Məhkəmə qərarları › İş №8(005)-472/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-472/2023

31.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-472/2023 31.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-568/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan «Mercedes Benz C 230 minik» markalı, **- LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərov tərəfindən verilmiş təqdimata məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərov məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 568/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan «Mercedes Benz C 230 minik» markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 5707/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Borclu 149,47 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tələbkar “Azercell Telekom" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2018-ci il tarixdə daxıl olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. Bundan başqa Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)--8600/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, Borclu 126,95 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tələbkar “Azercell Telekom" MMC nin xeyrinə ödənilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə Nərimanov Rayon Məhkəməsinin 8(005)-568/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan ‘Mercedes Benz C 230 minik" markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İcra məmuru icra sənədləri üzrə icraata xitam verildiyindən Borclu mülkiyyətində olan “Mercedes Benz C 230 minik" markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq borclu, tələbkar və icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Nərimanov Rayon Məhkəməsinin 2(005)-5707/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Borclu 149,47 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tələbkar “Azercell Telekom" MMC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)--8600/2017 saylı, xx.xx.2017ci il tarixli icra sənədinə əsasən, Borclu 126,95 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tələbkar “Azercell Telekom" MMC nin xeyrinə ödənilməsi əmr edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-568/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan ‘Mercedes Benz C 230 minik" markalı, **-LD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. - Təqdimata əlavə olunmuş Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-8600/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borcun ödənilməsi tam şəkildə təmin olunduğundan icra sənədinə xitam verilmişdir. - Təqdimata əlavə olunmuş Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5707/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borcun ödənilməsi tam şəkildə təmin olunduğundan icra sənədinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Bu Məcəllənin 355-17.3-cü maddəsində nəzərdə tutulmuş qətnamə qəbul edildikdə bank və (və ya) onun aktivləri ilə bağlı əvvəllər qəbul edilmiş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.4-cü maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-cü maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Məhkəmə, Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Rafail Səfərovun təqdimatını və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, icra sənədi üzrə icraata xitam verildiyindən, borclunun əmlakı üzərinə həbs qoyulması əsasları aradan qaldırıldığından təqdimat təmin olunmalı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-568/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan «Mercedes Benz C 230 minik» markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-568/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan «Mercedes Benz C 230 minik» markalı, **- LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar