Məhkəmə qərarları › İş №8(005)-410/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-410/2025

16.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-410/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, X1 Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsinə dair ərizəsinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə müraciət edərək, icra sənədinin icra şöbəsinə qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. İş üzrə xx.xx.2025-ci il tarixə, saat 14:50-ə, xx.xx.2025-ci il tarixə saat 09:40-a və xx.xx.2025-ci il tarixə saat 12:15-ə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçi X3 ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, qərarın ləğvi barədə ərizə ilə məhkəməyə müraciət etmiş tələbkar - ərizəçi X5, ona ərizəsində qeyd etdiyi ünvan üzrə poçt vasitəsilə, habelə AZEMİS vasitəsi ilə SMS-bildirişlər göndərilməsinə baxmayaraq məhkəmə tərəfindən təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki ərizəyə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 13.4-cü maddəsinə müvafiq olaraq, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. -259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Analoji münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, ərizə baxılmamış saxlanılır. Hazırki iş üzrə tərəflərin məhkəmənin çağırıına gəlməmələri ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Bununla belə məhkəmə qeyd edir ki, ərizənin baxılmamış saxlanması həmin ərizə ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçi-X1 Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsinə dair ərizəsi baxılmamış saxlanılmalı, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçiyə izah olunmalıdır ki, ərizənin baxılmamış saxlanması həmin ərizə ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 259.0.6, 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin “icra sənədinin qaytarılması haqqında” qərarının ləğv edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizənin baxılmamış saxlanması həmin ərizə ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar