Məhkəmə qərarları › İş №8(005)-405/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-405/2023

30.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-405/2023 30.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Oğuz Rayon Məhkəməsinin 2(054)-782/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Azər Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Oğuz Rayon Məhkəməsinin 2(054)-782/2015 saylı, xx.xx.2015-ci tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu adına “Toyota Prius (Hibrid)” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı və “BMW X-6” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə Borclu və X1 müştərək qaydada cəmi 8184 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" İKB ASC-nin xeyrinə ödənilməlidir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxsin əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müxtəlif orqanlara sorğular edilmiş və portal çıxarışına Borclu adına “Toyota Prius (Hibrid)” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” markalı, **-GE- *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı və “BMW X-6” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. İcra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Oğuz Rayon Məhkəməsinin 2(054)-782/2015 saylı, xx.xx.2015-ci il tarixli əmrinin surətindən görünür ki, Borclu və X1 müştərək qaydada kreditor "xxxx" İKB-nın xeyinə, həll olunma gününə tətbiq olunan dərəcədə yeni azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla, 6384 ABŞ dolları əsas borc, 1800 ABŞ dolları faiz borcu, cəmi 8184 ABŞ dolları borc və 20 manat dövlət rüsumunun tutulmalıdır; Təqdimata əlavə edilmiş xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərar və eyni tarixli bildirişin surətlərindən görünür ki, Oğuz Rayon Məhkəməsinin 2(054)-782/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir. İş materiallarında olan elektron informasiya sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində “Toyota Prius (Hibrid)” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı və “BMW X-6” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Həmçinin təqdimata əlavə edilmiş sənədlərə əsasən borcluya məxsus nəqliyyat vasitəsinin mövcud olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat təmin edilməli, Borclu məxsus “Toyota Prius (Hibrid)” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı və “BMW X-6” markalı, **-HN-*** qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Oğuz Rayon Məhkəməsinin 2(054)-782/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Toyota Prius (Hibrid)” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı və “BMW X-6” markalı, **-HN-*** qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar