Məhkəmə qərarları › İş №8(005)-474/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-474/2023

31.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-474/2023 31.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclunun daşınar əmlaklarına yönəldilməsi üçün Borclu məxsus avtomobillərin üzərinə həbs qoyulması barədə Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Babək Qarayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Babək Qarayev məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclunun daşınar əmlaklarına yönəldilməsi üçün Borclu məxsus Ford Transit yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz ATEGO 1224 L yük markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı, X4 yük markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı, Hyundai Accent minik markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz ATEGO 1224 L yük markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD72 yük markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı, X4 avtobus markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı, X4 515CDİ markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 308 CDİ yük markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı, X4 yük markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı, Opel Astra minik markalı, 99- TV-299 dövlət qeydiyyat nişanlı, X4 markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı, Mercedes 320 minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı, X6 minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, 99- MK-299 dövlət qeydiyyat nişanlı, X5 115CDİ markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı, Ford T ransit yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar cavabdeh Borclu qarşı “müqavilələrdən əmələ gələn öhdəlik üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi üzrə tərəfər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilməlidir: Bundan sonra birlikdə “Tərəflər" adlandırılacaq, iddiaçı Tələbkar (bundan sonra "Birinci tərəf adlandırılacaq) və cavabdeh Borclu (bundan sonra ikinci tərəf adlandırılacaq) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq aşağıdakılar haqqında barışıq sazişi bağlayırlar:

1. İş üzrə cavabdeh Borclu qarşılıqlı razılaşma əsasında iddia tələbini 160000(bir yüz altmış min) manat məbləğində qəbul edir və həmin məbləği barışıq sazişi təsdiq edildikdən sonrakı aydan başlayaraq 24 ay müddətində hər ay bərabər məbləğdə ödəməyi öhdəsinə götürür.

2. İş üzrə iddiaçı Tələbkar cavabdehin iddia tələbini 160000(bir yüz altmış min) manat məbləğində etiraf etməsini qəbul edir və həmin məbləğin cavabdeh Borclu tərəfindən barışıq sazişi təsdiq edildikdən sonrakı aydan başlayaraq 24 ay müddətində hər ay bərabər məbləğdə ödəməsinə etiraz etmir.

3. iş üzrə cavabdeh tərəfindən barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəlik 2 ay dalbadal icra edilmədiyi halda iddiaçının borcun ödənilməmiş hissəsinə dair icra vərəqəsi verilməsini tələb etmək hüququ vardır.

4. iş üzrə iddiaçı Tələbkar öhdəsinə götürür ki, cavabdeh Borclu mülkiyyətində olan avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə X1 ləğv edilməsi barədə Nərimanov Rayon Məhkəməsinə müvafiq ərizə təqdim edir.

5. X2 nəzərdə tutulmamış hər hansı bir tələbin və öhdəliyin icrasını bir-birindən tələb edə bilməzlər.

6. Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edilir və barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadı qanuni qüvvəyə mindiyi gündən qüvvəyə minir. İcra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. Borclu icra sənədinin tələbini könüllü müddət ərzində icra etməmiş və belə olan halda məcburi icra hərəkətləri həyata keçirilərək “Elektron İcra” İnformasiya sisteminin Daxili İşlər Nazirliyinin müvafiq elektron informasiya sistemi ilə inteqrasiyası nəticəsində Borclu məxsus Ford Transit yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz ATEGO 1224 L yük markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı, X3 markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı, Hyundai Accent minik markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD72 yük markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı, X4 avtobus markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı, X4 515CDİ markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 308 CDİ yük markalı, 99- XV-299 dövlət qeydiyyat nişanlı, X4 yük markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı, Opel Astra minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı, X4 markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı, Mercedes 320 minik markalı, 10- LD-299 dövlət qeydiyyat nişanlı, X6 minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı, X5 115CDİ markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. İcra məmuru icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclunun daşınar əmlaklarına yönəldilməsi üçün Borclu məxsus yuxarıda qeyd olunan avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi məhkəməyə məktub təqdim edərək icra məmurunun təqdimatında qeyd olunan avtomobillərlə bağlı göstərmişdir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən X4 avtobus markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı, X6 minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı, X4 yük markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **- HS-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz ATEGO 1224 L yük markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı, Hyundai Accent minik markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı və Mercedes Benz ATEGO 1224 L yük markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri xx.xx.2023-cü il tarixdə Borclu adından çıxarılaraq özgəninkiləşdirilmişdir. İcra məmuru qərar qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq, təqdimatın əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Nərimanov Rayon Məhkəməsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar cavabdeh Borclu qarşı “müqavilələrdən əmələ gələn öhdəlik üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi təsdiq edilmişdir. - İcra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. - Borclu haqqında məlumatlardan görünür ki, borcluya məxsus Ford Transit yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz ATEGO 1224 L yük markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı, X3 markalı, 90-FY- 299 dövlət qeydiyyat nişanlı, Hyundai Accent minik markalı, **- GX-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD72 yük markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı, X4 avtobus markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı, X4 515CDİ markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 308 CDİ yük markalı, 99- XV-299 dövlət qeydiyyat nişanlı, X4 yük markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı, Opel Astra minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı, X4 markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı, Mercedes 320 minik markalı, 10- LD-299 dövlət qeydiyyat nişanlı, X6 minik markalı, **-VZ- *** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı, X5 115CDİ markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X4 avtobus markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı, X6 minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı, X4 yük markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz ATEGO 1224 L yük markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı, Hyundai Accent minik markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı və Mercedes Benz ATEGO 1224 L yük markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri xx.xx.2023-cü il tarixdə Borclu adından çıxarılaraq özgəninkiləşdirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun: - 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab olunur. - 44-cü maddəsi, bu qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra vərəqəsinin icra məmuruna təqdim olunmasını, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul olunmasını və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsini məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi müəyyən etmişdir. - 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. - 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra vərəqəsi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra vərəqəsinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, məhkəmənin icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra edilmədiyindən, həmçinin borcluya bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən tələb onun tərəfindən ödənilmədiyindən, bununla da, icra sənədinin icrası mümkün olmadığından, məhkəmə mövcud borcun həcmini nəzərə alaraq hesab edir ki, təqdimat qismən əsaslıdır. Bununla yanaşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan göründüyü kimi X4 avtobus markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı, X6 minik markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı, X4 yük markalı, **- FY-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz ATEGO 1224 L yük markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı, Hyundai Accent minik markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı və Mercedes Benz ATEGO 1224 L yük markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri xx.xx.2023-cü il tarixdə Borclu adından çıxarılaraq özgəninkiləşdirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan əmlaklar borclunun mülkiyyətində olmadığından təqdimat həmin əmlaklara münasibətdə təmin edilməməlidir. Beləliklə göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus Ford Transit yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **- TY-*** dövlət qeydiyyat nişanlı, X4 yük markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD72 yük markalı, **-ZX- *** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı, X4 515CDİ markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 308 CDİ yük markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı, Opel Astra minik markalı, 99- TV-299 dövlət qeydiyyat nişanlı, X4 markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı, Mercedes 320 minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, 99- MK-299 dövlət qeydiyyat nişanlı, X5 115CDİ markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı, Ford T ransit yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

Təqdimat qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-414/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu məxsus Ford Transit yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, X4 yük markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-RO-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD72 yük markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı, Hyundai HD65 yük markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı, X4 515CDİ markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz 308 CDİ yük markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı, Opel Astra minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı, X4 markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı, Mercedes 320 minik markalı, **-LD- *** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı, X5 115CDİ markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı, Ford Transit yük markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar