Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-423/2020 28.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Əlili Gülnar Yadulla qızının katibliyi ilə, Borclu ogluna məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tagıyevin təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tagıyev Borclu ogluna məxsus olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin 2(13)-3414/2016 nömrəli, xx xxxx 2016-cı il tarixli icra sənədinə əsasən, iş üzrə Borclu 330,50 (üç yüz otuz manat əlli qəpik) manat məbləğində pul vəsaiti və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq Tələbkar x1 xeyrinə ödənilməlidir. İcra sənədi icraata xx xxxx 2018-ci il tarixdə daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 (on) gün müddətində könüllü icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Tələbkar x1 xx.xx.2020ci il tarixli məktubuna əsasən icra sənədinin icrası tam təmin olunmuşdur. Bu səbəbdən icra sənədinin icrasının təmini tədbiri olaraq Nərimanov Rayon Məhkəməsinin 8(005)-1303/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu ogluna məxsus “QAZ 24” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İcra məmuru, tələbkar, borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 1303/2018 saylı, xx.xx.2018-ci il tarixli qəradadı ilə Borclu ogluna məxsus “QAZ 24” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, təqdimata əlavə edilmiş Tələbkar x1 xx.xx.2020-ci il tarixli məktubuna əsasən Ağdam Rayon Məhkəməsinin 2(13)-3414/2016 nömrəli, xx xxxx 2016-cı il tarixli icra sənədinin icrası tam təmin olunmuşdur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; H 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-1303/2018 saylı, xx.xx.2018-ci il tarixli qəradadı ilə Borclu ogluna məxsus “QAZ 24” minik markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət x2 həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №8(005)-423/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-423/2020
28.07.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver