Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-476/2021 02.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Maraqlı şəxs Dadaşov Şamxal Mübaşir oğlunun istifadəsində olan «Mercedes C 200» markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Qabil Hüseyinli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-293/2011 nömrəli, 17 fevral 2011-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu X2 məxsus olan əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-293/2011 nömrəli, 17 fevral 2011-ci il tarixli icra sənədinə əsasən borclu X1 cəmi 19.072,16 manat məbləğində borc pul tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli, 8(005)- 1719/2017 saylı qərardadı ilə təqdimat təmin edilərək borclu X2 məxsus “Mercedes C 200” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes 190” markalı, ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Maraqlı şəxs Dadaşov Şamxal Mübaşir oğlu 23 iyul 2021-ci il tarixdə ərizə ilə müraciət edərək istifadəsində olan «Mercedes C 200» markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəmənin 18 dekabr 2017-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş “Mercedes C 200” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil həmin qərardad qəbul edilməmişdən 6 il əvvəl, yəni 27.12.2011-ci il tarixdən halhazıradək Dadaşov Şamxal Mübaşir oğlunun etibarnamə əsasında faktiki istifdadəsindədir və həmin avtomobilin üzərində həbsin olması Dadaşov Şamxal Mübaşir oğlunun avtomobilə dair sərəncam vermək kimi konstitusion hüquqlarını məhdudlaşdırır. «Mercedes C 200” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində həbsin olması Dadaşov Şamxal Mübaşir oğluna bu yaxınlarda məlum olmuşdur və Dadaşov Şamxal Mübaşir oğlu hesab edir ki, məhkəmə səhvən onun istifadəsində olan avtomobilin üzərinə həbs qoymuşdur. İcra məmuru, tələbkar və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəni, əlavə olunan sənədləri və ümumilikdə icra işini araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.12.2017-ci il tarixli, 8(005)-1719/2017 saylı qərardadının surətindən görünür ki, borclu X2 məxsus “Mercedes C 200” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes 190” markalı, ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. «Mercedes C 200» markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair maraqlı şəxs Dadaşov Şamxal Mübaşir oğlunun ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №8(005)-476/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-476/2021
02.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver