Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-469/2022 15.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Qasımov Əli Müşviq oğlunun katibliyi, Tələbkar və borclu X3 iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-210/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə borclu X5 tərəfindən verilmiş ərizəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tələbkar cavabdeh X4 qarşı “vətəndaşa və əmlaka vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 4000 manat pul cavabdehdən onun xeyrinə tutulması, illərdir keçirdiyi əsəb və stresslərlə bağlı cəmi 2000 manat pul cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-210/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X1 maddi ziyanın əvəzi olaraq 1642 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 8,20 manat pulun tutularaq iddiaçı Tələbkar ödənilməsi və aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdeh X1 50 manat məbləğində pulun (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Sonradan borclu X5 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 268 manat pensiya alır və heç yerdə işləmir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 210/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsində icrası hər ay onun pensiyasdan 50% miqdarda pul tutulması yolu ilə aparılır. Lakin onun ayda 134 manat ödəmək imkanı yoxdur. Bu səbəbdən də tutmanın onun aldığı aylıq pensiya məbləğinin 50%-nə deyil, 25%-nə yönəldilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu X5 ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Tələbkar ərizəni əsassız hesab etdiyini bildirərək, rəzinənin təmin edilməməsini xahiş etdi. Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasına gəlməmişlər və məhkəmə ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunan sənədləri, icra işini araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarından müəyyən olunur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-210/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Tələbkar cavabdeh X4 qarşı “vətəndaşa və əmlaka vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş cavabdeh X1 maddi ziyanın əvəzi olaraq 1642 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 8,20 manat pulun tutularaq iddiaçı Tələbkar ödənilməsi və aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdeh X1 50 manat məbləğində pulun Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Hazırda borclu ərizə ilə məhkəməyə müaricə edərək, qətnamənin icra üsulunun dəyişdiriməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci addəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsi həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında qeyd edilir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr, məsələn, ... qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2) ...məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Məhkəmə qeyd edir ki, borclunun aldığı pensiya məbləğinə tutma yönəldilməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlıdır. Yuxarıda qeyd edilmiş Konstitusiya Məhkəməsinin qərarında da qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin məqsədi olaraq məhz qətnamənin səmərəli icrasını təmin etmək göstərilmişdir. Halbuki borclu ərizəsində tutmanın məbləğinin azaldılmasını xahiş edir. Lakin bu xahişini əsaslandıran hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda onun əsaslandırılmamış ərizəsinin təmin edilməsi tələbkarın hüquqlarının əsassız pozulmasına səbəb olacaqdır. Belə ki, borclu tərəfdən su axıdılması nəticəsində tələbkarın əmlakına zərər vurulmuşdur ki, həmin zərərin əvəzi olaraq tutulmalı olan pul məbləği hissələrə bölünərək borclunun aylıq pensiyasından yönəldilmişdir. Tutulan pulun məbləğinin azaldılması zərərin əvəzinin ödənilməsinin ağlabatan olmayan müddətə uzadılmasına səbəb olacaqdır. Beləliklə məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 210/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə borclu X5 tərəfindən verilmiş ərizə əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-210/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə borclu X5 tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-469/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-469/2022
15.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver