Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-42/2024 19.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu "xxxx" MMC-yə məxsus mənzillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımovun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımov məhkəməyə təqdimatla müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC-yə məxsus olan ünvan 2 və Bakı şəhəri Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 120 A mənzillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1597/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanda inşa olunmuş yeni yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 97 kv.m olan 3 otaqlı 16 A saylı mənzilin dəyəri olan 145.000 manat məbləğində pul borclular "xxxx" MMC və Nərimanov Rayon İcra Hakimiyyətindən müştərək qaydada tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 160 manat (80+80) məbləğində pul vəsaiti borclulardan müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci ildə Bakı şəhər Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu "xxxx" MMC-nin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Sorğudan əldə olunmuş məlumata əsasən borclu "xxxx" MMC-yə məxsus olan ünvan 2 və Bakı şəhəri Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küç, ev 120 A mənzillərin üzərinə üzərinə həbs qoyulmasına dair təqdimatla Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət olunmuş və məhkəmənin 8(005)-51/2023 saylı, xx.xx.2323-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Daha sonra “Araz 2011A!' MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən qeyri yaşayış sahəsi - zirzəminin üzərinə həbs qoyulmasına dair təqdimatla Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 8(005)- 466/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, məlum əmlakın dəyəri "xxxx" MMC tərəfindən 471946 manat və hər bir kvadrat metrinin dəyəri 580 manat olmaqla qiymətləndirilmiş və satılması üçün xx.xx.2023-cü il tarixdə hərrac təşkilatına göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıda qeyd edilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1597/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanda inşa olunmuş yeni yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 97 kv.m olan 3 otaqlı 16 A saylı mənzilin dəyəri olan 145.000 manat məbləğində pul borclular "xxxx" MMC və Nərimanov Rayon İcra Hakimiyyətindən müştərək qaydada tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-1597/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 51/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1597/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu MMC-nin mülkiyyətində olan ünvan 3 və Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 120 A saylı mənzillərin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 466/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Borclu MMC-yə məxsus ünvan 3 və ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi zirzəminin və Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 126A, 8 saylı mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan "xxxx" Qiymətləndirmə və konsaltinq şirkətinin xx.xx.2023-cü il tarixli, 0397/23 saylı mütəxəssis rəyinin surətindən görünür ki, ünvan 3 və ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 471946 manat təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İş materiallarından görünür ki, üzərinə həbs qoyulmuş əmlakın hərracda satılması üçün xx.xx.2023-cü il tarixdə icra məmuru tərəfindən hərrac təşkilatına müraciət edilmişdir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu "xxxx" MMC-nin mülkiyyətində olan mənzillərin üzərinə qoyulmuş həbsin saxlanmasına zərurət aradan qalxmışdır. Bu səbəbdən təqdimat təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-51/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə ünvan 2 və Bakı şəhəri Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 120 A saylı mənzillərin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ünvan 2 və Bakı şəhəri Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 120 A saylı mənzillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-42/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-42/2024
19.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver