Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-442/2023 02.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6186/2017 nömrəli, xx.xx.2017ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra sənədi üzrə Borclu məxsus “Chevrolet Cruze” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimat və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(005)-6186/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra sənədi üzrə Borclu məxsus “Chevrolet Cruze” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 6186/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Borclu 900,99 manat pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar “Bank of Baku" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafıq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus “Chevrolet Cruze” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması aşkar edilmişdir. Tələbkar, borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi, icra sənədi şöbənin icraatına xx.xx.2017-ci ildə daxil olmuş həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra edilməsinə dair bildirişlə birlikdə borcluya poçt vasitəsi ilə göndərilmişdir. “Elektron İcra” informasiya sistemindən əldə edimiş çıxarışa əsasən Borclu məxsus “Chevrolet Cruze” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olması müəyyən olmuşdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “Chevrolet Cruze” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-442/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-442/2023
02.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver