Məhkəmə qərarları › İş №8(005)-455/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-455/2021

22.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-455/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Tərəflərin iştirakı olmadan, Nərimanov Rayon Məhkəməsinin 8(005)-1432/2018 saylı, 27.11.2018-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ 21214 minik” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin ləğvinə dair Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rafail Səfərovun təqdimatına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rafail Səfərov Borclu məxsus olan “VAZ 21214 minik” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 835/2017 saylı, 16.02.2017-ci il tarixli icra sənədinə əsasən, “Chanqan CS35 AT” markalı, 1O-PS-357 dövlət qeydiyyat nişanlı minik avtomaşını Borclu geri alınıb Tələbkar1 MMC-nə təhvil verilməli, 23.05.2016-cı il tarixli 2122 nömrəli alqı-satqı müqaviləsinə əsasən borclular Borclu və X1 bərabər qaydada 2365 manat məbləğində maddi ziyan, həmin maddi ziyanın ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış cərimə aylıq ödəniş məbləğinin 1% miqdarında 30 günə görə 141 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar “Sirena“MMC-nin xeyrinə ödənilməlidir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2462/2017 saylı, 03.03.2017-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 4958,88 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar “Bank BTB" ASC-nin xeyrinə ödənilməlidir.Nərimanov Rayon Məhkəməsinin 2(005)-3504/2018 saylı, 11.06.2018-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 240 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar2 MMC-nin xeyrinə ödənilməlidir.İcra sənədlərinin icrasını təmin etmək məqsədilə Nərimanov Rayon Məhkəməsinin 8(005)- 1432/2018 saylı, 27.11.2018-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ 21214 minik” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulmuşdur. İcra sənədləri məhkəməyə geri qaytarıldığından Borclu mülkiyyətində olan “VAZ 21214 minik” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. İcra məmuru, borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş 31 iyul 2019-cu il tarixli PKD-2019/4012 nömrəli məktubdan görünür ki, borclular Borclu cəmi 4958.88 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumununa görə 20 manat dövlət rüsumunun tutularaq Bank "xxxx" ASC-nə ödənilməsinə dair Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2462/2017 saylı, 03 mart 2017-ci il tarixli qərarı üzrə verilmiş icra sənədinin icrasının “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5 və 20.2-ci maddələrinin tələblərinə əsasən xitam verilməsi xahiş olunur. Belə ki, borclular barəsində qəbul edilmiş icra sənədində göstərilən məbləğ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 saylı fərmanına əsasən restrukturizasiya edilmişdir. İş materiallarında olan 26 avqust 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2462/2017 saylı, 03 mart 2017-ci il tarixli qərarı üzrə verilmiş icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfidən verilmiş 07 iyul 2021-ci il tarixli 2143 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.06 2018-ci il tarixli e-2(005)-3504/2018 saylı məhkəmə əmrinə əsasən Borclu borcunu tam olaraq bağlamışdır. İş materiallarında olan 08.07.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.06 2018-ci il tarixli e-2(005)-3504/2018 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Tələbkar1 MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş 14 iyun 2021-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-835/2017 saylı, 16.02.2017 –ci il tarixli icra sənədinin icrası ilə əlaqədar “Chanqan CS35 AT” markalı, 1O-PS-357 dövlət qeydiyyat nişanlı minik avtomaşını Tələbkar1 MMCnə təhvil verilmiş, icra sənədiin pul tutulması hissəsi ilə əlaqədar məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan 08 iyul 2021-ci il tarixli icra edilməyən və ya qismən icra edilən sənədin məhkəməyə qaytarılması barədə qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-835/2017 sylı, 16.02.2017-ci il tarixli icra sənədi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə borclunun borcu olmadığından təqdimat əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu oğluna məxsus olan “VAZ 21214 minik” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar