Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-417/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, X1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X10 hərəkətlərindən X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X10 hərəkətlərindən məhkəməyə şikayət verərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3489/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraatın dayandırımaması barədə Nərimanov rayon icra məmuru Azər Əliyevin hərəkətlərinin qanunsuz hesab edilməsi, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3489/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə başlanılmış icraatın Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1456/2023 saylı, xx.xx.2023-cü il qətnaməsinə əsasən X15 və Maraqlı şəxs tərəfindən icra sənədindəki mübahisəli mənzilin təmir xərcinə görə 595985 manat və həmin mənzilin alınmasına görə "xxxx" ASC-yə kredit borcu olaraq ödənilmiş 510000 manat məbləğində pulun X5 ödənilməsinədək dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov rayon icra məmuru Azər Əliyevin xx.xx.2023-cü il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-3489/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Həmin icra sənədi üzrə başlanılmış icraat dayandırılmalıdır. Belə ki, həmin icra sənədinə əsasən iddiaçı-tələbkar Maraqlı şəxs tələbi üzrə cavabdehlər X7 və X4 ünvan 1 ünvanında yerləşən “X8” yaşayış kompleksindəki B blokunda yerləşən 145 nömrəli mənzildən çıxarılmalıdırlar. Halbuki, cavabdeh-X1 iddiası əsasında Nəsimi Rayon Məhkəməsinin 2(006)-101/2022 saylı, xx.xx.2022-ci il qətnaməsinə əsasən ünvan 2 ünvanında yerləşən “X8” yaşayış kompleksindəki B blokunda yerləşən 145 nömrəli mənzilin təmir xərci olaraq 639057,5 manat və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 45267 manat, mənzilin alınmasına görə "xxxx" ASC-yə borc olaraq ödənilmiş 510000 manat və bu məbləğə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış faiz borcu kimi 36125 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 15 manatı, cəmi 1230464,5 manat məbləğində pul cavabdehlər Maraqlı şəxs və onun əri X9 müştərək qaydada tutularaq X5 ödənilməsi qət edilmişdir. Həmin iş üzrə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4849/2020 saylı, xx.xx.2020-ci il tarxili qərardadına əsasən qeyd edilən mənzilin üzərinə həbs qoyulmuş və həmin mənzil üzərində özgəninkiləşdirmə, alqısatqı. payçı, lizinq, icarə, bağışlama, ipoteka va sərəncam verilməsi ilə bağlı bütün digər əqdlərin bağlanması və qeydiyyatı cavabdehlər X13, Maraqlı şəxs, "xxxx" MTK-ya və AR Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1456/2023 saylı, xx.xx.2023cü il qətnaməsinə əsasən Nəsimi Rayon Məhkəməsinin 2(006)-101/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmiş, mübahisə mənzilin təmir xərci 595985 manat X9 və Maraqlı şəxs müştərək qaydada tutularaq X5 ödənilməsi, Maraqlı şəxs X4 xeyrinə mənzilin alınmasına görə "xxxx" ASC-yə kredit borcu olaraq ödənilmiş 510000 manat tutulması qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3489/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində borcluların çıxarılmalı olduqları mənzil ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1456/2023 saylı xx.xx.2023-cü il qətnaməsində və Nəsimi Rayon Məhkəməsinin Məhkəməsinin 2(006)-101/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində təmir xərci və bank krediti ödənilməli mənzil eynilik təşkil edirlər, yəni eyni mənzildirlər. Həmçinin, X3 Loğman Müzəffər oğlunun qızıdır. X15 və Maraqlı şəxs tərəfindən mübahisəli mənzilin təmir xərci 595985 manat və mənzilin alınmasına görə "xxxx" ASC-yə kredit borcu olaraq ödənilmiş 510000 manat X5 ödənilməyənədək, X7 və X4 mənzildən çıxarılması icra edilə bilməz və ya bunlar eyni vaxtda icra edilməlidirlər. İcraatın dayandırılması ilə bağlı Nərimanov rayon icra məmuru Azər Əliyevə müraciət edilmiş, lakin icra məmuru icraatı dayandırmamışdır. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Vəkil1 şikayətə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Tələbkara, digər borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra işini və şikayətdə qeyd olunan dəlilləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; Nərimanov rayon İcra şöbəsinin icra məmuru X10 xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3489/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. “İcra haqqında” Qanunun: 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. 21.2-ci maddəsinə əsasən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. 21.3-cü maddəsinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. 21.4-cü maddəsinə əsasən icraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, qanunvericilikdə icra hərəkətlərinin dayandırılmasının məcburi olan və mümkün olan halların siyahısı göstərilmişdir. Ərizəçi ərizəsində icra hərəkətlərinin dayandırılmasının xahiş etsə də, lakin hazırda icra sənədinin icrasının dayandırılması üçün hər hansı əsas mövcud deyildir, qanunvericilikdə ərizəçinin iddia etdiyi əsas ilə icra hərəkətlərinin dayandırılması nəzərdər tutulmamışdır. Bu halda icra hərəkətlərinin dayandırılması əsassız olacaqdır. İcra məmuru tərəfindən icra hərəkətlərin aparılması qanunvericiliyin tələblərinə zidd deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X10 hərəkətlərindən X2 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X10 hərəkətlərindən X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №8(005)-417/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-417/2023
12.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver