Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-436/2020 24.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi İsmayılova Zəhraxanım Şahin qızının katibliyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-iq(82)--9/2013 nömrəli, 31.01.2012-ci il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədi ilə borclu 2 saylı Xüsusi təyinatlı MKTB-nə məxsus olan nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sevinc Qurbanovanın təqdimatına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sevinc Qurbanova borclu 2 saylı Xüsusi təyinatlı MKTB-nə məxsus olan nəqliyyat vasitələri üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iq(82)--9/2012 nömrəli, 31.01.2012-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh 2 saylı Xüsusi təyinatlı MKTB-nin 74.532.39 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcu əmlakının satılması yolu ilə iddiaçı DSMF Bakı şəhəri üzrə x2 Departamentinin xeyrinə tutulmalıdır.20 manat məbləğində dövlət rüsumu cavabdeh 2 saylı Xüsusi Təyinatlı MKTB-dən tutularaq dövlət büdcəsinə tutulmalıdır.İcra sənədi 08.07.2016-cı il tarixdə Nərimanov rayon icra və probasiya şöbəsinə daxil olmuş və həmin tarixdə də İcraata başlamaq haqqında qərar qəbul olunub, qərarın surəti bildirişlə bərabər icra sənədi üzrə cavabdeh təşkilata göndərilmişdir.Cavabdeh könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclu təşkilata məxsus daşınar əmlaklar üzərinə .həbsin qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 25.07.2017-ci il tarixli, 8(005)-962/2017 saylı qərardadı ilə müvafiq daşınar əmlaklar üzərinə nəbs qoyulmuşdur.Aparılmış icra tədbirləri nəticəsində 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-iq(82)—9/2012 nömrəli, 31.01.2012-cü il tarixli icra vərəqəsinə 07.07.2020-ci il tarixdə xitam verilmişdir. Belə ki, icra sənədinin icrası təmin olunmuşdur. Əlavə olaraq qeyd edirəm ki, Azərbaycan Respublikası İcra Baş İdarəsinin 18.05.2018-ci il tarixli, məktubuna əsasən Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının 06.03.2018-ci il tarixli, 1042-VQ nömrəli Qanununun 1-4 maddələri və həmin Qanunun tətbiqi Azərbaycan Respublikası Prezidentinin 16.03.2018-ci il tarixli, 1890 nömrəli Fərmanın tələblərinə uyğun olaraq, sığortaedənlərin AR Əmək və x1 Nazirliyi yanında DSMF-nun uçot sistemində mövcud olan borclara şamil edilir.İcra vərəqəsində qeyd olunan tələbə 31.01.2012-ci il tarixdə baxıldığını nəzərə alaraq, borcun həmin tarixə kimi yaranmasına əsas verir, və bu da öz növbəsində ödənilsə də, müvafiq Qanununun 2-ci maddəsinə əsasən (‘ 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinə kimi ödənilməmiş məcburi dövlə: sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş borclar tam məbləğdə silinir”) silinmiş hesab olunur. Qeyd edilənləri nəzərə alaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-iq(82)--9/2012 nömrəli 31.01.2012-ci il tarixli icra vərəqəsinin icrasının təmin məqsədilə Nərimanov Rayon Məhkəməsinin 25.07.2017-ci il tarixli, 8(005)- 962/2017 saylı qərardadı ilə həbs qoyulmuş borclu 2 saylı Xüsusi təyinatlı MKTB-nə məxsus nəqliyyat vasitələri üzərindən həbsin götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İcra məmuru, tələbkar və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin 18 may 2018-ci il tarixli 6№li göstərişindən görünür ki, məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının 06.03.2018-ci il tarixli, 1042-VQ nömrəli Qanununun 1-4 maddələri və həmin Qanunun tətbiqi Azərbaycan Respublikası Prezidentinin 16.03.2018-ci il tarixli, "890 nömrəli Fərmanın tələblərinə uyğun olaraq, sığortaedənlərin AR Əmək və x1 Nazirliyi yanında DSMF-nun uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinə kimi ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş borclar tam məbləğdə silinir. İcra vərəqəsi üzrə yaranmış borc məbləği 01 aprel 2014-cü il tarixədək dövrü əhatə etdiyi üçün sözügedən Fərmanın tələbləri şamil edilərək silinmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə tələbkarın ərizəsi əsas götürülməklə təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-iq(82)--9/2013 nömrəli, 31.01.2012-ci il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə Nərimanov Rayon Məhkəməsinin 25.07.2017-ci il tarixli, 8(005)-962/2017 saylı qərardadı ilə borclu 2 saylı Xüsusi təyinatlı MKTB-nə məxsus “Hyundai Sonata” minik markalı ** AH *** dövlət qeydiyyat nişanlı, “VAZ 21093” minik markalı ** JS *** dövlət qeydiyyat nişanlı, “QAZ 31105 120” minik markalı ** AD *** dövlət qeydiyyat nişanlı və “İveco Daily 35C15D” yük markalı ** JF *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №8(005)-436/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-436/2020
24.07.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver