Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-460/2023 09.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-38/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımovun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımov məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri, Tbilisi prospekti, 49B saylı evin 134 nömrəli, Bakı şəhəri, Yasamal ray, H.Cavid pr, 15 saylı evin 2 saylı mənzillərin və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 982 saylı bağ evinin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2028/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 30000 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar1 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2055/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 40000 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar2 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2056/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 36500 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar3 xeyrinə ödənilməlidir. İcra sənədi Bakı şəhər Nərimanov rayon icra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu "xxxx" ASC-nin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Sorğudan əldə olunmuş məlumata əsasən Borclu məxsus Bakı şəhəri, Tbilisi prospekti, 49B saylı evin 134 nömrəli, Bakı şəhəri, Yasamal ray, H.Cavid pr, 15 saylı evin 2 saylı mənzillərinin və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 982 saylı bağ evinin olması müəyyən edilərək, həmin əmlakların üzərinə həbs qoyulmasına dair təqdimatla Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət olunmuş və məhkəmənin 8(005)-38/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Belə ki, məlum əmlaklar hərracda satıldığı üçün Borclu məxsus Bakı şəhəri, Tbilisi prospekti, 49B saylı evin 134 nömrəli, Bakı şəhəri, Yasamal ray, H.Cavid pr, 15 saylı evin 2 saylı mənzillərin və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 982 saylı bağ evinin üzərinə qoyulmuş həbsin götürülməsi məqsədə uyğundur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıda qeyd edilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2028/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 30000 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar1 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2055/2021 nömrəli, xx.xx.2021 -ci il tarixli icra sənədinə əsasən Borclu 40000 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar2 xeyrinə ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2056/2021 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədinə əsasən Borclu 36500 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar3 xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-38/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2028/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2056/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2055/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 501 məhəllə, ev 15, 2 saylı mənzilin 1/6 hissəsinin və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 982 saylı bağ evinin 1/3 hissəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan hərracın yekunları barədə 46/01 saylı, xx.xx.2023-cü il tarixli protokola əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 982 saylı bağ evinin 1/3 hissəsi 62150 manata tələbkar alıcı Tələbkar3 satılmışdır. İş materiallarında olan hərracın yekunları barədə 46/02 saylı, xx.xx.2023-cü il tarixli protokola əsasən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən 49b saylı evin 134 mənzilin 1/6 hissəsi 28750 manata tələbkar alıcı X1 satılmışdır. İş materiallarında olan hərracın yekunları barədə 46/03 saylı, xx.xx.2023-cü il tarixli protokola əsasən Bakı şəhəri, Yasamal ray, H.Cavid pr, 15 saylı evin 2 saylı mənzilinin 1/6 hissəsi 35000 manata tələbkar alıcı Tələbkar1 satılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Hazırki iş üzrə həbsin götürülməsi xahiş edilən əmlaklar tələbkarlara satıldığından və bu barədə hərracın yekunlarına dair protokol imzalandığından, yəni artıq əmlakların mülkiyyətçiləri başqa şəxslər olduğundan həmin əmlakların üzərinə qoyulmuş həbsin saxlanmasına zərurət aradan qalxmışdır. Lakin qeyd edilməlidir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-38/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 501 məhəllə, ev 15, 2 saylı mənzilin 1/6 hissəsinin və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 982 saylı bağ evinin 1/3 hissəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Bu səbəbdən təqdimat həmin hissələrdə, yəni iki əmlaka münasibətdə təmin edilməli, Bakı şəhəri, Tbilisi prospekti, 49B saylı evin 134 nömrəli mənzilinin üzərinə isə həbs qoyulmasını təsdiq edən sənəd (qərardad) təqdim edilmədiyindən həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, təqdimat qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-38/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr, 15 saylı evin 2 saylı mənzilinin 1/6 hissəsinin və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 982 saylı bağ evinin 1/3 hissəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Təqdimat qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-38/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr, 15 saylı evin 2 saylı mənzilinin 1/6 hissəsinin və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 982 saylı bağ evinin 1/3 hissəsinin üzərinə qoyulmuş həbs götürülsün. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-460/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-460/2023
09.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver