Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-46/2021 02.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 8(005)-976/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu-nin mülkiyyətində olan nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rəfail Səfərovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru Rəfail Səfərov təqdimatla məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 8(005)-976/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə borclu Borclu MMC-nin mülkiyyətində olan “Mercedes Smart” minik markalı, **-PE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şuşa Rayon Məhkəməsinin 2(077)-110/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, borclular X2 və Borclu-dən cəmi 3515 manat məbləğində pul vəsaiti və 31 manat dövlət rüsumu tutularaq Tələbkar Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2018-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. İcra tədbirləri zamanı Borclu-nin adına “Mercedes Smart” minik markalı, **-PE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi aşkar edilmiş və həmin əmlak üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 8(005)-976/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə borclu 'Borclu" MMC-nin mülkiyyətində olan “Mercedes Smart” minik markalı, **-PE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə icraata xitam verildiyindən Borclu” MMC-nin mülkiyyətində olan “Mercedes Smart minik" markalı, **-PE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, icra işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan Nərimanov Rayon Məhkəməsinin 8(005)-976/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Şuşa Rayon Məhkəməsinin 2(077)-110/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu Borclu MMC-nin mülkiyyətində olar "MERCEDES SMART” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulmuşdur. Hazırda Tələbkar Sığorta Şirkəti ASC Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə müraciət edərək, borclular X3 və Borclu-nin hazırda borcu olmadığını bildirmişdir. Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Şuşa Rayon Məhkəməsinin 2(077)-110/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun: 23.1.1-ci Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir; 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir; 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi qanunvericliklə müəyyən edilmiş müddətlərdə icra edilmədikdə icra məmurları tərəfindən məcburi icra tədbirlərin keçirilməsi üçün əsas yaranır. Göründüyü kimi icra sənədi üzrə borclunun hazırda borcu yoxdur. icraata xitam verilmişdir, bu da öz növbəsində Borclu-nin mülkiyyətində olan "MERCEDES SMART” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbs götürülməsini hüquqi baxımdan şərtləndirir. Bu səbəbdən təqdimat təmin edilməli, borclunun avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olanlara əsasən və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsini, Azərbaycan Respublikası MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 8(005)-976/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu-nin mülkiyyətində olan “Mercedes Smart” minik markalı, (ban: WME01MC01YE103339) **- PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №8(005)-46/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-46/2021
02.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver