Məhkəmə qərarları › İş №8(005)-441/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-441/2020

02.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-441/2020 02.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Borclu iştirakı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-106/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı üzrə Borclu mülkiyyətində olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Azər Əliyevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Azər Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 8(005)- 106/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Borclu məxsus “Peugeot 307” minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2348/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Borclu və X2 müştərək qaydada cəmi 656 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxxxxxxxxx" MMCnin xeyrinə ödənilməlidir. İcra sənədi icraata xx.xx.2013-cü il tarixdə daxil olmuş və “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra edilməsi üçün borclunun ünvanına, məlumat üçün isə tələbkarın ünvana göndərilmişdir. Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-2348/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Peugeot 307" minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Nərimanov Rayon Məhkəməsinin 8(005)-106/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Aparılmış icra tədbirləri nəticəsində icra sənədi tam icra olunmuşdur. Göstərilənləri nəzərə alaraq, Borclu mülkiyyətində olan “Peugeot 307” minik markalı, **- NG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Borclu borcunun ödənildiyini bildirmiş, buna görə də “Peugeot 307” minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, icra işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hazırda tələbkar "xxxxxxxxxxx" MMC Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək Borclu hazırda borcu olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Borclu "xxxxxxxxxxx" MMC-yə olan borcunu ödəmiş, ona tam ödəniş barədə qəbz verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: 23.1.1-ci Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir; 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir; 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi qanunvericliklə müəyyən edilmiş müddətlərdə icra edilmədikdə icra məmurları tərəfindən məcburi icra tədbirlərin keçirilməsi üçün əsas yaranır. Göründüyü kimi icra sənədi üzrə borclunun hazırda borcu yoxdur, icraata xitam verilmişdir, bu da öz növbəsində Borclu mülkiyyətində olan “Peugeot 307” minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbs götürülməsini hüquqi baxımdan şərtləndirir. Bu səbəbdən təqdimat təmin edilməli, borclunun avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olanlara əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20ci maddəsini, Azərbaycan Respublikası MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-106/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus “Peugeot 307” minik markalı, **- NG-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar