Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-460/2025 13.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1208/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Münasib Muradovun təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Münasib Muradov məhkəməyə təqdimatla müraciət edərək, Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə Borclu ümumilikdə 800 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə bildirişlə icra olunması üçün borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Lakin verilmiş könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün ona Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatın verilməsi haqqında qərarın surəti göndərilmiş, lakin buna baxmayaraq borclu şöbəyə gəlməkdən qərəzli olaraq yayınmış və icra məmurunun çağırışına məhəl qoymamışdır. Tələbkar "xxxx" MMC məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş və cavabdeh borcu tam şəkildə ödədiyindən təqdimatın rədd edilməsi barədə qərardad çıxarılmasını etmişdir İcra məmuru, tələbkar və borcluya məhkəmə tərəfindən iclasın vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Borclu borcu tam ödədiyindən məcburi gətirilməsi barədə təqdimat təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1 və 3.1-ci maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə görə borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Lakin hazırki iş üzrə borc ödənildiyindən tələbkar məhkəməyə ərizə təqdim edərək, təqdimatın rədd edilməsini xahiş etmişdir. Bu səbəbdən də təqdimatın təmin edilməsi üçün əsas qalmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1208/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu Nərimanov Rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Münasib Muradovun Borclu Nərimanov Rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada təqdim edildiyi gündən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №8(005)-460/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-460/2025
13.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver