Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-426/2025 30.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-523/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X2 təqdimatla müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-523/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu inzibati xəta haqqında protokolun tərtibində iştirakını təmin etmək üçün polis orqanı vasitəsi ilə Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru təqdimatı onunla əsaslandırmışdır ki, icra sənədi üzrə Borclu xx.xx.2024-ci il tarixli müqavilə üzrə 428,64 (dörd yüz iyirmi səkkiz manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə borcu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 626,88 (altı yüz iyirmi altı manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə borcu olmaqla, cəni 1105,52 (min yüz beş manat əlli iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə bildirişlə icra olunması üçün borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Lakin verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün ona Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatın verilməsi haqqında qərarın surəti göndərilmiş, lakin buna baxmayaraq Borclu şöbəyə gəlməkdən qərəzli olaraq yayınmış və icra məmurunun çağırışına məhəl qoymamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, təqdimatın təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-523/2025 saylı, xx.xx.2025ci il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu xx.xx.2024-ci il tarixli müqavilə üzrə 428,64 (dörd yüz iyirmi səkkiz manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə borcu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 626,88 (altı yüz iyirmi altı manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə borcu olmaqla, cəmi 1105,52 (min yüz beş manat əlli iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat tutularaq iddiaçı “ABC Telecom" MMC-nin xeyrinə ödənilməlidir. - Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra sənədi xx.xx.2025-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. - Borclu ünvanlanmış xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcludan borcunu 10 gün müddətində könüllü ödənilməsi xahiş edilmiş, edilmədiyi təqdirdə qanunvericiliklə müəyən olunmuş qaydalar izah olunmuşdur. - Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə Borclu Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). - 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. - 84.3-cü maddəsinə əsasən Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. - 84.4-cü maddəsinə əsasən icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-523/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu xx.xx.2024-ci il tarixli müqavilə üzrə 428,64 (dörd yüz iyirmi səkkiz manat altmış dörd qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə borcu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 626,88 (altı yüz iyirmi altı manat səksən səkkiz qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə borcu olmaqla, cəmi 1105,52 (min yüz beş manat əlli iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat tutularaq iddiaçı “ABC Telecom" MMC-nin xeyrinə ödənilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Qanunvericiliyə əsasən, məhkəmənin qəbul etdiyi qərarların icrası bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra edilməlidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Borclu məhkəmə qərarının icrasının təmin edilməsinə yönəlik hərəkətlər etməlidir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə tələb təmin edilmədiyindən, borclunun icra məmurunun çağırışlarına üzürsüz səbəbdən gəlməməsi icra sənədinin icrasını mümkünsüz etdiyindən, borclu barəsində qanunvericilikdə göstərilən məcburi gətirilmənin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə məhkəmə təqdimatı araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-523/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1985-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş Borclu Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə məcburi qaydada gətirilməlidir. Şərh olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqdimat təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-523/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1985-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş Borclu Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-426/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-426/2025
30.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver