Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-410/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, X1 “qətnamənin icrasında möhlət verilməsi” barədə ərizəsini məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: X2 qətnamənin icrasında möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən X4 çıxarılması, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq X5 təhvil verilməsinə və 4000 manat məbləğin X3 alınaraq X5 ödənilməsinə 1 il möhlət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə X4 ərizəsini nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəçi X6 qətnamənin icrasına möhlət verilməsi barədə ərizə təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-715/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbinə -ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən X4 çıxarılması, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq X5 təhvil verilməsinə və 4000 manat məbləğin X3 alınaraq X5 ödənilməsinə - 1 il möhlət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 5.1-ci maadəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. - 5.3-cü maddəsinə əsasən həmin şəxslər mövcud qanunvericiliyə uyğun olaraq ərizə və ya şikayət əsasında iş başlaya bilərlər -149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. -152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində qeyd edilmişdir ki, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Sadalanan normaların məzmunundan da göründüyü kimi qanunvericilik məhkəmə qətnaməsinin icrası qaydasında bəzi məsələlərin, o cümlədən qətnamənin icrasına möhlət verilməsi məsələsinin həllinin mümkünlüyünü təsbit etmişdir. Lakin prosessual qanunvericilikdə həmin ərizələrin tərtib edilməsinin, təqdim edilməsinin, əsaslandırılmasının prosessual qaydaları ətraflı tənzimləməmişdir. Buna baxmayaraq, prosessual qanunvericiliyin əsas prinsiplərindən olan çəkişmə prinsipinə riayət edilməsi ədalət mühakiməsinin həyata keçirilməsi üçün vacib əhəmiyyət daşıyır. Çəkişmə prinsipinin isə xarakterik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Lakin borclunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli bu ərizə ədalət mühakiməsinin çəkişmə prinsipinə riayət etməklə həyata keçirilməsinə imkan vermir. Belə ki, ərizədə tələbkar barədə məlumat göstərilməmiş, ərizəyə icrasına möhlət verilməsi xahiş edilən icra sənədi - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-715/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi, icra işinin gedişatı barədə sənədlər əlavə edilməmişdir. Halbuki çəkişmə prinsipinə əsasən işdə iştirak edən şəxslərin məhkəmə iclasında iştirak edilməsi üçün dəvət olunması vacibdir və onların ərizənin əsaslandırıldığı hallara, sübutlara dair müdafiəsini təşkil etməsi üçün şərait yaradılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. - 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, X1 qətnamənin icrasında möhlət verilməsi barədə ərizəsi geri qaytarılmalı, borcluya Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4cü maddəsinin tələbləri izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 qətnamənin icrasında möhlət verilməsi barədə ərizəsi geri qaytarılsın. Borcluya izah olunur ki, ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra, ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-410/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-410/2024
02.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver