Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-441/2025 20.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Tələbkar2 nümayəndəsi-vəkili Vəkil, Tələbkar1 nümayəndəsi X1, Nərimanov rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadənin iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1750/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2502/2023- 026 nömrəli, xx.xx.2023-cü il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-2497/2023-024 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinə izah verilməsi ilə bağlı böyük icra məmuru Zaur Əlizadənin ərizəsinə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru Zaur Əlizadə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1750/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2502/2023-026 nömrəli, xx.xx.2023-cü il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2497/2023-024 nömrəli, xx.xx.2023- cü il tarixli icra sənədləri üzrə qarajların yeri dəqiq göstərilmədiyi üçün izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-1750/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar1 Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 ünvanında yerləşən (zirzəmidə) çoxmenzilli binanın zirzəmi mərtəbəsində qarajla təmin edilməsi və iddiaçı Tələbkar1 həmin qaraja dair yerləşmə sxeminin (plan-cizginin) verilməsi öhdəliyi cavabdeh “MTK-Rear Mənzil- Tikinti Kooperativinə həvalə edilməlidir. Məlum icra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar əsasında tərtib edilmiş bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsnin e-2(005)- 2502/2023-026 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış evinin 3-cü blok (İi korpus) 6-cı mərtəbə, ümumi sahəsi 172,6 kv metr olan 4 otaqlı, 158 nömrəli mənzilə və 23 may 2009-cu il tarixli, 5 nömrəli müqaviləyə əsasən həmin binanın zirzəmisində yerləşən bir maşın üçün qarajın tələbkarın sahibliyinə və istifadəsinə verməklə həmin qaraja hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan qanunla nəzərdə tutulmuş hüquqverici sənədlərin Tələbkar2 verilməsi öhdəliyi “MTK-REAL" MTK-rın üzərinə qoyulmalıdır. Məlum icra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəhııl edilərak. qərar əsasında tərtib edilmiş bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsnin e-2(005)-2497/2023-024 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Tələbkar3 oğünun sahibliyində və istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa edimiş 20 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 5-ci mərtəbə, ümumi sahəsi 172,6 kv metr olan 4 otaqlı, 155 nömrəli mənzilə və 23 may 2009-cu il tarixli, 4-nömrəli müqaviləyə əsasən həmin binanın zirzəmisində yerləşən bir maşın üçün qarajın Tələbkar3 sahibliyinə və istifadəsinə verməklə həmin qaraja hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan qanunla nəzərdə tutulmuş hüquqverici sənədlərin Tələbkar3.oğluna verilməsi öhdəliyi “MTK-REAL" MTK-rın üzərinə qoyulmalıdır. Məlum icra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar əsasında tərtib edilmiş bildirişlə birlikdə borclunun ünvanına, məlumat üçün isə məhkəməyə göndərilmişdir. "Elektron icra” informasiya sistemindən ədə edilmiş məlumata əsasən "xxxx" MTK-nın rəhbərinin dəyişdirildiyi, yeni rəhbərin X3 olduğu müəyyən edilmiş, bu səbəbdən borclu "xxxx" MTK-nın rəhbəri T.Bədəlov barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Şöbənin icraatında "xxxx" MTK-nın borclu qismində tərəf olduğu bir neçə icra sənədi olduğundan xx.xx.2023-cü il tarixdə icra məmuru tərəfindən icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərarı qəbul edilmişdir. İcra sənədi üzrə borclu "xxxx" MTK-nın rəhbəri X3 xx.xx.2023-cü il tarixdə polis nəfərləri tərəfindən şöbəyə təhvi verilmiş, borcunun izahatı alınmış, o, izahatında 2022-ci ilin avqust ayından "xxxx" MTK-nın rəhbəri olduğunu, icra sənədlərindən xəbərsiz olduğunu, şirkətə rəhbər vəzifəsinə təyin olunan zaman şirkətin mükiyyətində heç bir əmlak və pul vəsaitinin olmadığını, şirkətin hazırda fəaliyyətdə olmadığını bildirmişdir. İcra sənədləri üzrə borclu "xxxx" MTK-nın rəhbəri X2 icra sənədlərinin tam icra edilməsi barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq tələblər təmin edilməmişdir. Daha sonra borclu "xxxx" MTK-nın rəhbəri X3 barəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmiş və Nərimanov Rayon Məhkəməsinin 3(005)-1045/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmişdir. İcra sənədlərinin təmin edilməsi məqsədilə icra sənədlərində qeyd olunan ünvanda olarkən icra sənədlərində qeyd olunan qarajların digər şəxslərə məxsus olduğu məlum olmuş və buna dair xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1750/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2502/2023-026 nömrəli, xx.xx.2023-cü il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2497/2023-024 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərində qarajların yeri dəqiq göstərilmədiyindən icra sənədlərinin icrasını təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən icra məmuru verilmiş ərizənin təmin olunmasını, icra vərəqələrinə qarajların yeri dəqiq göstərilməklə izah verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar2 nümayəndəsi və vəkili Vəkil ərizəyə etiraz edərək Nərimanov rayon icra şöbəsinin icra məmuru tərəfindən verilmiş icra vərəqəsinə izah verilməsi barədə ərizənin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar1 nümayəndəsi X1 ərizəyə etiraz edərək Nərimanov rayon icra şöbəsinin icra məmuru tərəfindən verilmiş icra vərəqəsinə izah verilməsi barədə ərizənin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, borclu məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının MPM-nin 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi bu barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə qeyd edilən normaya əsasən ərizəyə borclunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə icra məmurunu, tərəflərin nümayəndə və vəkillərini dinləyib, icra məmurunun qərardada izah verilməsinə dair ərizəsində göstərilənləri və icra işi materiallarını tədqiq edib hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin: - 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. - 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Azərbaycan Respublikasının Ali Məhkəmənin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndində göstərilmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qeyd olunan maddi hüquq normalarından göründüyü kimi, məhkəmə aktı üzrə tərəflərin, habelə icra orqanın müvafiq əsaslandırılmış ərizəsi ilə icra sənədinin verilməsi üçün əsas olmuş qərardad onun məzmunu dəyişdirilmədən məhkəmə tərəfindən izah oluna bilər. Məhkəmə qeyd edir ki, məhkəmə aktının izah olunması onunla əlaqədardır ki, qərardad aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda onun icrası çətin və ya qeyri-müəyyən olur. Belə hallarda məhkəmə aktının izah edilməsi zərurəti yaranır ki, bu da icrada yaranan çətinliklərin aradan qaldırılmasına xidmət edir. Belə ki, məhkəmə aktında aydın, dəqiq olmayan və ya ziddiyyətli ifadələrdən istifadə edilməsi onun işdə iştirak edən şəxslər tərəfindən düzgün başa düşülməməsinə və icra orqanı tərəfindən icra edilməsində çətinlik yaranmasına səbəb ola bilər. Hazırda icra məmuru tərəfindən məhkəməyə ünvanlanmış ərizədə icra vərəqəsinin izah edilməsinə dair göstərilmiş əsaslar mövcud deyildir. Belə ki, izah verilməsi xahiş olunan: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1750/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Tələbkar1 Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955 ünvanında yerləşən (zirzəmidə) çoxmenzilli binanın zirzəmi mərtəbəsində qarajla təmin edilməsi və iddiaçı Tələbkar1 həmin qaraja dair yerləşmə sxeminin (plan-cizginin) verilməsi öhdəliyi cavabdeh Borclunə həvalə edilməlidir. -Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsnin e-2(005)-2502/2023-026 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış evinin 3-cü blok (İi korpus) 6-cı mərtəbə, ümumi sahəsi 172,6 kv metr olan 4 otaqlı, 158 nömrəli mənzilə və 23 may 2009cu il tarixli, 5 nömrəli müqaviləyə əsasən həmin binanın zirzəmisində yerləşən bir maşın üçün qarajın tələbkarın sahibliyinə və istifadəsinə verməklə həmin qaraja hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan qanunla nəzərdə tutulmuş hüquqverici sənədlərin Tələbkar2 verilməsi öhdəliyi “MTK-REAL" MTK-ın üzərinə qoyulmalıdır. -Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsnin e-2(005)-2497/2023-024 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Tələbkar3 sahibliyində və istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa edimiş 20 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 5-ci mərtəbə, ümumi sahəsi 172,6 kv metr olan 4 otaqlı, 155 nömrəli mənzilə və 23 may 2009-cu il tarixli, 4-nömrəli müqaviləyə əsasən həmin binanın zirzəmisində yerləşən bir maşın üçün qarajın Tələbkar3 sahibliyinə və istifadəsinə verməklə həmin qaraja hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan qanunla nəzərdə tutulmuş hüquqverici sənədlərin Tələbkar3 verilməsi öhdəliyi “MTK- REAL" MTK-ın üzərinə qoyulmalıdır. Məhkəmə araşdırması zamanı icra sənədləri üzrə e-2(005)-1750/2023 nömrəli, Məhkəməsnin e-2(005)-2502/2023 nömrəli və e-2(005)-2497/2023 nömrəli mülki işlər, habelə e278030/2023-15-1-002 saylı, e278023/2023-15-1-005 saylı və e192376/2023- 15-27 saylı icra işləri məhkəməyə təqdim olunmuşdur. e-2(005)-2502/2023 nömrəli mülki iş materialları ilə müəyyən olunur ki: -İddiaçı Tələbkar2 cavabdeh Borclunə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu mənzil tikinti kooperativinin üzərinə onun sahibliyində və istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 6-cı mərtəbədə, ümumi sahəsi 172,6 kv metr olan 4 otaqlı 158-nömrəli mənzilə və 23 may 2009-cu il tarixli, 5-nömrəli müqaviləyə əsasən həmin binanın zirzəmisində yerləşən bir maşın üçün qarajın iddiaçının sahibliyinə və istifadəsinə verməklə həmin qaraja hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan qanunla nəzərdə tutulmuş yuxarıda qeyd olunan hüquqverici sənədlərin iddiaçıya verilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. - “MTK-REAL" MTK ilə Tələbkar2 arasında bağlanmış 23 may 2009-cu il tarixli 5 saylı müqavilənin surətindən görünür ki, Tələbkar2 Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 21,20 mərtəbəli yaşayış evinin zirzəmisində yerləşən bir maşınlıq qarajı 16000 manata almış, ilkin pay kimi 4000 manat ödəniş etmişdir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsnin e-2(005)-2502/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ilə onun tələbi təmin edilmişdir. e-2(005)-2497/2023 nömrəli mülki iş materialları ilə müəyyən olunur ki: -İddiaçı Tələbkar3 cavabdeh Borclunə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Borclu mənzil tikinti kooperativinin üzərinə iddiaçının sahibliyində və istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 5-cı mərtəbə, ümumi sahəsi 172,6 kv metr olan 4 otaqlı, 155-nömrəli mənzilə və 23 may 2009-cu il tarixli, 4-nömrəli müqaviləyə əsasən həmin binanın zirzəmisində yerləşən bir maşın üçün qarajın iddiaçının sahibliyində və istifadəsində verməklə həmin qaraja hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan qanunla nəzərdə tutulmuş yuxarıda qeyd olunan hüquqverici sənədlərin iddiaçıya verilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. - “MTK-REAL" MTK ilə Tələbkar3 arasında bağlanmış 23 may 2009-cu il tarixli 4 saylı müqavilənin surətindən görünür ki, Tələbkar3 Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 21, 20 mərtəbəli yaşayış evinin zirzəmisində (1 blok) yerləşən bir maşınlıq qarajı 16000 manata almış, ilkin pay kimi 4000 manat ödəniş etmişdir. - “MTK-REAL" tərəfindən verilmiş 04 yanvar 2011-ci il tarixli 03/11 saylı maliyyə arayışının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış binası "REAL- MTK”nə məxsusdur, həmin binanın 1-blok-İİ korpusun zirzəmisində bir maşınlıq qaraj payçı Tələbkar3 məxsusdur və onun "REAL-MTK“ MTK-nə borcu yoxdur. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsnin e-2(005)-2497/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ilə onun tələbi təmin edilmişdir. e-2(005)-1750/2023 nömrəli mülki iş materialları ilə müəyyən olunur ki: -İddiaçı Tələbkar1 cavabdeh Borclunə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “Tələbkar1 Ağası qızı ilə Borclu MTK arasında bağlanmış müqavilənin şərtlərində nəzərdə tutulmuş Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955, 21 mərtəbəli yaşayış evinin zirzəmisində yerləşən qaraj sahəsi ilə təmin edilməsi və sözügedən qaraj sahəsinin plan cizgisinin Borclu MTK tərəfindən tərtib edilərək verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. - Tələbkar1 Ağası qızı və Borclu MənzilTikinti Kooperativi arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 17 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955, mənzil 21 mərtəbəli yaşayış evinin zirzəmisində yerləşən 1 maşınlıq qaraj iddiaçıya satılmışdır. - Borclu tərəfindən verilmiş xx.xx.2012-ci il təvəllüdlü maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski 955, mənzil 21 mərtəbəli yaşayış evinin zirzəmisində yerləşən 1 maşınlıq qarajın pay dəyəri Tələbkar1 Ağası qızı tərəfindən tam ödənilmişdir. Qeyd olunan qətnamələrdən qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilməmişdir. Qətnamələr qanuni qüvvəyə minmiş və icra olunması üçün icra orqanına göndərilmişdir. Göründüyü kimi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1750/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2502/2023-026 nömrəli, xx.xx.2023-cü il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2497/2023-024 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinin məzmunu ilə bağlı hər hansı izaha ehtiyac yoxdur. Belə ki, qeyd olunan qətnamələr – habelə onların əsasında verilmiş icra vərəqəsində məhkəmə tərəfindən iddiaçının iddia tələbinə, habelə tərəflər arasında bağlanmış və iş materiallarına əlavə olunmuş 23 may 2009-cu il tarixli 4 saylı, xx.xx.2012-ci il tarixli, 17 nömrəli və 23 may 2009-cu il tarixli 5 saylı müqavilələrin şərtlərinə əsasən qarajlar göstərilmişdir. Hazırda icra məmurunun ərizəsinə əsasən, qarajların yerinin dəqiq göstərilməsi məsələsinə qiymət verilməsi (qətnamələrdə konkret qarajların göstərilməsi), tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinin, habelə qətnamələrin məzmununun dəyişdirilməsinə səbəb olur ki, bu da qanunvericiliyə əsasən, yolverilməzdir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1750/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2502/2023-026 nömrəli, xx.xx.2023-cü il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2497/2023-024 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinə izah verilməsi ilə bağlı böyük icra məmuru Zaur Əlizadənin ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin: - 230.5-ci maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 230, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1750/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2502/2023- 026 nömrəli, xx.xx.2023-cü il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-2497/2023-024 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədlərinə izah verilməsi ilə bağlı böyük icra məmuru Zaur Əlizadənin ərizəsi təmin edilməsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-441/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-441/2025
20.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver