2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin xx xxx 2017-ci il tarixli qərarı ləğv edilmişdir. İcra işində olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2-1(103)-398/2018 nömrəli qərardadının surətindən görünür ki, üçüncü şəxs “xxxxxxxxxxxxxxxxxxxxxxxx” X3 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2-1(82)-2357/2017 nömrəli qərarından verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2-1(82)-2357/2017 nömrəli qərarı ləğv edilmiş, X6 Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə qarşı icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi barədə iddiasının inzibati məhkəmə qaydasında baxılması mümkün sayılmamışdır. Həmçinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-857/2018 saylı xx xxxx 2018-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4859/2016 sayı 28 iyul 206-cı il tarixli iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra və probasiya Şöbəsinin icra məmuru Vüsal Şirinovun xx xxx 2017-ci il tarixli qərarı ləğv edilmişdir. Həmin qərardad Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2018-ci il tarixli 8(103)-347/2018 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. İcra işindən görünür ki, tələbkar Ş.İbadova Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)-4859/2016 nömrəli qətnaməsi ilə əmək haqqının gecikdirilməsinə görə ödənilməli olan faizlərin hesablanması qaydası, məbləği və hansı tarixədək hesablanmalı olması həm Auditorlar Palatası tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli BV- SA/065 nömrəli Auditor rəyinə əsasən, Ş.İbadova 2015-ci ilin iyun ayından 2016-cı ilin yanvar ayınadək 8 aylıq müddət üçün ödənilmiş əmək haqqı məbləği əsas götürülərək faizlərin hesablanması müəyyən edilmiş və həmin müddət üçün 2191,74 manat faiz hesablanmış, həmin məbləğdən 597,6 manat məbləğində faizlərin ödənilməsi nəzərə alınaraq yekunda 1594,14 manat məbləğində pul vəsaitinin faizlər şəklində tələbkar Ş.İbadova ödənilməli olması müəyyən edilmişdir. İcra işindən aydın olur ki, 1594,14 manat tələbkarın hesabına köçürülmüşdür. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 4859/2016 saylı xx xxxx 2016-cı il tarixli icra sənədi icra olunmuşdur. Buna görə də, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rafail Səfərovun xx xxxxxxx 2019-cu il tarixli qərarının əsassız hesab edilib ləğv olunmasına dair tələbkar X6 tərəfindən verilmiş şikayət rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rafail Səfərovun xx xxxxxxx 2019-cu il tarixli qərarının əsassız hesab edilib ləğv olunmasına dair tələbkar X6 tərəfindən verilmiş şikayət rədd edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №8(005)-404/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-404/2020
09.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver