Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-455/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6621/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu tərəfindən "AGbank” ASC-də depozit olaraq qoyulan 20000 manat məbləğində pul vəsaitinin üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərov məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6621/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu tərəfindən "AGbank” ASC-də depozit olaraq qoyulan 20000 manat məbləğində pul vəsaitinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6621/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2019-cu il tarixli, 100.LN.1104.010819.00001 nömrəli kredit müqavilə üzrə 9279,87 manat məbləğində əsas borc və 93,80 manat məbləğində ödənilmiş dövlət rüsumu Borclu "AGbank” ASC-nin xeyrinə tutulmalı, 999,65 (doqquz yüz doxsan doqquz manat altmış beş qəpik) manat pul vəsaiti, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 27 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 14 manatı olmaqla ümumilikdə 1040,65 manat Tələbkar ASC-dən Borclu xeyrinə tutulmalı, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata qarşılıqlı iddianın xx.xx.2019-cu il tarixli, 100.LN.1104.010819.00001 nömrəli kredit müqaviləsi üzrə 9279.87 manat əsas borcun depozit hesabında olan 20386,70 manat vəsaitdən silinməsi, qalıq 11106,83 manatın Borclu ödənilməsi hissəsində xitam verilməsi nəzərə alınmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. İcraata başlamaq haqqında qərar xx.xx.2023-cü il tarixdə borclu tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Borclu ərizə ilə şöbəyə müraciət edərək ləğv olunmuş "AGbank” ASC-də depozitinin olduğunu, həmin bank fəaliyyət göstərərkən xx.xx.2019-cu il tarixdə bank hesabı və saxlanc müqavilələri bağlanıldığını, həmin müqavilələrə əsasən onun tərəfindən həmin banka 20000 manat məbləğində pul vəsaiti depozit olaraq qoyulduğunu, banka olan borcunun həmin pul vəsaitindən silinməsinə razı olduğunu, dəfələrlə Əmanətlərin Sığortalanması Fonduna müraciət etsə də, mənfi cavab aldığını, borcun onun "AGbank” ASC-də oları pul vəsaitinə yönəldilməsini xahiş etmişdir. Təqdim edilmiş sənədlərə əsasən, borclunun “AGbank" ASC ilə 20000 manat məbləğində pul vəsaitinin depozit olaraq həmin banka qoyulması barədə müqavilə bağlaması öz təsdiqini tapmışdır. Bu səbəbdən icra məmuru Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6621/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu tərəfindən "AGbank” ASC-də depozit olaraq qoyulan 20000 manat məbləğində pul vəsaitinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6621/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2019-cu il tarixli, 100.LN.1104.010819.00001 nömrəli kredit müqavilə üzrə 9279,87 manat məbləğində əsas borcun və 93,80 manat məbləğində ödənilmiş dövlət rüsumunun Borclu "AGbank” ASC-nin xeyrinə tutulması, 999,65 (doqquz yüz doxsan doqquz manat altmış beş qəpik) manat pul vəsaitinin, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 27 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 14 manatı olmaqla ümumilikdə 1040,65 manatın Tələbkar ASC-dən Borclu xeyrinə tutulması, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata qarşılıqlı iddianın xx.xx.2019-cu il tarixli, 100.LN.1104.010819.00001 nömrəli kredit müqaviləsi üzrə 9279.87 manat əsas borcun depozit hesabında olan 20386,70 manat vəsaitdən silinməsi, qalıq 11106,83 manatın Borclu ödənilməsi hissəsində xitam verilməsi qət edilmişdir. - İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. - Borclu ərizəsindən görünür ki, borclu şöbəyə müraciət edərək ləğv olunmuş "AGbank” ASC-də depozitinin olduğunu, həmin bank fəaliyyət göstərərkən xx.xx.2019-cu il tarixdə bank hesabı və saxlanc müqavilələri bağlanıldığını, həmin müqavilələrə əsasən onun tərəfindən həmin banka 20000 manat məbləğində pul vəsaiti depozit olaraq qoyulduğunu, banka olan borcunun həmin pul vəsaitindən silinməsinə razı olduğunu, dəfələrlə Əmanətlərin Sığortalanması Fonduna müraciət etsə də, mənfi cavab aldığını, borcun onun "AGbank” ASC-də oları pul vəsaitinə yönəldilməsini və borc həddində əmanətin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin: - 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. - 44-cü maddəsi, bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra vərəqəsinin icra məmuruna təqdim olunmasını, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul olunmasını və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi müəyyən etmişdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 45.7-ci maddəsinə tələb borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra vərəqəsinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra vərəqəsi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra vərəqəsinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Avropa Məhkəməsinin “Xornsbin Yunanıstana qarşı işi üzrə” 19 mart 1997—ci il tarixli qərarında qeyd olunmuşdur ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə, tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyal xarakterli olacaqdır.... Hər hansı bir məhkəmə tərəfindən çıxarılmış qərarın icrası həmin maddədə nəzərdə tutulmuş “məhkəmə icraatı” anlayışının tərkib hissəsidir. Məhkəmə hesab edir ki, borclu tərəfindən icra sənədinin icrası könüllü təmin edilmədiyi üçün icra məmurunun hazırki təqdimatla məhkəməyə müraciət etməsinə zərurət yaranmışdır. Təqdimat təmin edilmədiyi təqdirdə isə tələbkarın hüquqlarının pozulması ilə nəticələnə bilər. Beləliklə məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6621/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu tərəfindən "AGbank” ASC-də depozit olaraq qoyulan 20000 manat məbləğində pul vəsaitinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6621/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu tərəfindən "AGbank” ASC-də depozit olaraq qoyulan 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Nərimanov rayon icra şöbəsinə və Tələbkar ASC-yə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-455/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-455/2023
18.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver