Məhkəmə qərarları › İş №8(005)-436/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-436/2022

21.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-436/2022 21.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı X1 cavabdeh X6 qarşı “pul məbləğinin qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə ərizəçi X4 Bakı Şəhəri Nrimanov Rayon Məhkəməsinin 2(005)-2370/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin hissə-hissə ödənilməsinə dair ərizəsi üzrə işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2370/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin hissə-hissə ödənilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Vüqar Quliyev) 30 sentyabr 2020-ci il tarixli 2(005)-2370/2020 saylı qətnaməsi ilə cavabdeh X3 40000 (qırx min) manat və 2000 (iki min) Avro məbləğində pul iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. Qəbul edilən qətnamədən apelyasiya və kassasiya şikayətləri vermiş, şikayətlər yuxarı instansiyası məhkəməsi tərəfindən təmin edilməmişdir. Ərizəsində qətnamə ilə müəyyən olunmuş, borcu tam ödəmək imkanı imadığını, davamlı işinin və müstəqil qazancının olmadığı halda qohumlarının maddi köməkliyi ilə borcunu hissə-hissə ödəməyə çalışdığını bildirmiş,. lakin tələbkar bu təklifilə razılaşmır və nəticə etibarı ilə onun iradəsindən asılı olmayaraq icra işi mümkünsüz olaraq qzalır. Halbuki, məhkəmə aktını icra etməyi məhz bu səbəbdən asılıdır və tələbkara qarşı heç bir qərəzi yoxdur. Bu səbəbdən borcuna dair qətnaməni hissə -hissə ödəməyinə dair hazırkı ərizənin təmin edilməsini ədalətli və qanuni hesab edir və qeyd etdiklərini nəzərə alaraq Nərimanov rayon məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(005)-2370/2020 saylı qətnaməsinin icrasını dəyişdirərək borcun hissə-hissə, yəni ayda 300 (üç yüz) manat ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını təqdim edilmiş ərizə ilə birlikdə tədqiq edərək hesab edir ki, Bakı Şəhəri Nrimanov Rayon Məhkəməsinin 2(005)-2370/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin hissə-hissə ödənilməsinə dair ərizəçi X4 ərizəsi təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin içra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kutic Xorvatiyaya qarşı” iş üzrə 1 mart 2002-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə məhkəmənin bir sira fərdlərə məhkəmədə mülki iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. Eyni mövqeni təkrarlayaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çuykina Ukraynaya qarşı” iş üzrə 13 yanvar 2011-ci il tarixli Qərarında bir daha qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə tərəflərə verilən prosessual təminatların təfsilatı ilə izah edilməsi müqabilində mülki mubahisələrin qəti həllinin təmin edilməməsi ağlasığmaz olardı. Məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Göstərilən əsaslardan çıxış edərək məhkəmə hesab edir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə qətnamənin icrasına möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Ərizədən göründüyü kimi borclunun hal-hazırda ərizədə qeyd etdiyi hallar müstəsna hal kimi qiymətləndirilə bilməz. Bundan başqa qətnamənin icrasını çətinləşdirən əsaslarla bağlı hər hansı sübut ərizəyə əlavə edilməmiş, habelə belə sübutların əlavə edilməsi üçün təxirə salınmış, ərizəçi təkrar məhkəmə iclasında iştirak etməyərək həmin sübutları məhkəmə iclasında təqdim etməmişlər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, borclunun hal-hazırda ərizədə qeyd etdiyi hallar müstəsna hal kimi qiymətləndirilə bilməz. Bundan başqa qətnamənin icrasını çətinləşdirən əsaslarla bağlı hər hansı sübut ərizəyə əlavə edilməmişdir. Eyni zamanda icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olmadığından və tələbkarın qətnamənin icrasına möhlət verilməsinə etirazı nəzərə alınaraq hazırki ərizədə qeyd edilən əsaslarla qətnamənin icrasına möhlət verilməsi ilə bağlı ərizə əsaslı hesab edilərək təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2370/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasını dəyişdirərək borcun hissə-hissə, yəni ayda 300 (üç yüz) manat ödənilməsi barədə X2 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar