Məhkəmə qərarları › İş №8(005)-419/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-419/2025

30.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-419/2025 30.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Ərizəçi X8 iştirakı ilə, X3 ərizəsi üzrə işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Borclu Böyükkişi oğlu ilə birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(005)-5198/2015 saylı qətnaməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(005)-3367/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının cavabdehin minimum əmək haqqına müvafiq indeksasiya edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)-5198/2015 saylı qətnaməsi ilə Borclu Böyükkişi oğlu ilə aralarında bağlanmış 27 fevral 2014-cü il tarixində Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində bağlanmış 93 saylı nikah qeydi pozulmuş və birgə nikahdan anadan olan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində alimentin Borclu Böyükkişi oğlundan tutularaq ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(005)-3367/2018 saylı qətnaməsi ilə isə Borclu Böyükkişi oğlundan 20.10.20f7-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanılması üçün 108 manat sabit pul məbləğində alimentin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən ərizəyə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024 cü il tarixli 15 nömrəli Qərarının: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; 8.9-2. Alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və hər iki halda iddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır. 1.2.3. 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilsin: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. -110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. - 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. İşin hallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5198/2015 nömrəli 30 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X2 üçün 25 avqust 2015-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 108 manat, cəmi 216 manat alimentin Borclu Böyükkişi oğlundan tutularaq X8 xeyrinə ödənilməsi qət edilmişdir. Həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3367/2018 nömrəli 28 iyun 2018-ci tarixli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Borclu Böyükkişi oğlundan hər ay 108 manat, sabit pul məbləğində alimentin tutularaq X8 xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda ərizəçi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5198/2015 nömrəli 30 sentyabr 2015-ci il tarixli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3367/2018 nömrəli 28 iyun 2018-ci tarixli qətnaməsi ilə təyin olunmuş sabit pul məbləğində alimentlərin indeksasiya edilməsini xahiş edir. Göründüyü kimi, hazırki ərizə artıq qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə tutulan sabit pul məbləğində alimentin qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına uyğun olaraq indeksasiyası ilə bağlıdır, aliment miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) ilə bağlı deyil. Azərbaycan Respublikasında (2015-ci ildə) 2013-cü ilin sentyabr ayından minimum əmək haqqının məbləği 105 manat, 2018-ci ilin yanvar ayından minimum əmək haqqının məbləği 130 manat, Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5198/2015 nömrəli 30 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin indeksasiya olunmasına münasibətdə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarını, alimentin 30 sentyabr 2015ci il tarixli məhkəmə qətnaməsi ilə tutulmasını və tutulan 108 manat sabit pul məbləğində alimentin 2015-ci il üzrə həmin tarixə müəyyən edilmiş minimum əmək haqqının (105 manat) 1,02 mislini təşkil etdiyini (108 ÷ 105 = 1,02), nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından olan, yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün maraqlı şəxsdən hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,02 misli həddində sabit pul məbləğində aliment tutularaq, ərizəçiyə ödənilməlidir. Məhkəmə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3367/2018 nömrəli 28 iyun 2018-ci tarixli qətnaməsi ilə tutulan aliment məbləğinin indeksasiya olunmasına münasibətdə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarını, alimentin 28 iyun 2018-ci tarixli məhkəmə qətnaməsi ilə tutulmasını və tutulan 108 manat sabit pul məbləğində alimentin 2018-ci il üzrə həmin tarixə müəyyən edilmiş minimum əmək haqqının (130 manat) 0,83 mislini təşkil etdiyini (108 ÷ 130 = 0,83), nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından olan, yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün maraqlı şəxsdən hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,83 misli həddində sabit pul məbləğində aliment tutularaq, ərizəçiyə ödənilməlidir. Məhkəmə qeyd edir ki, hal-hazırki ərizə qətnamə ilə tutulan sabit pul məbləğində alimentin indeksasiya edilməsi ilə bağlıdır ki, həmin ərizəyə baxılan zaman ancaq ölkə üzrə minimum əmək haqqı məbləğinin artımı nəzərə alınır. Ailə Məcəlləsinin 112.1-ci maddəsininin tələblərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması məhkəmə tərəfindən alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsinə (artırılmasına və ya azaldılmasına) əsas ola bilər. Bu məqsədlə tərəflərdən istənilən biri məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5198/2015 nömrəli 30 sentyabr 2015ci il tarixli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3367/2018 nömrəli 28 iyun 2018-ci tarixli qətnaməsi ilə tutulmuş aliment məbləğləri indeksasiya indeksasiya edilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X2 üçün Borclu Böyükkişi oğlundan X8 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,02 misli həddində, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Borclu Böyükkişi oğlundan X8 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,83 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 232, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5198/2015 nömrəli 30 sentyabr 2015-ci il tarixli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3367/2018 nömrəli 28 iyun 2018-ci tarixli qətnamələri ilə tutulmuş aliment məbləğləri indeksasiya edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 üçün Borclu Böyükkişi oğlundan X8 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,02 misli həddində, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Borclu Böyükkişi oğlundan X8 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,83 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar