Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-466/2023 16.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1597/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi zirzəminin və Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 126A, 8 saylı əmlakların üzərinə həbs qoyulması barədə təqdimat və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Zamiq Kazımovun Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1597/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclunun əmlakına yönəldilməsi üçün borclu "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi zirzəminin və Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 126A, 8 saylı əmlakların üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1597/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ünvan 2 ünvanda inşa olunmuş yeni yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 97 kv.m olan 3 otaqlı 16A saylı mənzilin dəyəri olan 145.000 manat məbləğində pul borclular "xxxx" MMC və Nərimanov Rayon İcra Hakimiyyətindən müştərək qaydada tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Aparılmış ekpertiza tədqiqatının dəyərini təşkil edən 160 manat (80+80) manat məbləğində pul vəsaiti borclulardan müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlər birlikdə icra sənədi üzrə borlu "xxxx" MMC-nin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmiş, borclu "xxxx" MMC-yə məxsus bank hesabları olduğu müəyyən edilmiş, bu hesablara inkasso sərəncamı tətbiq edilmiş, lakin bank hesablarında yetərli pul vəsaiti olmadığı üçün icra sənədi icra olunmamışdır. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsaəsn müəyyən olunmuşdur ki, borclu "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi zirzəminin və Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 126A, 8 saylı mənzilin olması müəyyən edilmişdir. Tələbkar, borclu və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi, borclu "xxxx" MMC tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqan və təşkilatlara sorğular edilmişdir. “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş çıxarışa əsasən borclu "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsi zirzəminin və Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 126A, 8 saylı əmlaklar aşkar edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edlsin. "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi zirzəminin və Bakı şəhəri, Nərimanov rayonu, Əlövsət Əbdülrəhimov küçəsi, ev 126A, 8 saylı mənzilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-466/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-466/2023
16.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver