Məhkəmə qərarları › İş №8(005)-41/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-41/2024

18.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-41/2024 18.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2267/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus əmlakların üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımovun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1939 ha torpaq sahəsi, Xaçmaz rayonu, Aşağıoba kəndi ümumi sahəsi 0.1012 olan torpaq sahəsi, Xaçmaz rayonu, Aşağıoba kəndində ümumi sahəsi 158.8 olan mənzilin, Gədəbəy rayonu, Söyüdlü kəndi, X3 küçəsi, ev 28 saylı mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2267/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 22200 manat məbləğində pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində pul, etibarnamələrə görə ödənilmiş cəmi 34,50 manat məbləğində pul, sorğuların göndərilməsi üçün xərclənmiş 31 manat məbləğində pul, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 17,95 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 179,5 manat pulun 135,10 manatı tutularaq iddiaçı X1 ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borcu Borclu məxsus Abşeron rayonu, Novxanı kəndində yeləşən 0,1939 ha torpaq sahəsinin, Xaçmaz rayonu, Aşağıoba kəndi ümumi sahəsi 0.1012 olan torpaq sahəsi, Xaçmaz rayonu, Aşağıoba kəndində ümumi sahəsi 158.8 olan mənzilin və Gədəbəy rayonu, Söyüdlü kəndi, X3 küçəsi, 28 saylı evin olması müəyyən edimişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tələbkar, borclu və icra məmuru xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini məhkəməyə bildirməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Nərimanov Rayon Məhkəməsinin 2(005)-2267/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 22200 manat məbləğində pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat məbləğində pul, etibarnamələrə görə ödənilmiş cəmi 34,50 manat məbləğində pul, sorğuların göndərilməsi üçün xərclənmiş 31 manat məbləğində pul, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 17,95 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 179,5 manat pulun 135,10 manatı tutularaq iddiaçı X1 ödənilməlidir; xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və eyni tarixli bildirişin surətlərindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2267/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya göndərilmişdir; Elektron informasiya sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində Xaçmaz rayonu, Aşağıoba kəndi ümumi sahəsi 0.1012 olan torpaq sahəsi, Xaçmaz rayonu, Aşağıoba kəndində ümumi sahəsi 158.8 olan mənzilin, Gədəbəy rayonu, Söyüdlü kəndi, X3 küçəsi, 28 saylı ev mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu Qanunun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədi sayılır. “İcra haqqında” Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). Həmin Qanunun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Eyni Qanunun 50.2-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etmədiyindən məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yaranmışdır. Həmçinin təqdimata əlavə edilmiş sənədlərə əsasən borcluya məxsus Xaçmaz rayonu, Aşağıoba kəndi ümumi sahəsi 0.1012 olan torpaq sahəsi, Xaçmaz rayonu, Aşağıoba kəndində ümumi sahəsi 158.8 olan mənzilin, Gədəbəy rayonu, Söyüdlü kəndi, X3 küçəsi, 28 saylı evin olması müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd edilmiş icra sənədi üzrə borcluya məxsus 3 ədəd daşınmaz əmlakın üzərinə həbs qoyulması mütənasiblik və ədalət prinsiplərinə zidd olmaqla yanaşı, borclunun hüquqlarının pozulması ilə nəticələnə bilər. Belə ki, “İcra haqqında” Qanunun 54.1-ci maddəsinə uyğun olaraq, borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.4-cü maddəsinə görə isə cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Məhkəmə qeyd edir ki, icra sənədinin icrası ilə bağlı tətbiq olunan tədbirlər borclunun ödəməli olduğu məbləğə mütənasib olmalıdır. Göstərilənlərə əsasən məhkəmə borclunun icra sənədi üzrə ödəməli olduğu məbləği nəzərə alaraq, borcluya məxsus iki ədəd daşınmaz əmlakın üzərinə həbs qoyulmasını məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə qeyd edir ki, “AZEMİS” Elektron Məhkəmə sistemində Borclu mülkiyyətində Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1939 ha torpaq sahəsinin olması müəyyən edilməmiş və həmin torpaq sahəsinin onun mülkiyyətində olması barədə hər hansı sübut təqdimata əlavə edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-di maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə təqdimat qismən təmin edilərək, Borclu məxsus Xaçmaz rayonu, Aşağıoba kəndi ümumi sahəsi 0.1012 olan torpaq sahəsi, Xaçmaz rayonu, Aşağıoba kəndində ümumi sahəsi 158.8 olan mənzilin, Gədəbəy rayonu, Söyüdlü kəndi, X3 küçəsi, 28 saylı evin üzərinə həbs qoyulmalıdır.Təqdimat qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2267/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Xaçmaz rayonu, Aşağıoba kəndi ümumi sahəsi 0.1012 olan torpaq sahəsi, Xaçmaz rayonu, Aşağıoba kəndində ümumi sahəsi 158.8 olan mənzilin, Gədəbəy rayonu, Söyüdlü kəndi, X3 küçəsi, 28 saylı evin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar