Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-463/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-535/2022-012 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə Borclu polis orqanı vasitəsi ilə Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadənin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zaur Əlizadə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-535/2022-012 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1982-ci il təvəllüdlü Borclu polis orqanı vasitəsi ilə Nərimanov rayon icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru Zaur Əlizadə təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 535/2022-012 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 26 iyul 2010-cu il təvəllüdlü X2 və 29 dekabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində aliment tutularaq Tələbkar verilməlidir. Alimentin tutulma vaxtı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5750/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən müvəqqəti alimentin tutulması nəzərə alınmalıdır. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə tələbin icra olunması üçün Borclu ünvanına bildiriş məktubu göndərilmişdir. Borclu dəfələrlə borcunu ödəməsinə dair şöbəyə dəvət olunmasına baxmayaraq, borclu məsuliyyətdən yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bu günə kimi borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş,heç bir münasibət bildirilməmiş və aliment borcu yığılmışdır. Nəticədə Borclu şöbəyə müxtəlif vaxtlarda rəsmi xəbərdarlıqla dəvət olunmasına baxmayaraq, şöbəyə gəlməkdən yayınmış və icra sənədinin tələbini icra etməkdən boyun qaçırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-535/2022-012 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 26 iyul 2010-cu il təvəllüdlü X2 və 29 dekabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində aliment tutularaq Tələbkar verilməsi qət edilmişdir. - İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş, həmin tarixdə tələbin icra olunması üçün Borclu ünvanına bildiriş məktubu göndərilmişdir. - Borclu göndərilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borcluya borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). - 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. - 84.3-cü maddəsinə əsasən Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. - 84.4-cü maddəsinə əsasən icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Beləliklə məhkəmə təqdimatı araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-535/2022-012 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1982-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə məcburi qaydada gətirilməlidir. Şərh olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-535/2022-012 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmini məqsədi ilə xx.xx.1982-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə tapşırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №8(005)-463/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-463/2023
18.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver