Məhkəmə qərarları › İş №8(005)-410/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-410/2020

28.07.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-410/2020 28.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Əlili Gülnar Yadulla qızının katibliyi ilə, Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Emil Zeynalovun təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Emil Zeynalov Borclu məxsus olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(005)-8354/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu Tələbkar x1 xeyrinə 1.111,93 (bir min bir yüz on bir manat doxsan üç qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulmalıdır.Borclu icra sənədinin icrasını təmin etmədiyi üçün icra sənədi üzrə tələbin yönəldilməsi barədə təqdimatla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-207/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə Borclu məxsus “Mercedes S320” minik markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur.Aparılan icra tədbirləri nəticəsində icra sənədinin icrası təmin olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Borclu məxsus “Mercedes S320” minik markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İcra məmuru, tələbkar, borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 207/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qəradadı ilə Borclu məxsus “Mercedes S320” minik markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, təqdimata əlavə edilmiş Tələbkar x1 xx xxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(005)-8354/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Təqdimata əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Emil Zeynalovun xx xxx 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş e- 2(005)-8354/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-207/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qəradadı ilə Borclu məxsus “Mercedes S320” minik markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət x2 həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar