Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-409/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, X1 iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5006/2021 saylı, xx.xx.2021-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5013/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2124/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə Nərimanov rayon İcra şöbəsinin icra məmurunun hərəkət (hərəkətsizliyi) barədə X1 şikayət ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov Rayon Məhkəməsinin 2(005)-5006/2021 saylı, xx.xx.2021-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5013/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2124/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Nərimanov rayon İcra şöbəsinin icra məmurunun hərəkət (hərəkətsizliyi) barədə X1 şikayət ərizəsi verərək, Nərimanov rayon İcra şöbəsinin icra məmurları Azər Əliyevin və Zaur Əlizadənin bir icraatda birləşdirilmiş Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5006/2021 saylı, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5013/2021 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 2124/2022 saylı icra sənədlərinə dair icra icraatı üzrə hərəkətsizliyi qanunsuz hesab edilməsi; Nərimanov rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadənin üzərinə qeyd olunan icra icraatı üzrə ümumilikdə 9130 manat məbləğində mütəxəssis rəyinin verilməsində ifadə olunan icranın həyata keçirilməsi ilə bağlı xərcin qanunvericiliklə nəzərdə tutulmuş müddətdə ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin xx.xx.2023-cü il tarixli “Mütəxəssis dəvət edilməsi barədə” qərarına əsasən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5006/2021 saylı, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5013/2021 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2124/2022 saylı icra sənədləri üzrə toplanmış icra materialları üzrə borclu "xxxx" MMC-dən tələbkarların xeyrinə tutulmalı olan pul məbləğlərinin hesablanması üçün mühasib-auditorun dəvət edilməsi, mütəxəssis xidmətlərindən istifadə edilməsi ilə bağlı xərclərin bərabər həcmdə tərəflərin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar icra edilməsi üçün Azərbaycan Respublikası Auditorlar Palatasına göndərilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin xx.xx.2023-cü il tarixli, 1/65 SDO nömrəli sərəncamına əsasən Nərimanov rayon İcra şöbəsinin “Mütəxəssis dəvət edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarının icrası ona həvalə edilmişdir. Həmin tarixdə qərar icra olunması üçün icraatına götürülmüş və xx.xx.2023-cü il tarixdə 4X92Sq6cr7 nömrəli “X7” hazırlanaraq Nərimanov rayon İcra şöbəsinə müşayiət məktubu və təhvil-təslim aktı əsasında təqdim edilməklə, bu barədə Azərbaycan Respublikası Auditorlar Palatasına yazılı məlumat verilmişdir. Tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 4X92Sq6cr7 nömrəli “X7”na əsasən qoyulan suallarla cavab verilmişdir. X7 Nərimanov rayon İcra şöbəsinə təhvil verilərkən, digər sənədlərlə yanaşı mütəxəssisin xidmətlərinin dəyərinin ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı da təqdim edilmişdir. Təqdim edilmiş ödəniş tapşırığına əsasən Nərimanov rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “Mütəxəssis dəvət edilməsi barədə” qərarının 2-ci bəndinin tələbləri nəzərə alınmaqla mütəxəssis xidmətinin dəyəri aşağıdakı qaydada müəyyən edilmişdir:
1. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5006/2021 saylı icra sənədi üzrə 1350 manat ümumi xidmət haqqının 675 manatı borclu "xxxx" MMC, 675 manatı tələbkar X2 tərəfindən ödənilməlidir.
2. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5013/2021 saylı icra sənədi üzrə 5540 manat ümumi xidmət haqqının 2770 manatı borclu "xxxx" MMC, 2770 manatı tələbxar X4 tərəfindən ödənilməlidir.
3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2124/2022 saylı icra sənədi üzrə 2240 manat ümumi xidmət haqqının 1120 manatı borclu "xxxx" MMC, 1120 manatı tələbkar X8 tərəfindən ödənilməlidir. Bundan sonra, göstərdiyi xidmətlərin dəyərinin uzun müddət ödənilmədiyini görüb dəfələrlə Nərimanov rayon İcra şöbəsinə, İcra Baş İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə xidmət haqqı məbləğinin ödənilməsinin təmin edilməsi ilə bağlı müraciət etsə də, bir çox hallarda ünvan sahibləri tərəfindən hərəkətsizlik nümayiş etdirilmiş, yazdıqları 1-2 cavab məktubunda isə xidmət haqqı məbləğinin ödənilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi bildirilsə də, hətta guya icra məmuru Azər Əliyevi həmin icra işindən uzaqlaşdırararaq, icra işini bu ilin əvvəlindən icra məmuru Zaur Əlizadəyə həvalə etsələr də, hazıradək heç bir müsbət nəticə olmamışdır. Hərəkətsizliyindən şikayət edilən icra qurumunun və icra məmurunun hərəkətsizliyi, yəni icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsini təmin etmək üçün qanunvericiliklə nəzərdə tutulan məcburi icra tədbirlərinin həyata keçirilməməsi nəticəsində o, bir mütəxəssis olaraq yerinə yetirmiş olduğu xidmətlərin maddi qarşılığını hazıradək ala bilməmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X5 şikayətin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. İcra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və ona əlavə edilən sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nərimanov rayon İcra şöbəsinin icra məmuru Azər Əliyevin xx.xx.2023-cü il tarixli Mütəxəssisin dəvət edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5006/2021 saylı, xx.xx.2021-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5013/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2124/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı "xxxx" MMC-dən tutulmalı pul vəsaitin hesablanması üçün müstəqil mühasib-auditorun dəvət edilməsi, mütəxəssis xədmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulması və icra işlərinin materialları mütəxəssisin sərəncamına verilməsi qərara alınmışdır; xx.xx.2023-cü il tarixli Audix xidmətinin təhvil verilməsi haqqında aktın surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5006/2021 saylı, xx.xx.2021-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5013/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2124/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə “X7” Nərimanov rayon İcra şöbəsinə təhvil verilmişdir; xx.xx.2023-cü il tarixli Audit xidmətinin təhvil verilməsi haqqında Ödəniş tapşırığının surətindən görünür ki, xidmətin dəyəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5006/2021 saylı icra sənədi üzrə 675 manatı borclu "xxxx" MMC, 675 manatı tələbkar X2 tərəfindən ödənilməlidir; Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5013/2021 saylı icra sənədi üzrə 2770 manat borclu "xxxx" MMC, 2770 manatı tələbkar X4 tərəfindən ödənilməlidir; Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2124/2022 saylı icra sənədi üzrə 1120 manatı borclu "xxxx" MMC, 1120 manatı tələbkar X8 tərəfindən ödənilməlidir. Həmçinin ödəniş üçün rekvizitlər əlavə edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 40.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. 40.2-ci maddəsinə əsasən mütəxəssis icra məmurunun çağırışı üzrə gəlməyə, icra məmurunun və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, icra məmuruna texniki kömək göstərməyə borcludur. Mütəxəssis icraat zamanı gördüyü iş üçün haqq almaq hüququna malikdir. Mütəxəssisə ödənilən haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aid edilir. 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. 79.2.2-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada icra hərəkətlərinin həyata keçirilməsi zamanı dəvət olunmuş tərcüməçilərə, hal şahidlərinə, mütəxəssislərə və digər şəxslərə müvafiq haqqın ödənilməsi icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, icra sənədlərinin icrasına məhkəmə tərəfindən nəzarət edilir. Məhkəmə qeyd edir ki, Nərimanov rayon İcra şöbəsi tərəfindən Nərimanov Rayon Məhkəməsinin 2(005)-5006/2021 saylı, xx.xx.2021-ci il tarixli, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5013/2021 saylı, xx.xx.2021-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2124/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar "xxxx" MMC-dən tutulmalı pul vəsaitin hesablanması üçün müstəqil mühasibauditorun dəvət edilməsi qərara alınmışdır. Mühasib-auditor tərəfindən qərarda qeyd edilənlər icra edilərək, audit xidməti təhvil verilmiş, eyni zamanda xidmət üçün ödəniş tapşırığıda təqdim edilmişdir. Hazırda audit xidmətini həyata keçirən mühasib-auditor X5 haqlı olaraq hazırki şikayət ilə məhkəməyə müraciət etmişdir. Belə ki, mühasib-auditor X5 üzərinə düşən öhdəliyi icra edərək, audit xidməti xx.xx.2023-cü il tarixdə təhvil versə də, xeyli müddət keçməsinə baxmayaraq icra məmuru tərəfindən aparılmış xidmətin ödənişi təmin edilməmişdir. Bu səbəbdən Nərimanov rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadənin bir icraatda birləşdirilmiş Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5006/2021 saylı, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5013/2021 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 2124/2022 saylı icra sənədlərinə dair hərəkətsizliyi qanunsuz hesab edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, şikayət “Nərimanov rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadənin üzərinə qeyd olunan icra icraatı üzrə ümumilikdə 9130 manat məbləğində mütəxəssis rəyinin verilməsində ifadə olunan icranın həyata keçirilməsi ilə bağlı xərcin qanunvericiliklə nəzərdə tutulmuş müddətdə ödənilməsi” hissəsində təmin edilməməlidir. Belə ki, mütəxəssis rəyi ilə əlaqədar ödənişin təmin edilməsi icra məmurunun icra sənədinin icrası ilə əlaqədar olan vəzifə borcudur. Məhkəmə icra məmurunun hərəkətsizliyinin qanunsuz olması qənaətinə gəldiyindən və həmin hərəkətsizliyin xidmətin ödənişinin təmin edilməsində ifadə olunduğundan hesab edir ki, qeyd edilən məsələyə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Nərimanov rayon İcra şöbəsinin icra məmurları Zaur Əlizadənin bir icraatda birləşdirilmiş Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5006/2021 saylı, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5013/2021 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2124/2022 saylı icra sənədlərinin icrası ilə əlaqədar mütəxəssis xədmətinin ödənişinin təmin edilməməsi hərəkətsizliyi qanunsuz hesab edilməlidir. Şikayət qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şikayət qismən təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5006/2021 saylı, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5013/2021 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2124/2022 saylı icra sənədlərinin icrası ilə əlaqədar mütəxəssis xədmətinin ödənişinin təmin edilməməsində icra məmuru Zaur Əlizadənin hərəkətsizliyi qanunsuz hesab edilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ramin Quliyev