Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-440/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Nərimanov rayon İcra Şöbəsinin icra məmurunun “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə” dair təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Azər Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-157/2019 nömrəli, 11.02.2019-cu il tarixli qərardadı ilə Borclu məxsus “CHERY FLAGCLOUD” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Neftçala Rayon Məhkəməsi tərəfindən verilmiş 2(53)-475/2014 nömrəli, 23.07.2014-cü il tarixli icra sənədinə əsasən X1 və Borclu birgə qaydada 2650 manat əsas borc və 20 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. Borclu icra sənədinin icrasını təmin etmədiyi üçün icra sənədi üzrə tələbin yönəldilməsi barədə təqdimatla Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-157/2019 nömrəli, 11 fevral 2019-cu il tarixli qərardadı ilə Borclu məxsus “CHERY FLAGCLOUD” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Aparılan icra tədbirləri nəticəsində icra sənədinin icrası təmin olunmuşdur. Borclu məxsus ‘‘CHERY FLAGCLOUD’’ minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsinə dair qərar qəbul edilməsini xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Buna görə də məhkəmə onların iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Neftçala Rayon Məhkəməsinin 2(53)-475/2014 nömrəli, 23.07.2014-cü il tarixli əmrindən görünür ki, Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində yaşayan və 22 iyun 1974-cü ildə Neftçala rayonu Yuxarı Qaramanlı kəndində doğulmuş X1 və Salyan şəhəri, D.Bünyatzadə küçəsi, ev 17-də yaşayan və xx xxxx 1980-ci ildə Salyan şəhərində doğulmuş Borclu birgə qaydada 2650 (iki min altı yüz əlli) manat əsas borc və 20 (iyirmi) manat dövlət rüsumu tutulub Tələbkar ödənilməlidir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-157/2019 nömrəli 11.02.2019cu il tarixli qərardadından görünür ki, Borclu məxsus “CHERY FLAGCLOUD” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur; Tələbkar etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə ünvanlanmış 01.07.2021-ci il tarixli məktubdan görünür ki, Borclu icra sənədi üzrə borcunu tam ödəmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43, 44, 45 və 50-ci maddələrinin tələblərinə əsasən əmlak üzərinə həbsin qoyulmasının məqsədi tələbin icrasını təmin etməkdir. İş materiallarından da göründüyü kimi Borclu tərəfindən icra sənədi üzrə borc məbləği tam ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Borclu məxsus “CHERY FLAGCLOUD” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “CHERY FLAGCLOUD” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası Nərimanov Rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №8(005)-440/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-440/2021
15.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver