Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-450/2023 11.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-212/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu "xxxx" ASC-nin mülkiyyətində olan, “AUDİ Q7” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımov tərəfindən verilmiş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımov məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 8856/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu "xxxx" ASC-nin mülkiyyətində olan, “AUDİ Q7” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-212/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu "xxxx" ASC-nin mülkiyyətində olan “AUDİ Q7” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 729/2022-017 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən 2020-ci ilin oktyabr ayı üçün 3.435.41 manat və 2020-ci ilin noyabr ayı üçün 3.263.63 manat olmaqla cəmi 6.699.04 (altı min altı yüz doxsan doqquz manat, 04 qəpik) manat məbləğində əmək haqqı tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən 27 noyabr 2020- ci il tarixədək istifadə edilməmiş 60 günlük əsas əmək məzuniyyətinə görə 6780,41 (altı min yeddi yüz səksən manat qırx bir qəpik) manat pul əvəzi iddiaçı Tələbkar ödənilməlidir.Hüquqi yardıma görə ödənilmiş 1000 (min) manat pul cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə cəmi 7076,70 manat (yeddi min yetmiş altı manat, 70 qəpik) manat ödənc tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən 09 noyabr 2020- ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3,435.41 manat məbləğində əmək haqqının 1%-i məbləğində, günlük 34.35 manat ödəncin, 27 noyabr 2020-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3.263.63 manat məbləğində əmək haqqının 1%-i məbləğində, günlük 32.63 manat məbləğində ödənc tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri - 290(iki yüz doxsan) manat cavabdeh "xxxx" ASC- dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməlidir. İcra sənədi xx.xx.2022-ci ildə Bakı şəhər Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu «Akkord Sənaye Tikinti investisiya Korporasiyası” ASC-nin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Sorğudan əldə olunmuş məlumata əsasən borclu «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus olan “AUDİ Q7” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilərək, həmin avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 8(005)-212/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Belə ki, Tələbkar xx.xx.2023-cü il tarixli ərizə ilə Nərimanov Rayon İcra Şöbəsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-729/2022- 017 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələb tam icra olunduğu üçün məlum icra sənədinin icraatına «icra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmiş, həmçinin icra sənədində qeyd olunan 290 manat ekspertiza xərci dövlət bücəsinə ödənilmişdir. Bu səbəbdən icra məmuru hesab edir ki, icra sənədinin icrasının təmini tədbiri olaraq Nərimanov rayon Məhkəməsinin 8(005)-212/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu "xxxx" ASC-nin mülkiyyətində olan “AUDİ Q7” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq borclu, tələbkar və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-729/2022-017 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən 2020ci ilin oktyabr ayı üçün 3.435.41 manat və 2020-ci ilin noyabr ayı üçün 3.263.63 manat olmaqla cəmi 6.699.04 (altı min altı yüz doxsan doqquz manat, 04 qəpik) manat məbləğində əmək haqqı tutularaq iddiaçı Tələbkar ödənilməsi, cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən 27 noyabr 2020- ci il tarixədək istifadə edilməmiş 60 günlük əsas əmək məzuniyyətinə görə 6780,41 (altı min yeddi yüz səksən manat qırx bir qəpik) manat pul əvəzi iddiaçı Tələbkar ödənilməsi, hüquqi yardıma görə ödənilmiş 1000 (min) manat pulun cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən tutularaq iddiaçı Tələbkar ödənilməsi, cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə cəmi 7076,70 manat (yeddi min yetmiş altı manat, 70 qəpik) manat ödəncin tutularaq iddiaçı Tələbkar ödənilməs, cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən 09 noyabr 2020-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3,435.41 manat məbləğində əmək haqqının 1%-i məbləğində, günlük 34.35 manat ödəncin, 27 noyabr 2020-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3.263.63 manat məbləğində əmək haqqının 1%-i məbləğində, günlük 32.63 manat məbləğində ödənc tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi, həmçinin ekspertiza tədqiqatının dəyəri – 290 (iki yüz doxsan) manatın cavabdeh "xxxx" ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-212/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, borclu "xxxx" ASC-nin mülkiyyətində olan “AUDİ Q7” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. - Təqdimata əlavə olunmuş Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-729/2022-017 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Bu Məcəllənin 355-17.3-cü maddəsində nəzərdə tutulmuş qətnamə qəbul edildikdə bank və (və ya) onun aktivləri ilə bağlı əvvəllər qəbul edilmiş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.4-cü maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-cü maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Məhkəmə, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımovin təqdimatını və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, icra sənədi üzrə icraata xitam verildiyindən, borclunun əmlakı üzərinə həbs qoyulması əsasları aradan qaldırıldığından təqdimat təmin olunmalı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-212/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu "xxxx" ASC-nin mülkiyyətində olan “AUDİ Q7” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-212/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu "xxxx" ASC-nin mülkiyyətində olan “AUDİ Q7” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-450/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-450/2023
11.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver