Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-416/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-826/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Münasib Muradovun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Münasib Muradov məhkəməyə təqdimatla müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-826/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu inzibati xəta haqqında protokolun tərtibində iştirakını təmin etmək üçün polis orqanı vasitəsi ilə Nərimanov rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə Borclu xx.xx.2024-cü il tarixli müqavilə üzrə 565,96 manat əsas borc, 56,04 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 213,98 manat əsas borc, 21,02 manat cərimə borcu olmaqla, ümumilikdə 857 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə bildirişlə icra olunması üçün borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün ona icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatın verilməsi haqqında qərarın surəti göndərilmiş, lakin buna baxmayaraq borclu şöbəyə gəlməkdən qərəzli olaraq yayınmış və icra məmurunun çağırışına məhəl qoymamışdır. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, təqdimatın təmin edilməsini xahiş etmişdir. İcra məmuru və borcluya məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat təqdim etməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Borclu məcburi gətirilməsi üçün kifayət qədər əsas olduğundan təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş: Nərimanov Rayon Məhkəməsinin 2(005)-826/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin surətindən görünür ki, Borclu xx.xx.2024-cü il tarixli müqavilə üzrə 565,96 manat əsas borc, 56,04 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 213,98 manat əsas borc, 21,02 manat cərimə borcu olmaqla, ümumilikdə 857 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Nərimanov Rayon İcra şöbəsinin qərarının surətindən görünür ki, Borclu icra sənədi icra edilmədiyi təqdirdə məcburi gətirilməsi və bu haqda təqdimatla məhkəməyə müraciət olunması barədə xəbərdar olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 3-cü maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Eyni Qanunun 84.2 və 84.3-cü maddələrinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq olunur. Həmin Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra məmurları qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun çağırışlarına gəlməkdən üzrsüz səbəbdən yayındığından, məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-826/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu Nərimanov Rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimat əsaslı hesab olunaraq təmin edilməli, Borclu məcburi qaydada Nərimanov Rayon İcra şöbəsinə gətirilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-826/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu Rüstəmov X1 rayon icra şöbəsinə məcburi gətirilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №8(005)-416/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-416/2025
04.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver