Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-422/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tələbkar1 iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-188/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Tələbkar1 tələbdən imtinasının qəbul olunması barədə icra məmurunun təqdimatı açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin 2(005)-188/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Tələbkar1 tələbdən imtinasının qəbul edilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdırır ki, Nərimanov Rayon 2(005)-188/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, xx.xx.1981-ci il təvəllüdlü X2 6000 manat kompensasiya verilməklə onun ¾ hissədə Tələbkar1 məxsus olan ünvan 1 ünvanında yerləşən 47 saylı mənzildən istifadə hüquqularına xitam verilməli və aparılmış ekspertizanın dəyəri olan 300 manat məbləğində pul borclu X1 tutularaq Tələbkar2, VÖEN **********, "xxxx" ASC Yasamal filialı, kod 512565, bankın VÖEN-ni 99000006 111, H/h AZ 30AZRT40060019 **********07, M/h AZ02NABZ********************, SWİFTAZRT AZ22 hesabına keçirilsin. Tələbkar1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 188/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsinə dair hissəsinin icra olunması tələbindən imtina etdiyinə dair xx.xx.2023-cü il tarixli ərizə ilə şöbəyə müraciət etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1 -ci maddəsinin tələbinə görə, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Tələbkarın ərizəsi ilə icra sənədlərinin icrasının tam təmin edilməsi öz əksini tapmadığı üçün məhkəmə tərəfindən tələbkarın tələbdən imtinasının qəbul edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən tələbkar ərizəyə uyğun izahat verərək, tələbdən imtina etdiyini bildirmiş və təqdimatın təmin edilməsini xahiş etmişdir. İcra məmuru və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş ərizədən görünür ki, Tələbkar1 icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İcra sənədi digər hissədə - 300 manat məbləğində pulun ödənilməsi hissəsində təmin edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə tələbkarın ərizəsini əsas götürməklə təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-188/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Tələbkar1 tələbdən imtinası qəbul edilsin. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-422/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-422/2023
18.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver