Məhkəmə qərarları › İş №8(005)-454/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-454/2022

27.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-454/2022 27.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, X1 qətnamənin izah olunmasına ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X2 qətnamənin izah olunmasına ərizə ilə məhkəməyə müraciət edərək, müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə X2 məhkəməyə ərizə ünvanlayaraq, ərizəsini və ona əlavə edilmiş sənədlərin əslini geri qaytarılmasını xahiş edilmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 427.1-ci maddəsinə əsasən təqdimatı, protesti və ya şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Göründüyü kimi, xx.xx.2022-ci il tarixdə X2 məhkəmə dəftərxanası vasitəsi ilə məktub təqdim edərək, ərizəsini və ona əlavə edilmiş sənədlərin əslini geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə belə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 263.1-ci maddəsinə görə iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 268-269cu və 427-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 qətnamənin izah olunmasına ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar