Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(005)-477/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tələbkar, Borclu iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-280/2020 nömrəli, xx.xx.2020ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunın təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyev təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1950-ci ildə Bakı şəhərində anadan olmuş,Borclu ölkədən egtmək hüquqnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 280/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu 185000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Tələbkar hesabına ödənilməlidir.İcra sənədi şöbənin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra olunması üçün Borclu ünvanına bildiriş göndərilmişdir,icraata başlamaq haqqında qərar xx.xx.2020-ci il tarixdə borclu tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Borclunun əmlak vəziyyətini və gəlirlərini yoxlamaq məqsədilə “Elektron icra” informasiya sistemindən məlumat çıxarılmış,borclunun adına Sumqayıt şəhəri,Novxanı bağ massivi, 1324 A ünvanında yerləşən bağ sahəsinin 1/3 hissəsi aşkar edilmiş,həmin bağ sahəsinin girov predmeti olduğu müəyyən olunmuş,eyn zamanda başqa öhdəliklə əlaqədar həmin bağ sahəsinin üzərinə həbs qoyulduğu məlum olmuş və bağ sahəsinin açıq hərrac vasitəsilə satışını təşkil etmək üçün icra sənədinin Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatında olduğu müəyyən edilmişdir.Bundan başqa borclunun təqaüd aldığı məlum olmuş,lakin borclunun başqa öhdəliyi ilə əlaqədar məhkəmə qərarı üzrə borc tələbi borclunun təqaüdünün 50%-nə yönəldilmişdir.Borclunun adına başqa əmlak və ya gəlirlər müəyyən edilməmişdir.Borclu tərəfindən borc öhdəliyi uzun müddət icra olunmadığı üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət olunmuş,məhkəmənin müvafiq qərarı ilə borclu barəsində 500 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.Tələbkar rəsmi qaydada şöbəyə müraciət edərək məhkəmənin qərarının icra olunmadığını,bu səbəbdən borclu barəsində ciddi icra tədbirlərinin görülməsini xahiş etmişdir.Borclu barəsində məhkəmə qərarının olması,habelə uzun müddətdir tələbkara olan borcunun ödənilməsindən qərəzli olaraq yayınması Borclu hər an ölkə hüdudlarını tərk etmək ehtimalını artırır.Hesab edilir ki,icra sənədinin icrasını təmin etmək məqsədilə,borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirdi ki, 07 yanvar 2020-ci il tarixli icra sənədi üzrə ona 185000 ABŞ dolları məbləğində pul ödənilməli olduğu halda, indiyə qədər cəmi 591 manat və 293 manat məbləğində pul borclunun təqaüd kartından tutularaq ödənilmişdir. Borclunun başqa borcları da. Borclunun oğlunun və kürəkəninin tələbkara olan borcu ödəməyə kifayə qədər imkanı var. Borclu onlardan da kömək istəyib borcunu ödəyə bilər. Təqdimatın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, tələbkardan borc pul alıb, lakin başqa şəxsə vermişdir. Həmin şəxs barəsində isə məhkəmənin qətnaməsi olduğunu, şəxsin Türkiyədə olduğu üçün həmin məbləği ala bilmədiyi üçün tələbkara ödəyə bilmədiyini qeyd etdi. Hazırda yaş həddinə çatdığına görə 1180 manat pensiya aldığını və həmin məbləğdən 50% tutularaq tələbkara ödənildiyini qeyd etdi. Eyni zamanda səhhətində ciddi problemlərin olduğunu, vaxtaşırı Moskvaya müalicə müayinə məqsədi ilə getdiyini bildirdi. Məhkəmə təqdimatı, icra işini və əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, “İcraata başlamaq haqqında”qərarın surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-280/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədini nəzərdən keçirilərək icraata başlanılması,Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin edilməsi,könüllü təmin etmədikdə məcburi icra tədbirlərinin görülməsi.icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişi borcludan tutulması,icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan 04 may 2016-cı il tarixli mövcud borcun etiraf edilməsi (mücərrəd) müqaviləsindən görünür ki, “borc alan”- Borclu ,”borc verən”ə - Tələbkar 600.000 (altı yüz min)manat həmin günün dolların ekvivalentinə əsasən,(1 ABŞ dolları=1.50) yəni, 400.000 (dörd yüz min) ABŞ dolları məbləğində pul borcunun olduğunu,bəyan və tam etiraf edir, həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 25 iyun 2025-ci il tarixli,69 nömrəli arayışdan görünür ki, Borclu arayış ondan ötrü verilmişdir ki, o, 2024-cü ilin mart ayından, 2025-ci ilin may ayınadək mütəmadi olaraq “X3”MMC-də ambulator müayinə və müalicə almışdır. Ürəyin İşemik xəstəliyi, şəkərli diabet, periferik arteriyalar xəstəliyi, xroniki böyrək çatışmazlığı, xroniki anemiya diaqnozu qoyulmuşdur. AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, borclu X2 xx.xx.2024-cü il; xx.xx.2025-ci il tarixlərdə Moskva, xx.xx.2024-cü il tarixdə İstanbul istiqamətində ölkə sərhədlərindən çıxmışdır. Beləliklə, müəyyən olunur ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-280/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu 185000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Tələbkar hesabına ödənilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir və icra məmuru «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafiq icra tədbirləri həyata keçirilmişdir. Lakin borclu tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Borclunun mülkiyyətində həbsin yönələ biləcəyi əmlak yoxdur, barəsində 500 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə hesab edir ki təqdimat əsaslıdır və təmin edilməlidir. Borclunun xroniki xəstəliklərdən əziyyət çəkməsi təqdimatın rədd edilməsi üçün yetərli əsas deyil. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X1 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə istinadlar bir daha göstərir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra olunmaması ədalətli məhkəmə baxışı hüququnun pozulmasıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu - xx.xx.1950-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №8(005)-477/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №8(005)-477/2025
01.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver